Fatih Erbakan: Milli Görüş xəttinin yeni mərhələsi
O, orta təhsilini tamamladıqdan sonra Başkent Universitetinin Elektrik-Elektron Mühəndisliyi fakültəsini müvəffəqiyyətlə bitirmişdir. Aspirantura təhsili almaq üçün İngiltərəyə gedən F. Erbakan anası Nermin Erbakanın vəfatı ilə əlaqədar geri qayıtmalı oldu və ali təhsilini Başkent Universitetinin Elektrik-Elektron Mühəndisliyi Fakültəsində tamamladı. F. Erbakan elə eyni universitetdə İdarəetmə və Təşkilatçılıq üzrə doktorluq dərəcəsi alıb, ingilis dilini əla səviyyədə bilir.
Fatih Erbakan Yenidən Rifah partiyasının sədri seçildi
Fatih Erbakan, qurucusu olduğu Yenidən Rifah Partiyasının keçirilən 3-cü Böyük Qurultayında min 78 nümayəndənin səsini alaraq yenidən sədr seçildi. 31 Mart Yerli Seçkilərində Yenidən Rifah Partiyası 2 milyon 787 min səs toplayaraq 6,19% səs payı əldə etmişdi. Seçkilərdə partiya 1 böyük şəhər, 1 il və 24 bələdiyyə daxil olmaqla toplam 65 bələdiyyəni qazanmışdı.