Tramp Çinə tətbiq olunan tarifləri 90 gün daha təxirə salıb
Bu sərəncam may ayında ABŞ və Çin arasında qarşılıqlı tarif artımlarını azaltmaq üçün razılaşdırılan 90 günlük müddətin sona çatmasından əvvəl verilmişdir. Trampın açıqlamasında bildirilib ki, tariflərin dayandırılması ticarət balanssızlığının aradan qaldırılması, ədalətsiz ticarət təcrübələrinə son qoyulması və Amerika ixracatının genişlənməsi üçün vacibdir. Tariflərin dayandırılması noyabrın 10-dək uzadılıb və ABŞ ilə Çin arasında may ayında İsveçrədə başlayıb, iyun və iyulda Londonda və Stokholmda davam edən danışıqlar çərçivəsində həyata keçirilir.
Hindistan Trampın tariflərini ədalətsiz adlandırıb
Hindistan hökuməti ABŞ prezidenti Donald Trampın Rusiya neftinin alınmasına görə yüksək tariflərlə hədələməsinə sərt cavab verib. Bu barədə Hindistan Xarici İşlər Nazirliyi açıqlama yayıb.
ABŞ Aİ və 68 ölkəyə qarşı rüsumlar tətbiq edib
Yeni rüsumlar avqustun 7-dən qüvvəyə minəcək. Bu müddət, gömrük və sərhəd xidmətinə yeni rüsumların tətbiqi ilə bağlı zəruri dəyişiklikləri həyata keçirmək üçün verilib.
Tramp Kanadaya 35% tarif tətbiq edəcək
ABŞ prezidenti Donald Tramp avqustun 1-dən etibarən Kanadadan idxal edilən mallara sektor tariflərindən əlavə olaraq 35% dəyərində xüsusi rüsum tətbiq ediləcəyini elan edib.