Suriya ilə təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq genişlənir - Türkiyə
Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) Suriyadakı son vəziyyətlə bağlı açıqlama verərək, rəsmi Dəməşqlə təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın genişləndirildiyini bəyan edib. Nazirlik mənbələrinin verdiyi məlumata görə, Suriya hökuməti hazırda ölkədə sabitliyin və təhlükəsizliyin təmin olunması məqsədilə bütün dövlət strukturları ilə yenidənqurma səylərini davam etdirir. Bu çərçivədə, xüsusilə DEAŞ kimi terror qruplaşmalarının regiondan təmizlənməsi istiqamətində Suriya hökumətinin tələbləri nəzərə alınır və bu məqsədlə iki ölkə arasında koordinasiyalı fəaliyyətlər həyata keçirilir.
Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib
Türkiyədə 32 vilayətdə DEAŞ əməliyyatı nəticəsində 77 nəfər saxlanılıb.