7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

ABŞ-da batmış gəmidə 3000-dən çox avtomobil su altında qalıb

ABŞ sahillərində batmış yük gəmisindəki yanğın nəticəsində 3000-dən çox avtomobil su altında qalıb.

26 İyun 2025 15:44
ABŞ-da batmış gəmidə 3000-dən çox avtomobil su altında qalıb

BAKI, AzerVoice

ABŞ sahillərində batmış yük gəmisindəki yanğın nəticəsində 3000-dən çox avtomobil su altında qalıb.

AzerVoice xəbər verir ki, ABŞ Sahil Mühafizəsinin məlumatına əsasən, iyunun 3-də Çin-Meksika marşrutu üzrə hərəkət edən və Liberiya bayrağı altında üzən “Morning Midas” adlı yük gəmisində yanğın baş verib. Yanğından sonra gəmi ekipajı təcili yardım çağırışı edib.

Hadisə yerinə yanğınsöndürmə və xilasetmə qrupları yalnız bir həftə sonra çata bilib. 22 nəfərlik ekipaj təhlükəsiz şəkildə təxliyə edilsə də, yanğını söndürmək mümkün olmayıb. Gəmi üç həftə dənizdə sürükləndikdən sonra Alyaskanın Adak şəhərindən 720 kilometr cənub-qərbdə batıb.

Uzunluğu 182 metr olan gəmidə 3048 avtomobil suya qərq olub. Batma nəticəsində gəmi təxminən 5000 metr dərinliyə enib.

Hadisə ilə bağlı gəminin operatoru olan, Londonda qeydiyyatda duran “Zodiac Maritime” şirkəti araşdırmalara başlayıb. Məlumata görə, gəmidə 1800 ton yanacaq olub və mümkün yanacaq sızması Şimali Sakit okean regionunda dəniz naviqasiyasına təhlükə yarada bilər.

ABŞ Sahil Mühafizəsinin Qərbi Alyaska və Arktika Bölgəsi komandiri Kristofer Kulpepper qeyd edib ki, “Zodiac Maritime” ilə birgə çirklənmə risklərinə qarşı mübarizə tədbirləri görülür.

Qeyd edək ki, ilkin ehtimallara əsasən, yanğının səbəbi gəmidəki elektrik avtomobilləri ola bilər.

Məqalədə: #ABŞ #yanğın #avtomobil #yanğınsöndürən #gəmi qəzası #gəmilər #gəmi və yaxta sektoru #Alyaska #Elektrik avtomobilləri

Mövzu üzrə digər xəbərlər

Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib
Digər Dövlətlər

Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib

21:41
Küveyt və Pakistan XİN rəhbərləri Yaxın Şərqdə sülh səylərini müzakirə edib
Küveyt

Küveyt və Pakistan XİN rəhbərləri Yaxın Şərqdə sülh səylərini müzakirə edib

21:38
Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ
Digər Dövlətlər

Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ

21:32
İran hərbi texnika istehsalını və döyüş taktikasını genişləndirir
İran

İran hərbi texnika istehsalını və döyüş taktikasını genişləndirir

18:52

Son Xəbərlər

Müsəlman Dünya Liqası elmi möcüzələr üzrə hansı layihəni təqdim edib?
Müsəlman Dünya Liqası elmi möcüzələr üzrə hansı layihəni təqdim edib?
21:56
Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb
Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb
21:48
Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib
Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib
21:41
Küveyt və Pakistan XİN rəhbərləri Yaxın Şərqdə sülh səylərini müzakirə edib
Küveyt və Pakistan XİN rəhbərləri Yaxın Şərqdə sülh səylərini müzakirə edib
21:38
Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ
Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ
21:32
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.