13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi
ArabAZ təhlil mərkəzi

İran iki seçim qarşısında: danışıqlara qayıtmaq, yoxsa Trampın müddətinin bitməsini gözləmək?

Tehran hazırda iki mühüm seçim qarşısındadır - ya yeni nüvə sazişi əldə etmək üçün danışıqlara qayıtmaq, ya da ballistik raket proqramına toxunan hər hansı razılaşmanı rədd edərək, ABŞ Prezidenti Donald Trampın “maksimum təzyiq” siyasətinin sona çatmasını gözləmək.

11 Oktyabr 2025 10:00
İran iki seçim qarşısında: danışıqlara qayıtmaq, yoxsa Trampın müddətinin bitməsini gözləmək?

BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

Tehran hazırda iki mühüm seçim qarşısındadır - ya yeni nüvə sazişi əldə etmək üçün danışıqlara qayıtmaq, ya da ballistik raket proqramına toxunan hər hansı razılaşmanı rədd edərək, ABŞ Prezidenti Donald Trampın “maksimum təzyiq” siyasətinin sona çatmasını gözləmək.

Prezidentin siyasi müşaviri Mehdi Sənai cümə axşamı Tehranda keçirilən diplomatik seminarda bildirib ki, “nüvə sazişindən sonrakı İran” və BMT sanksiyalarının “Snapback” mexanizmi ilə bərpası məsələsi İranın beynəlxalq sistemlə münasibətlərini necə dəyişəcəyi və yeni qlobal nizamda öz rolunu necə müəyyənləşdirəcəyi barədə ciddi suallar doğurub.

“İran indiki administrasiyanın sonunu gözləməlidirmi, yoxsa yeni dialoq yolunu seçməlidirmi?” -deyə, Sənai bildirib.

O, 2015-ci il nüvə sazişini “İranı beynəlxalq sistemin strukturları - BMT və Təhlükəsizlik Şurası ilə əlaqələndirən mühüm körpü” adlandırıb və bu razılaşmanın “bir sıra təhdidlərin aradan qalxmasına və sanksiyaların yumşalmasına imkan verdiyini” vurğulayıb.

Tehran: prinsiplər və diplomatiya arasında

Sənainin sözlərinə görə, İran Konstitusiyasında həm inqilabi, həm də mühafizəkar-dövlətçi yanaşma mövcuddur. Bir tərəfdən o, xalqların azadlıq hərəkatlarını dəstəkləyir, digər tərəfdən dövlətlərin suverenliyini tanıyır. Sənai hesab edir ki, nüvə sazişi İranın beynəlxalq strukturlarla əməkdaşlığa açıq olduğunun rəmzi idi.

“İndi ölkə qarşısında sual budur – daha geniş əhatəli bir razılaşma mümkündürmü, yoxsa müqavimət siyasəti davam edəcəkmi?”-deyə o bildirib. Onun fikrincə, İran son illərdə “prinsipiallıqla dialoqun paralel yürüdüyü orta xətt” seçib.

“Maksimum təzyiq” və uğursuz danışıqlar

Fevral ayında Donald Tramp Tehrana qarşı “maksimum təzyiq” siyasətinə qayıtdı və bir ay sonra İranın ali rəhbəri Əli Xameneiyə məktub göndərdi. Məktubdan sonra tərəflər arasında dolayı danışıqlar başladı, lakin beş raunddan sonra ABŞ-ın uran zənginləşdirmə proqramının dayandırılması tələbi ilə danışıqlar dayandı.

İyunda ABŞ İsrail-İran arasında baş verən 12 günlük münaqişə çərçivəsində İranın nüvə obyektlərinə zərbə endirdi. Trampın ilk prezidentlik dövründə Tehran “strateji səbir” adlandırılan “uçurumun kənarında siyasət” strategiyasını yürüdürdü, lakin indi həm ABŞ, həm də Avropa ölkələrinin İranın nüvə proqramına qarşı birgə mövqeyi təzyiqləri artırıb.

BMT sanksiyalarının bərpası və gərginlik

Keçən ay BMT İran üzərinə silah embarqosu və bir sıra sanksiyaları yenidən tətbiq etdi. Bu, Avropa ölkələrinin təşəbbüsü ilə həyata keçirildi. Böyük Britaniya, Fransa və Almaniya “Snapback” mexanizmini işə salaraq, İranın 2015-ci il nüvə sazişinin şərtlərini pozduğunu əsas gətirdilər. Tehran isə nüvə silahı əldə etmək niyyətini inkar edir.

Bu qərarla birlikdə ABŞ və İran arasında yeni qarşıdurma ehtimalı artır. Bəzi ekspertlər İran gəmilərinin yoxlanması və İsrail-İran müharibəsinin yenidən alovlanması riskindən xəbərdarlıq edirlər.
Sənai Avropanın rolu barədə danışarkən bildirib ki, “hazırda əsas sual, İranla böyük güclər arasında yeni danışıqların keçirilib-keçirilməyəcəyi və Avropanın burada hansı rolu oynaya biləcəyidir.”

