Azərbaycan III MDB Oyunlarını 184 medalla başa vurub
Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında yarışlara yekun vurulub. Son gündə Şəkidə keçirilən bədi gimnastika yarışlarında Azərbaycan təmsilçiləri 6 medal qazanıblar. Bununla da Azərbaycan Oyunları ümumilikdə 184 medalla başa vurub. Bunların 33-ü qızıl, 56-sı gümüş, 95-i isə bürünc mükafatdır. Ölkəmiz bu göstərici ilə ümumi medal sıralamasında 2-ci yeri tutub. İlk sırada Rusiya qərarlaşıb. Beləliklə, Azərbaycan idmançıları 2021-ci ildən təşkil olunan MDB Oyunlarında ən yaxşı nəticəsinə imza atıb. Ölkəmiz I Oyunlarda 60 (16 qızıl, 16 gümüş, 28 bürünc), ikincidə isə 62 (10 qızıl, 17 gümüş və 35 bürünc) medal əldə etmişdi.
Azərbaycan bədii gimnastları III MDB Oyunlarında finala vəsiqə qazanıblar
Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında bədii gimnastika üzrə yarışlara start verilib. AzerVoice xəbər verir ki, Azərbaycan təmsilçiləri təsnifat mərhələsində yüksək nəticə göstərərək finala vəsiqə qazanıblar.
Azərbaycanın basketbol millisi III MDB Oyunlarının finalına yüksəlib
Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında basketbolun 3x3 növü üzrə yarışlar davam edir. AzerVoice xəbər verir ki, qızların mübarizəsində Azərbaycan millisi yarımfinalda Özbəkistanla qarşılaşıb. Görüş yığmamızın 21:0 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan millisinin finaldakı rəqibi Rusiya - Belarus matçından sonra bəlli olacaq. Oyun saat 16:25-də start götürəcək.
III MDB Oyunları: Azərbaycanın qızlardan ibarət voleybol millisi bürünc medal qazanıb
Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında voleybol yarışları davam edir. Qızlardan ibarət Azərbaycan millisi bürünc medal uğrunda oyunda Özbəkistan seçməsi ilə qarşılaşıb. Gəncə İdman Sarayında təşkil olunan görüş yığmamızın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da milli komandamız Oyunların bürünc medalını qazanıb. Özbəkistan seçməsi isə yarışı dördüncü pillədə başa vurub.
III MDB Oyunlarının çövkən yarışlarında bürünc medalın sahibi müəyyənləşib
Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarının çövkən yarışlarında bürünc medal uğrunda qarşılaşma keçirilib. Şəki şəhər stadionunda reallaşan matçda Qırğızıstan və Qazaxıstan komandaları qarşılaşıb. Oyunun start fitindən əvvəl Qırğızıstan və Qazaxıstanın Dövlət himnləri səsləndirilib. Maraqlı keçən matçda Qırğızıstan komandası 2-0 hesabı ilə qalib gələrək Oyunların bürünc medalına sahib çıxıb. Qazaxıstan komandası isə çövkən yarışlarını dördüncü pillədə başa vurub.
Azərbaycan III MDB Oyunlarında növbəti qızıl medalı qazanıb
Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında boks yarışlarının final mərhələsi davam edir. Qadın boksçumuz Gülər Hüseynova 48 kiloqram çəki dərəcəsində final döyüşündə rusiyalı Daria Qavrina ilə qarşılaşıb.
Bu gün Azərbaycanın 6 qadın boksçusu III MDB Oyunlarının finalında qızıl medal uğrunda döyüşəcək
Bu gün III MDB Oyunlarının boks yarışlarında qadınlar arasında final döyüşləri keçiriləcək. Yevlax Olimpiya İdman Kompleksində keçiriləcək döyüşlərdə Azərbaycan millisinin 6 təmsilçisi qızıl medal uğrunda rinqə çıxacaq. Final görüşlərində ölkəmizi Aysel Fərəcova (46 kiloqram), Gülər Hüseynova (48 kiloqram), Əminə Tağı (50 kiloqram), Cəmilə Muradlı (54 kiloqram), Aynur İsmayılova (60 kiloqram) və Fidan Bakarova (63 kiloqram) təmsil edəcəklər.
MDB Oyunları: Azərbaycan badmintonçuları 4 kateqoriyada 1/4 finala yüksəliblər
Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında badminton yarışları davam edir. Azərbaycan təmsilçiləri 4 kateqoriyada 1/4 finala yüksəliblər. Kişilərin fərdi yarışında Əmirxan İmanov tacikistanlı Oqil Qoşimidən üstün olub - 2:0. Qadınların fərdi mübarizəsində isə Viktoriya Kumanyayeva Tacikistandan olan həmkarı Mohira Karimovaya 2:0 hesabı ilə qalib gəlib. Qadınların qoşa yarışında da Azərbaycan Tacikistandan üstün olub. Nəzrin Mehrəlizadə və Viktoriya Kumanyayevadan ibarət komanda Sumaiyakhon Hasanova və Mohira Karimova cütünü məğlub edib - 2:0.
MDB Oyunları: Bu gün güləş və karate yarışlarına start veriləcək
Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında bu gün 9 idman növü üzrə yarışlar keçiriləcək. Şəki İdman Olimpiya Kompleksində batut gimnastikası üzrə final, Yevlaxda boks üzrə yarımfinal, Xankəndidə kamandan oxatma, Gəncə İdman Sarayında qılıncoynatma, Qəbələ İdman Olimpiya Kompleksində badminton üzrə təsnifat mərhələsinin oyunları təşkil olunacaq. Gəncə İdman Olimpiya Kompleksində güləş, Mingəçevirdə isə karate yarışlarına start veriləcək.
Azərbaycan III MDB oyunlarında 27 güləşçi ilə təmsil olunacaq
Oktyabrın 3-dən 7-dək III MDB Oyunlarında güləş yarışları keçiriləcək. Gəncə Olimpiya İdman Kompleksində ayın 3-4-də sərbəst və qadın güləşi üzrə, ayın 7-də isə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək. Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistandan ümumilikdə 150 güləşçi mübarizə aparacaq. Ölkəmizi MDB Oyunlarında 27 güləşçi təmsil edəcək. Sərbəst güləşdə böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədovla Yaşar Əliyevin rəhbərliyi altında Hüseyn Rzazadə (45 kq), Rəvan Həsənzadə (48 kq), Hacıhüseyn Əhmədzadə (51 kq), İbrahim Süleymanov (55 kq), Rəşid Nazarov (60 kq), Hüseyn İsmayılov (65 kq), Nihad Abasov (71 kq), Əli Hacıyev (80 kq), Amin Nəsibov (92 kq) və Hakim Tağıyev (110 kq) çıxış edəcək.
MDB Oyunları: Bu gün 7 idman növü üzrə yarışlar keçiriləcək
Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında bu gün 7 idman növü üzrə yarışlar keçiriləcək. Çövkən üzrə Azərbaycan millisi A qrupundakı ikinci oyununda Küveyt yığması ilə qarşılaşacaq. Şəki şəhər stadionundakı görüş saat 12:30-da başlayacaq. Milli komandamız ilk turda Qırğızıstana 4:0 hesabı ilə qalib gəlib.
Azərbaycan III MDB Oyunlarında ilk qızıl medalını qazanıb
Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında sambo yarışlarının final görüşlərinə start verilib.