8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

ABŞ Aİ və 68 ölkəyə qarşı rüsumlar tətbiq edib

Yeni rüsumlar avqustun 7-dən qüvvəyə minəcək. Bu müddət, gömrük və sərhəd xidmətinə yeni rüsumların tətbiqi ilə bağlı zəruri dəyişiklikləri həyata keçirmək üçün verilib.

1 Avqust 2025 19:03
ABŞ Aİ və 68 ölkəyə qarşı rüsumlar tətbiq edib

BAKI, AzerVoice, Səməd Əyyubov

ABŞ Avropa İttifaqı (Aİ) və 68 ölkəyə qarşı ticarət rüsumları tətbiq edib.

AzerVoice xəbər verir ki, bununla bağlı ABŞ Prezidenti Donald Tramp fərman imzalayıb.

Fərmana əsasən, yeni rüsumlar avqustun 7-dən qüvvəyə minəcək. Bu müddət, gömrük və sərhəd xidmətinə yeni rüsumların tətbiqi ilə bağlı zəruri dəyişiklikləri həyata keçirmək üçün verilib.

Ağ Evdən verilən açıqlamada qeyd olunub ki, Çin, Kanada və Meksika kimi bəzi ölkələrə qarşı rüsumlar ayrıca fərmanlarla tənzimlənəcək. Kanada üçün isə rüsumlar 25 faizdən 35 faizə yüksəldilib.

Açıqlamada vurğulanıb ki, ABŞ, Meksika və Kanada arasında imzalanmış USMCA razılaşması çərçivəsində güzəştli tarif rejiminə daxil olan mallar yeni rüsumlardan təsirlənməyəcək.

Fərmanda adı çəkilməyən ölkələrdən idxal edilən məhsullara tətbiq olunacaq əsas gömrük rüsumu 10 faiz müəyyən edilib.

Ən yüksək rüsumlardan bəziləri Əlcəzair (30 faiz), Bosniya və Herseqovina (30 faiz), İraq (35 faiz), Laos (40 faiz), Myanma (40 faiz) və Suriya (41 faiz) üçün tətbiq olunub.

MDB ölkələrindən Qazaxıstan və Moldovadan idxal olunan mallara 25 faizlik rüsum tətbiq edilib.

Aİ-yə daxil olan ölkələrin mallarına 15 faizlik rüsum qoyulub. Macarıstanın Baş naziri Viktor Orban bu qərarı tənqid edərək bildirib ki, Macarıstan hər il ABŞ-a təxminən 11 milyard dollar dəyərində məhsul ixrac edir və bu yeni rüsumların Macar şirkətlərinin fəaliyyətinə zərər vurmaması vacibdir. O, eyni zamanda Macarıstanın yeni milli fəaliyyət planı hazırlayacağını da açıqlayıb.

Aİ-yə daxil olmayan Serbiya və İsveçrə kimi ölkələr üçün isə müvafiq olaraq 35 faiz və 39 faiz rüsum tətbiq edilib.

Hər iki ölkə Tramp administrasiyasının bu addımına narazılığını bildirib. Serbiya Ticarət Palatasının nümayəndəsi Boyan Staniç bildirib ki, bu qərarın arxasında ABŞ ilə Serbiya arasında artan ticarət əlaqələrindən irəli gələn narahatlıq kimi siyasi səbəblər dayanır.

İsveçrə Maliyyə Nazirliyinin nümayəndəsi Paskal Hollenştayn bildirib ki, ABŞ ilə İsveçrə arasında may ayından bəri davam edən konstruktiv ikitərəfli danışıqların nəticələri nəzərə alınmadan belə bir qərarın verilməsi məyusedicidir.

Həm Serbiya, həm də İsveçrə rəsmiləri ABŞ ilə gələcək danışıqlarda bu tarif məsələsinə qarşılıqlı faydalı həll yolu tapmağa ümid etdiklərini bildiriblər.

Yeni tariflər İsveçrə iş dairələrində, xüsusilə texnologiya şirkətləri və İsveçrə Saat Sənayesi Federasiyası tərəfindən də narahatlıqla qarşılanıb.

Avstraliya da ABŞ-ın 10 faizlik rüsum qərarından narazı olan ölkələr arasında yer alıb.

Bəzi ölkələr isə ABŞ-la ticarət razılaşması əldə edildiyi və gözləniləndən daha aşağı rüsumların tətbiq edildiyi üçün məmnunluq ifadə ediblər. Cənub-Şərqi Asiya ölkələrindən Malayziya, Kamboca və Tayland üçün tariflər müvafiq olaraq 24 faiz, 49 faiz və 36 faizdən 19 faizə endirilib.

