İsrail rəsmilərinin Türkiyəyə qarşı açıqlamaları İsrail müxalifətini narahat edib
İsrail müdafiə naziri İsrael Katz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Suriyada “təhlükəli macəralara” sürüklənməkdə ittiham edib və Ankara ilə gərginliyin artırılacağı barədə sərt mesaj verib. Katz Ərdoğana müraciətlə İsrailə qarşı Türkiyə parlamentində “boş və xəyali çıxışlar” etməyə davam etməyin daha yaxşı olduğunu bildirib və İsrailin öz təhlükəsizliyini qorumaq əzmində olduğunu vurğulayıb.
Türkiyə İsrailin iddialarını əsassız adlandırıb
Türkiyə İsrail Baş nazirlik ofisinin Ankara ilə bağlı irəli sürdüyü iddiaları əsassız adlandıraraq, bunun Suriyaya qarşı qanunsuz hava hücumlarını legitimləşdirməyə xidmət etdiyini bildirib. Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsindən verilən açıqlamada İsrailin ittihamlarının həqiqəti əks etdirmədiyi vurğulanıb. Bildirilib ki, bu iddialar İsrailin Suriyanın suverenliyi və ərazi bütövlüyünə qarşı həyata keçirdiyi hava hücumlarına bəraət qazandırmaq məqsədi daşıyır.
İsrail "erməni soyqırımı"-nı tanımağa hazırlaşır
İsrailin xarici işlər naziri Gideon Saar bildirib ki, hökumətin növbəti iclasına 1915-ci il hadisələrinin "erməni soyqırımı" kimi rəsmi tanınmasını nəzərdə tutan qərar layihəsi təqdim edəcək.
Türkiyə səmasında müəmmalı hadisələr və onların regional nəticələri
Tez-tez təkrarlamağı sevdiyim bir ifadə var və görünür, indi biz sərt soyuqlar və leysan yağışlarla müşayiət olunan qış günlərində kifayət qədər isti hadisələrə şahid olacağıq. Təxminən bir aydır ki, Türkiyədə baş verən qeyri-adi hadisə və prosesləri diqqətlə izləyirəm. Türkiyənin Müdafiə Nazirliyi ölkə hava məkanına daxil olan və mənşəyi müəyyən edilməyən beşdən artıq pilotsuz uçuş aparatının (PUA) vurulduğunu və ya tapıldığını açıqlayıb. Bu məsələ ilə bağlı ekspertlər iki düşərgəyə bölünür: bir qrup bu PUA-ların Rusiya istehsalı olduğunu, digər qrup isə onların Ukrayna hava məkanından gəldiyini iddia edir. Hər iki versiyanı birləşdirən məqam ondan ibarətdir ki, bu pilotsuz aparatların Suriya–Ukrayna müharibəsi kontekstində istifadə edildiyi, sonradan isə hədəfini itirərək Türkiyə ərazisinə düşdüyü ehtimal olunur.
Türkiyənin F-35 planı İsrail və Yunanıstanı narahat edir
Türkiyənin F-35 planları İsrail və Yunanıstanda narahatlıq doğurub. ABŞ Konqresinə müraciət edən İsrail rəsmiləri Ankaranın bölgədə güc balansını dəyişəcəyindən ehtiyat etdiklərini bildiriblər.
İsrailin növbəti hədəfi Türkiyə ola bilər - ABŞ diplomatı
ABŞ-ın təqaüdçü səfiri və diplomat Çarlz V. Friman İsrailin Yaxın Şərqdəki genişlənmə planları və mümkün növbəti hədəfi ilə bağlı diqqətçəkən açıqlamalar verib.
Türkiyə hər ssenariyə qarşı hazırlıqlıdır - Ərdoğan
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İsrailin İrana qarşı son hücumlarının bölgədə yaratdığı gərginlik fonunda ölkəsinin təhlükəsizlik və sabitlik üçün bütün ssenarilərə hazır olduğunu bildirib.
MİT MOSSAD-a qarşı əməliyyatlar həyata keçirib
Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) İsrail kəşfiyyat xidməti MOSSAD-a qarşı silsilə əməliyyatlar həyata keçirib.
Türkiyədən 4 ölkəyə uçuşlar dayandırıldı – Uraloğlu
Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu İsrailin İrana hücumlarının ardından təhlükəsizlik səbəbilə İran, İraq, Suriya və İordaniyaya uçuşların 16 iyun 2025-ci il tarixinədək təxirə salındığını açıqlayıb.
İsrailin İrana hava hücumlarını qınayırıq - Türkiyə XİN
Türkiyə Xarici İşlər Nazirliyi İsrailin İrana qarşı həyata keçirdiyi hava hücumlarını sərt şəkildə pisləyib.
Kürd Kartı və Hərbi Bazalar: Türkiyə ilə İsrailin Suriya Mübarizəsi
Türkiyənin yeni Suriya ordusunun formalaşdırılmasında əsas rol oynayacağı və bu ordunun təlimini həyata keçirəcəyi gözlənilir.