İran iki seçim qarşısında: danışıqlara qayıtmaq, yoxsa Trampın müddətinin bitməsini gözləmək?
Tehran hazırda iki mühüm seçim qarşısındadır - ya yeni nüvə sazişi əldə etmək üçün danışıqlara qayıtmaq, ya da ballistik raket proqramına toxunan hər hansı razılaşmanı rədd edərək, ABŞ Prezidenti Donald Trampın “maksimum təzyiq” siyasətinin sona çatmasını gözləmək.
Xameneidən Qərbə mesaj: Nüvə proqramı bəhanədən başqa bir şey deyil
Onların nüvə proqramı, uranın zənginləşdirilməsi və insan haqları kimi bəhanələrlə irəli sürdüyü ittihamların heç bir əsası yoxdur. Əslində onları narahat edən əsas məsələ, İranda elmin, texnologiyanın, humanitar və dini sahələrin güclənməsi və bu sahələrdə yeni yanaşmaların ön plana çıxmasıdır
Xamenei ilə razılaşma istəyirsənsə, əvvəlcə hörmət etməyi öyrən - Araqçi Trampa səsləndi
“İran xalqı nə təhdidi, nə də təhqiri qəbul edir”-deyə İran Xin xrəhbəri “X” platformasında paylaşım edib.
Xamenei Səddam Hüseynin taleyini yaşaya bilərmi?
İsrailin müdafiə naziri Yisrael Kats bildirib ki, İranın ali lideri Əli Xamenei ABŞ-ın rəhbərliyi ilə İraqa müdaxilə zamanı devrilmiş və sonradan edam edilmiş Səddam Hüseynin taleyini yaşaya bilər.
Vəliyyi-fəqihin 2025 gündəliyi: danışıqlar, danışıqlar və yalnız danışıqlar
Hazırda Xamenei 1988-ci ildə öz sələfi Xomeyninin qarşılaşdığı vəziyyətdən daha mürəkkəb bir durumdadır.