III MDB Oyunlarında bu gün səkkiz idman növü üzrə yarışlar keçiriləcək
Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında bu gün səkkiz idman növü üzrə yarışlar keçiriləcək. Qəbələ İdman Olimpiya Kompleksində stolüstü tennis üzrə fərdi yarışların final mərhələsi keçiriləcək. Oyunlar saat 10:00-da başlayacaq. Qəbələ atıcılıq klubunda stend atıcılığı, Gəncə İdman Sarayında üzgüçülük üzrə yarışlar təşkil olunacaq. Qəbələ Şəhər Stadionunda isə iki futbol matçı oynanılacaq. Belarus Özbəkistan, Qırğızıstan Tacikistanla üz-üzə gələcək.
Bu gün III MDB Oyunlarında üç idman növü üzrə yarışlara start veriləcək
Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında bu gün dörd idman növü üzrə yarışlar keçiriləcək. Qəbələ Olimpiya Kompleksində stolüstü tennis üzrə fərdi yarışların final mərhələsi keçiriləcək. Oyunlar saat 10:00-da başlayacaq. Azərbaycan təmsilçilərindən oğlanlar arasında Onur Quluzadə və Adil Əhmədzadə, qızlardan isə Mərziyə Nurmətova birincilik uğrunda mübarizə aparacaqlar.
III MDB Oyunları: Azərbaycanın stolüstü tennisçisi finala yüksəlib
Azərbaycanda keçirilən III MDB Oyunlarında stolüstü tennis üzrə fərdi yarışlara start verilib. Qəbələ İdman Kompleksində təşkil olunan yarışda Azərbaycan təmsilçilərindən Yağmur Məmmədli və Mərziyə Nurmətova qüvvələrini sınayıblar. Onlar yarımfinalda müvafiq olaraq, Amina İlımbetova (Rusiya) və Məftunə Qulimova (Özbəkistan) qarşılaşıblar.
Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarına bu gün start veriləcək
Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarına bu gün start veriləcək. Ilk yarış günündə stolüstü tennisçilər qüvvələrini sınayacaqlar. Yarışlar saat 10:00-da başlayacaq.
Qəbələdə III MDB Oyunlarına test xarakteri daşıyan futbol matçı keçirilib
Qəbələ şəhər stadionunda III MDB Oyunlarına hazırlıq məqsədilə test xarakteri daşıyan futbol matçı keçirilib. Oyun III MDB Oyunlarının Təşkilat Komitəsi tərəfindən təşkil olunub. Test matçında “Qəbələ” Futbol Klubunun aşağı yaş qrupları üzrə komandaları qarşılaşıblar.
III MDB Oyunlarında iştirakı təsdiqlənən ölkələrin və nümayəndə heyətlərinin sayı açıqlanıb
Azərbaycanda keçiriləcək III MDB Oyunlarında iştirakı təsdiqlənən ölkələrin və nümayəndə heyətlərinin sayı açıqlanıb.
Azərbaycan boksçuları Çində 4 medal qazanıblar
Boksçulardan Haqverdi Həsənov (63 kiloqram) turnirin qalibi olub. O, finalda qazaxıstanlı rəqibinə qalib gəlib. Səftər Məmmədzadə (+80 kiloqram) gümüş, Raul Heydərli (57 kiloqram) və Adil Zalov (70 kiloqram) bürünc medal qazanıblar.
Laçında "Mədəni və yaradıcı sənayelərdə gənclər dalğası” mövzusunda panel müzakirə keçirilib
Hər iki layihə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, MDB üzrə Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) birgə təşkilatçılığı ilə reallaşır.
ABŞ Aİ və 68 ölkəyə qarşı rüsumlar tətbiq edib
Yeni rüsumlar avqustun 7-dən qüvvəyə minəcək. Bu müddət, gömrük və sərhəd xidmətinə yeni rüsumların tətbiqi ilə bağlı zəruri dəyişiklikləri həyata keçirmək üçün verilib.
Azərbaycan MDB İqtisadi Şurasının Moskvada keçiriləcək iclasında iştirakdan imtina edib
Azərbaycan MDB-nin İqtisadi Şurasının Moskvada keçiriləcək iclasında iştirakdan imtina edib.
Avrasiya İqtisadi Şurasının Sammiti Keçirilib
27 iyun 2025-ci il tarixində Belarusun paytaxtı Minskdə Ali Avrasiya İqtisadi Şurasının növbəti toplantısı keçirilib.