Türkiyədən Fransaya elektrik avadanlıqları ixracı artıb (ÖZƏL)
Türkiyə 2025-cü ilin avqust ayında Fransaya elektrik avadanlıqları ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz artaraq, 65 milyon 190 min 74 dollara çatdırıb. 2025-ci ilin yanvar – avqust aylarında Türkiyədən Fransaya elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz artaraq, 537 milyon 708 min 65 dollara bərabər olub. Qeyd edək ki2025-ci ilin yanvar-avqust aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,2 artaraq, 11 milyard 379 milyon 976 min dollara bərabər olub.
Türkiyədə ən çox satılan avtomobil markaları açıqlanıb
2025-ci ilin yanvar-avqust aylarında Türkiyədə 654 min 413 yeni minik avtomobili satılıb. Avtomobil bazarında ən çox satılan marka Renault, ən çox satılan model isə Renault Clio olub. Avtomotiv Distribütorları və Mobillik Dərnəyi (ODMD) tərəfindən yayımlanan statistikaya görə, bu ilin ilk 8 ayında avtomobil və yüngül ticari nəqliyyat vasitələrinin satışları ötən ilin eyni dövrü ilə müqayisədə 7,24% artaraq 817 min 345 ədəd təşkil edib.
ABŞ-da batmış gəmidə 3000-dən çox avtomobil su altında qalıb
ABŞ sahillərində batmış yük gəmisindəki yanğın nəticəsində 3000-dən çox avtomobil su altında qalıb.