Malayziya Ticarət Nazirliyi bildirib ki, ölkə danışıqlarda ən həssas mövzularda israrlı mövqe nümayiş etdirərək sosial-iqtisadi sabitliyi və inkişafı dəstəkləyən suveren hüquqlarını qorumaqla 19 faizlik rüsum əldə edib.

Kambocanın Baş nazir müavini San Çantol Trampa tariflərin 49 faizdən 19 faizə endirilməsinə görə təşəkkür edib və Kambocanın ABŞ mallarına cavab rüsumu tətbiq etməyəcəyini bildirib. O, həmçinin avqust ayında "Boeing" şirkətindən 10 sərnişin təyyarəsinin alınmasına dair sazişin bağlanacağını elan edib.

Tayland hökumətinin nümayəndəsi Cirayu Hunqsup, ABŞ-ın Tayland mallarına tətbiq etdiyi tarifin 36 faizdən 19 faizə endirilməsini ölkənin ixrac bazasını və iqtisadi təhlükəsizliyini qorumaq baxımından “böyük uğur” adlandırıb.

Associated Press (AP) agetliyi qeyd edib ki, bu rüsum endirimləri Tayland və Kamboca arasında bazar ertəsi əldə edilmiş atəşkəsdən bir neçə gün sonra baş verib.

Hindistan isə ABŞ-ın 25 faizlik tarif tətbiqindən sonra danışıqları davam etdirməyi planlaşdırır. "Bloomberg"-in yazdığına görə, ABŞ nümayəndə heyəti avqustun 25-də Hindistana səfər edəcək. Hindistan rəsmisi bildirib ki, Nyu-Dehli danışıqlarda güzəştə getməyəcək və kənd təsərrüfatı bazarını ABŞ-a açmayacaq.

Hindistan Xarici İşlər Nazirliyi ABŞ-la münasibətlərdə gərginlik olduğu barədə iddiaları rədd edib. Nazirliyin nümayəndəsi Randhir Caysval bildirib ki, Hindistan və ABŞ bütün sahələri əhatə edən qlobal tərəfdaşlığı davam etdirir.

Xatırladaq ki, bu həftənin əvvəlində Tramp avqustun 1-dən etibarən Hindistandan idxal olunan məhsullara 25 faizlik rüsumların tətbiq olunacağını açıqlamışdı. O əlavə edib ki, Hindistan əsasən hərbi texnikanı Rusiyadan alır və Çinlə birlikdə Rusiyanın əsas enerji alıcılarından biridir. Bu səbəbdən də, Tramp avqustdan etibarən “Hindistana cərimə tədbirlərinin” tətbiq ediləcəyini bildirmişdi.

Məqalədə: #Qazaxıstan #Rusiya #ABŞ #Kanada #Meksika #Avropa İttifaqı (Aİ) #Viktor Orban #Macarıstan #Donald Tramp #Əlcəzair #İraq #Moldova #Serbiya #Çin #Malayziya #MDB #Suriya #Hindistan #Laos #İsveçrə #Bosniya və Hersoqovina #Tayland #Kamboca #Myanma #Trampın tarifləri #Gömrük rüsumu #Gömrük tariflərinin artırılması #ABŞ-ın tarif siyasəti və ticarət gərginliyi #Ticarət tarifləri #İkitərəfli tariflər #Yeni tarif siyasəti #rüsumlar #rüsum #tarif #tariflər #Tarif siyasəti #Gömrük rüsumları #ABŞ tarifləri 2025 #ABŞ idxal tarifləri #ABŞ-Meksika-Kanada Sazişi (UMSCA)

Mövzu üzrə digər xəbərlər

Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Suriya

Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT

7 Sentyabr 22:04
Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib
Digər Dövlətlər

Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib

7 Sentyabr 21:41
Küveyt və Pakistan XİN rəhbərləri Yaxın Şərqdə sülh səylərini müzakirə edib
Küveyt

Küveyt və Pakistan XİN rəhbərləri Yaxın Şərqdə sülh səylərini müzakirə edib

7 Sentyabr 21:38
Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ
Digər Dövlətlər

Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ

7 Sentyabr 21:32

Son Xəbərlər

Əbu-Dabi hotellərində yeni dövr - Avropa ənənələri yerinə, milli ənənələr 2027-ci ildən məcburi olur
Əbu-Dabi hotellərində yeni dövr - Avropa ənənələri yerinə, milli ənənələr 2027-ci ildən məcburi olur
07:47
Yəmən ordusu  husilərə qarşı yeni cəbhə açdı
Yəmən ordusu husilərə qarşı yeni cəbhə açdı
07:01
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
06:52
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.