Tarif dəyişikliyi metro xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə xidmət edəcək
“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində metro sahəsində tədbirlər mərhələli şəkildə həyata keçirilir.Proqram üzrə yeni metro stansiyalarının inşası, mövcud infrastrukturun yenilənməsi, əlavə vaqonların alınması, yeni depo tikintisi və enerji təminatı sistemlərinin gücləndirilməsi istiqamətində mühüm işlər görülür
Bakı aeroportunda taksi xidməti ilə bağlı yeni tarif sərnişinlərin seçim imkanlarının məhdudlaşdırılmasına səbəb olur - Ombudsman
Heydər Əliyev adına Beynəlxalq Hava Limanında taksi xidmətində yaranmış vəziyyətin bərabərlik hüququnun təmini baxımından monitorinqi aparılıb.Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşları tərəfindən Heydər Əliyev adına Beynəlxalq Hava Limanında 10 sentyabr 2025-ci ildən taksi xidmətinin həyata keçirilməsi sahəsində tətbiq edilən xüsusi tarif siyasəti nəticəsində yaranmış vəziyyətin bərabərlik hüququnun təmini baxımından monitorinqi aparılıb.
ABŞ Hindistana tətbiq olunan rüsumu 50 faizə qaldırıb
ABŞ Prezidenti Donald Tramp Hindistana qarşı əlavə 25 faizlik rüsum tətbiq edilməsi ilə bağlı sərəncam imzalayıb və bununla da Hindistana qarşı ümumi rüsum dərəcəsi 50 faizə çatıb. Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Hindistan Trampın tariflərini ədalətsiz adlandırıb
Hindistan hökuməti ABŞ prezidenti Donald Trampın Rusiya neftinin alınmasına görə yüksək tariflərlə hədələməsinə sərt cavab verib. Bu barədə Hindistan Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Hindistana qarşı tətbiq edilən rüsumlar artırılacaq – Tramp
ABŞ Prezidenti Donald Tramp Hindistandan idxal olunan və yenidən satılan Rusiya nefti ilə bağlı rüsumların əhəmiyyətli dərəcədə artırılacağını bəyan edib.
ABŞ Aİ və 68 ölkəyə qarşı rüsumlar tətbiq edib
Yeni rüsumlar avqustun 7-dən qüvvəyə minəcək. Bu müddət, gömrük və sərhəd xidmətinə yeni rüsumların tətbiqi ilə bağlı zəruri dəyişiklikləri həyata keçirmək üçün verilib.