İranın mövqeyi və hərbi hazırlıq

Sənai, Rusiya və Çin kimi BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin sanksiyaların bərpasını “qanunsuz” sayaraq veto etməsini “İran üçün gələcək diplomatik imkan yaradan tarixi hadisə” adlandırıb.

O vurğulayıb ki, “beynəlxalq sanksiyalar xoşagəlməz olsa da, İran 2017–2021-ci illərdə ABŞ-ın birtərəfli sanksiyalarına qarşı təcrübə qazanıb və indi daha dözümlüdür.”
Cümə imamı və ali rəhbərin nümayəndəsi Əli Hac Əkbəri Avropanın çağırışlarını məsxərəyə qoyaraq bildirib ki, “Bizə deyirlər, gedin və Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlıq edin! Kim razılaşmaları pozdu? Siz — Avropa ölkələri! İndi bizdən nə istəyirsiniz? İranın raket proqramı sizə aid deyil. Biz güclüyük və daha da güclənəcəyik.”

İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının sözçüsü İbrahim Rizai isə bəyan edib ki, İran ordusu hazırda ən yüksək döyüş hazırlığı səviyyəsindədir və “düşmənin hər hansı hücumuna ikiqat cavab veriləcək”.

O, “Mehr” agentliyinə müsahibəsində bildirib ki, Avropanın aktivləşdirdiyi mexanizm altı BMT qətnaməsinin bərpasına səbəb ola bilər, lakin “bu, vəziyyəti daha da pisləşdirməyəcək, əsas təhlükə ABŞ sanksiyalarındadır.”

Rizai Avropanın addımını “qanunsuz və ədalətsiz” adlandıraraq, İranın bu sanksiyaları zərərsizləşdirməyə hazır olduğunu deyib. O, həmçinin vurğulayıb ki, “İranın müdafiə və döyüş qabiliyyəti son dörd ayda əhəmiyyətli dərəcədə artıb” və xalqı “təxribatlara baxmayaraq, sakit qalmağa və gündəlik həyatını davam etdirməyə” çağırıb.

Diplomatik fəaliyyətlər davam edir

İran Xarici işlər naziri Abbas Əraqçi gələn həftə parlamentin 90-cı maddə komitəsinin iclasında hökumətin fəaliyyəti və qanunların icrası ilə bağlı hesabat verəcək. O, bu həftə Milli Təhlükəsizlik Komissiyası üzvləri ilə görüşərək BMT Baş Assambleyasının kuluarlarında apardığı danışıqların nəticələrini müzakirə edib.

Məqalədə: #Əli Xamenei #Ayətulla Seyid Əli Xamenei #Xameneinin varisi #İran hökumətinin təzyiq vasitələri #Maksimum təzyiq siyasəti #Trampın maksimum təzyiq strategiyası #Həşdin buraxılması ilə bağlı ABŞ təzyiqləri #Donald Trump və Ali Xamenei #Ali Xamenei Tramp qarşısında hansı vəziyyətdədir? #Niyə Xamenei danışıqlara məcbur qalıb? #Snapback #Mehdi Sənai #nüvə sazişindən sonrakı İran #Əli Hac Əkbəri #İbrahim Rizai

Mövzu üzrə digər xəbərlər

Tramp İran məsələsində Venesuela variantını istisna etmir
ArabAZ analitika: Geosiyasi təhlillər

Tramp İran məsələsində Venesuela variantını istisna etmir

21:59
Əsalə Nəsrinin Dəməşqdəki konsertlərinə qarşı çıxan qruplar hansı iddiaları irəli sürürlər?
ArabAZ analitika: Geosiyasi təhlillər

Əsalə Nəsrinin Dəməşqdəki konsertlərinə qarşı çıxan qruplar hansı iddiaları irəli sürürlər?

08:42
İran üçün "Qüds yolu" - Qumarxana və qadın alverindən keçən reallıq
ArabAZ analitika: Geosiyasi təhlillər

İran üçün "Qüds yolu" - Qumarxana və qadın alverindən keçən reallıq

12 Sentyabr 18:28
Türkiyə, Səudiyyə və Pakistan paktı - Husilərə qarşı birgə müdafiə bəndi işə düşəcəkmi?
Pakistan

Türkiyə, Səudiyyə və Pakistan paktı - Husilərə qarşı birgə müdafiə bəndi işə düşəcəkmi?

12 Sentyabr 12:53

Son Xəbərlər

Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
22:00
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
21:59
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
21:23
Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü
Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü
20:06
Süni intellektin banisi Ceffri Hintondan bəşəriyyətə ciddi xəbərdarlıq
Süni intellektin banisi Ceffri Hintondan bəşəriyyətə ciddi xəbərdarlıq
19:51
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.