5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Tarif dəyişikliyi metro xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə xidmət edəcək

“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində metro sahəsində tədbirlər mərhələli şəkildə həyata keçirilir.Proqram üzrə yeni metro stansiyalarının inşası, mövcud infrastrukturun yenilənməsi, əlavə vaqonların alınması, yeni depo tikintisi və enerji təminatı sistemlərinin gücləndirilməsi istiqamətində mühüm işlər görülür

29 Sentyabr 2025 14:54
Tarif dəyişikliyi metro xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə xidmət edəcək

Bakı. AzerVoice

“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində metro sahəsində tədbirlər mərhələli şəkildə həyata keçirilir.

AzerVoice xəbər verir ki, proqram üzrə yeni metro stansiyalarının inşası, mövcud infrastrukturun yenilənməsi, əlavə vaqonların alınması, yeni depo tikintisi və enerji təminatı sistemlərinin gücləndirilməsi istiqamətində mühüm işlər görülür. Hazırda 10 yeni stansiyanın layihələndirilməsi işləri yekunlaşmaq üzrədir və müvafiq plana uyğun olaraq onların vaxtında tamamlanaraq istifadəyə verilməsi planlaşdırılır. Bununla yanaşı, daha bir yeni stansiyanın 2026-cı ildə sərnişinlərin istifadəsinə verilməsi nəzərdə tutulur.

Metropolitenin “28 May–Əhmədli” sahəsində 34 cüt qatarla hərəkət sxeminə keçidin nəticəsi olaraq, ilk dəfə pik saatlarda qatarların hərəkət intervalı 1 dəqiqə 45 saniyəyədək azaldılıb. Metronun vaqon parkı da mütəmadi olaraq yenilənir və son dövrdə alınmış 65 yeni vaqondan 35-i artıq xəttə buraxılıb. Dövlət Proqramına əsasən 299 yeni nəsil vaqonun da alınaraq metropoliten xətlərinə buraxılması planlaşdırılır.

Paytaxtın sürətlə artan nəqliyyat tələblərini qarşılamaq, sərnişindaşıma xidmətlərinin davamlılığını təmin etmək və dövlət proqramında qoyulan hədəflərə çatmaq üçün tariflərin tənzimlənməsi zəruri addım kimi qiymətləndirilir.

Bu istiqamətdə əsas hədəflər qatar parkının yenilənməsi, sərnişindaşıma xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, infrastrukturun genişləndirilməsi, müasir texnologiyaların tətbiqi və ekoloji baxımdan daha səmərəli nəqliyyat mühitinin yaradılmasıdır. Bakı Metropoliteni qarşıdakı illərdə bu hədəflərə çatmaq üçün fəaliyyətini davam etdirəcək, sərnişinlərə daha yüksək keyfiyyətli, müasir və təhlükəsiz xidmət göstərilməsi üçün bütün imkanlardan istifadə olunacaq.

Tarif dəyişikliyi bu məqsədlərə nail olmaq, beynəlxalq standartlara cavab verən dayanıqlı və innovativ metro sistemi qurmaq istiqamətində atılmış vacib addımlardan biri kimi dəyərləndirilir.

Məqalədə: #Bakı #Metro #Nəqliyyat #tarif #Bakı Metropoliteni

Mövzu üzrə digər xəbərlər

Bakıda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransı keçirilir
Cəmiyyət

Bakıda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransı keçirilir

2 Sentyabr 11:18
Tokayev ŞƏT-in nəqliyyat qarşılıqlı əlaqəliliyinə dair Strategiyasının hazırlanmasını təklif edib
Siyasət

Tokayev ŞƏT-in nəqliyyat qarşılıqlı əlaqəliliyinə dair Strategiyasının hazırlanmasını təklif edib

1 Sentyabr 12:18
ŞƏT ölkələri dünya əhalisinin 40 faizindən çoxunu və qlobal ÜDM-in təxminən üçdə birini birləşdirir — Japarov
Qırğızıstan

ŞƏT ölkələri dünya əhalisinin 40 faizindən çoxunu və qlobal ÜDM-in təxminən üçdə birini birləşdirir — Japarov

1 Sentyabr 09:08
Ballıqaya qətliamının günahkarları ədalət qarşısında cavab verməlidir - XİN
Siyasət

Ballıqaya qətliamının günahkarları ədalət qarşısında cavab verməlidir - XİN

28 Avqust 10:49

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.