ABŞ İranda toy mərasiminin vurulması ilə bağlı araşdırma aparır - Cey Di Vens
ABŞ İranda toy mərasiminin vurulması ilə bağlı yayılan məlumatları araşdırır. Vitse-prezident Cey Di Vens hadisənin təfərrüatlarının müəyyənləşdirilməsinə çalışıldığını bildirib. İran tərəfi hücum nəticəsində beş nəfərin öldüyünü açıqlayıb. Vens isə İran dövlət mediasının məlumatlarına ciddi şübhə ilə yanaşdığını deyib. O, ABŞ qüvvələrinin mülki şəxsləri qəsdən hədəfə almadığını bildirib. Bununla yanaşı, hərbi əməliyyatlar zamanı səhvlərin baş verə biləcəyini etiraf edib. Vens mümkün səhvlərin araşdırıldığını və onlardan nəticə çıxarıldığını vurğulayıb. Hadisə ilə bağlı ABŞ araşdırmasının yekun nəticələri hələ açıqlanmayıb.
İranın Hörmüz boğazına nəzarəti faktiki olaraq aradan qalxıb - Cey Di Vens
ABŞ-nin vitse-prezidenti Cey Di Vens İranın Hörmüz boğazına nəzarətinin faktiki olaraq aradan qalxdığını iddia edib. Onun sözlərinə görə, İranın imkanları gündən-günə zəifləyir. Vens təxminən üç ay əvvəl boğazdan neft və qaz daşınmasının demək olar ki, dayandığını bildirib. Hazırda enerji daşımalarının münaqişədən əvvəlki səviyyəyə yaxınlaşdığını söyləyib. ABŞ vitse-prezidenti bunun Hörmüz boğazının İran üçün təzyiq vasitəsi kimi əhəmiyyətini azaltdığını düşünür. O, Tehranın kommersiya gəmilərinə qarşı hücumlarını dayandırmalı olduğunu bildirib. Vens İran rəhbərliyinə dəniz nəqliyyatına qarşı hərbi addımlardan çəkinmək çağırışı edib. Açıqlama Hörmüz boğazında gəmiçiliyin bərpası ilə bağlı Vaşinqtonun son bəyanatları fonunda verilib.
Tramp Xark adası ilə bağlı paylaşımı ilə İrana mesaj göndərir - Vens
ABŞ vitse-prezidenti Cey Di Vens Donald Trampın Xark adası ilə bağlı paylaşımının İrana mesaj olduğunu bildirib. Tramp sosial şəbəkədə adanın məhv edilməsi ilə bağlı video paylaşım yayıb. Vens qeyd edib ki, bu paylaşım İran rəhbərliyinə xəbərdarlıq məqsədi daşıyır. ABŞ rəsmisi ordunun Xark adasını hədəfə almadığını açıqlayıb. İran tərəfi isə Trampın paylaşımını məsxərəli adlandırıb. Xark adası İranın neft ixracı üçün mühüm mərkəz hesab olunur. ABŞ-nin son zərbələrində Larək adasındakı iki raket qurğusunun hədəfə alındığı bildirilib.
ABŞ İrana qarşı ən geniş iqtisadi təzyiq planını işə salır
ABŞ İranın gəlir mənbələrini məhdudlaşdırmaq məqsədilə yeni və daha genişmiqyaslı iqtisadi təzyiq kampaniyasına başlayır. Vaşinqtonun addımları İranın maliyyə şəbəkələrini və neft gəlirlərini hədəfə almaqla yanaşı, Tehranla iqtisadi əlaqələri olan üçüncü ölkələrə də təzyiq göstərməyi nəzərdə tutur. ABŞ Maliyyə naziri Skott Besent “Financial Times” qəzetində dərc olunan məqaləsində yeni tədbirlərin avqustun 24-dən tətbiq olunacağını bildirib. O, İran rejimini maliyyələşdirən bütün əsas gəlir kanallarının kəsilməsinin Vaşinqtonun başlıca məqsədlərindən biri olduğunu açıqlayıb.
Trampın namizədləri ardıcıl uduzur - Bu seçkilərə necə təsir edəcək?
ABŞ Prezidenti Donald Trampın dəstəklədiyi bəzi respublikaçı namizədlərin seçkilərdə gözlənilən nəticəni göstərə bilməməsi partiya daxilində 2026-cı il aralıq seçkiləri ilə bağlı narahatlığı artırıb. Tramp bu həftə Cənubi Karolinada respublikaçı namizəd Darlene Qrehemə dəstək vermək üçün seçki kampaniyasına qatılıb. Vitse-prezident Cey Di Vens isə Ohayoda başqa bir respublikaçı namizədə dəstək verib. Bu addımlar Trampın şəxsi nüfuzunun onun dəstəklədiyi bütün namizədlərə avtomatik üstünlük qazandırmadığı ilə bağlı narahatlığı üzə çıxarıb.
Tramp və Mask arasında münasibətlər yenidən yaxınlaşır
ABŞ Prezidenti Donald Tramp ilə milyarder İlon Mask arasında 2025-ci ildə yaranan kəskin qarşıdurmadan sonra münasibətlər yenidən normallaşmağa başlayıb. Mask 2024-cü il prezident seçkiləri kampaniyasında Trampa təxminən 300 milyon dollar dəstək verib və onun ikinci prezidentlik dövrünün ilk aylarında Ağ Evdə hökumətin ixtisarı prosesində iştirak edib. Lakin tərəflər 2025-ci ilin iyununda vergi və xərclər qanunu, dövlət müqavilələri və digər məsələlərə görə açıq şəkildə qarşı-qarşıya gəliblər.
