Müctəba Xameneinin yaralanması ilə bağlı təfərrüatlar açıqlanıb
İran Ali Rəhbərinin Ofisinin mərasimlər üzrə baş direktoru Məzahir Hüseyni İranın yeni ali rəhbəri Müctəba Xameneinin səhhəti və ABŞ-İsrail müharibəsinin ilk günündə aldığı xəsarətlərlə bağlı yeni açıqlamalar verib. Hüseyni Tehranda keçirilən müharibə əleyhinə toplantıda çıxışı zamanı Müctəba Xameneinin bel və diz nahiyəsindən zədələr aldığını bildirib. Onun sözlərinə görə, xəsarətlərin bir hissəsi artıq sağalıb və İranın ali rəhbəri hazırda tam sağlam vəziyyətdədir.
İran Hava Sahəsini Yenidən Bağladı
İran, təhlükəsizlik səbəbindən hava sahəsini bir müddət bağladığını açıqlayıb.
İran limanındakı partlayışın izi Xamenei və SEPAH-a aparır
Bu fond, SEPAH-ın ballistik raket arsenalı və ölkə xaricindəki əməliyyatları ilə əlaqəli yüksək səviyyəli rəsmilərlə bağlıdır.