ABŞ İrandan ticarət gəmilərinə atəş açmamaq barədə öhdəlik istəyir - Cey Di Vens
ABŞ vitse-prezidenti Cey Di Vens Hörmüz boğazında təhlükəsiz gəmi hərəkətinin bərpası üçün ərazinin minalardan təmizlənməli olduğunu bildirib. Onun sözlərinə görə, İran və Körfəz ölkələri son bir həftə ərzində təhlükəsiz keçidin təmin edilməsi ilə bağlı danışıqlar aparırlar. Bu müzakirələrdə Omanın xüsusi rol oynadığı qeyd edilir. Vens İranın müharibənin əvvəlində Hörmüz boğazında çoxlu sayda mina yerləşdirdiyini iddia edib. Hazırda gəmilərin təhlükəsiz keçməsinə imkan verəcək yeni hərəkət qaydalarının yaradılması müzakirə olunur. ABŞ boğazın minalardan təmizlənməsini zəruri hesab edir. Vaşinqton, həmçinin İrandan ticarət gəmilərinə atəş açılmayacağına dair öhdəlik tələb edir. Bu tədbirlərin Hörmüz boğazında dəniz nəqliyyatının əvvəlki səviyyəyə qayıtması üçün vacib olduğu bildirilir.
İran Hörmüz boğazında keçid haqqı tətbiq etməyəcək - Cey Di Vens
ABŞ vitse-prezidenti Cey Di Vens İranın Hörmüz boğazından keçid haqqı almaq planının olmadığını Vaşinqtona bildirdiyini açıqlayıb. Onun sözlərinə görə, İran hakimiyyəti daxilində bəzi şəxslər belə bir ödənişin tətbiqindən danışıblar. Buna baxmayaraq, Tehran ABŞ-yə keçid haqqının tətbiq edilməyəcəyini bildirib. Vaşinqton Körfəz ölkələrinin neft və qaz ixracının müharibədən əvvəlki səviyyəyə qayıdacağını gözləyir. Vens İranın da bu istiqamətdə addımlar atacağını ABŞ-yə bildirdiyini deyib. Körfəz ölkələrinin də enerji ixracının əvvəlki səviyyəyə qaytarılmasını istədiyi qeyd olunub. Bununla belə, ABŞ İranın verdiyi vədlərlə kifayətlənmək niyyətində deyil. Vens Vaşinqtonun sözlərdən daha çox İranın atacağı addımları qiymətləndirəcəyini vurğulayıb.
Səudiyyə Ərəbistanı ABŞ-ı husilərə zərbə endirməkdən çəkinməyə çağırıb
Səudiyyə Ərəbistanının müdafiə naziri şahzadə Xalid bin Salman Vaşinqtonda ABŞ-ın vitse-prezidenti Cey Di Vens ilə görüşündə Vaşinqtonu Yəməndə fəaliyyət göstərən husilərə qarşı yeni hərbi zərbələr endirməkdən çəkinməyə çağırıb. Görüş ABŞ və Səudiyyə Ərəbistanının İraqda həyata keçirdiyi birgə əməliyyatlar, həmçinin husilərin Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası elan etməsi və Qırmızı dənizdə iki Səudiyyə tankerinə hücum etdiklərini bildirməsindən sonra baş tutub.
Vens, Rubio və Heqset Tramp-Netanyahu görüşündə iştirak ediblər
Donald Tramp və Benyamin Netanyahu Ağ Evdə qapalı görüş keçiriblər. Görüşdə ABŞ-nin vitse-prezidenti Cey Di Vens də iştirak edib. Dövlət katibi Marko Rubio və müdafiə naziri Pit Heqset də danışıqlarda yer alıblar. Fotolar Netanyahunun ofisi tərəfindən yayımlanıb. Görüşün detalları açıqlanmayıb. İran, Livan və Qəzza ilə bağlı məsələlərin gündəmdə olduğu ehtimal edilir. Rəsmi nəticələr hələlik açıqlanmayıb.
İsrail İranla sülh danışıqlarını pozmağa çalışır - Vens
ABŞ-ın vitse-prezidenti Cey Di Vens (JD Vance) İsraili Vaşinqtonun İranla müharibəyə son qoymaq məqsədilə apardığı danışıqları pozmağa yönəlmiş kampaniyaları dəstəkləməkdə ittiham edib. Vens iddia edib ki, bu kampaniyada iştirak edən bəzi şəxslər ABŞ Prezidenti Donald Trampın keçmiş seçki kampaniyasında çalışmış bir şəxslə əlaqəlidirlər.
Tramp ABŞ prezidentliyinə varis kimi Cey Di Vensi görür
ABŞ Prezidenti Donald Tramp prezident postunda özünə ən uyğun varis kimi vitse-prezident Cey Di Vensi gördüyü bildirilir. Nəşrin yazdığına əsasən, Tramp Respublikaçılar Partiyasının gələcək lideri və növbəti prezident seçkilərində əsas namizədi kimi məhz Cey Di Vensi nəzərdə tutur.