4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

Tokayev ŞƏT-in nəqliyyat qarşılıqlı əlaqəliliyinə dair Strategiyasının hazırlanmasını təklif edib

Qazaxıstan 2035-ci ilədək Şanxay Əməkdaşlıq Təşkilatının nəqliyyat qarşılıqlı əlaqəliliyinə dair Strategiyasının hazırlanmasını və qəbul edilməsini təklif edib.

1 Sentyabr 2026 12:18
Tokayev ŞƏT-in nəqliyyat qarşılıqlı əlaqəliliyinə dair Strategiyasının hazırlanmasını təklif edib

BAKI,VOA

Qazaxıstan 2035-ci ilədək Şanxay Əməkdaşlıq Təşkilatının nəqliyyat qarşılıqlı əlaqəliliyinə dair Strategiyasının hazırlanmasını və qəbul edilməsini təklif edib.

Trend-in xüsusi müxbirinin verdiyi məlumata görə, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Bişkekdə ŞƏT-ə üzv dövlətlərin başçıları Şurasının iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, dövlətlərin coğrafi bağlılığı ŞƏT-in strateji üstünlüyüdür.

“Qazaxıstan “Bir kəmər, bir yol” meqalayihəsinin, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun, “Şimal-Cənub” dəhlizinin, eləcə də Mərkəzi və Cənubi Asiya arasında perspektivli ticarət yollarının əlaqələndirilməsinə böyük əhəmiyyət verir. Qazaxıstan Şanxay Əməkdaşlıq Təşkilatının bütün məkanında nəqliyyat təşəbbüslərinin təşviqinə yardım göstərməyə hazırdır. Gömrük prosedurlarının rəqəmsallaşdırılmasını, elektron sənədlərin qarşılıqlı tanınmasını, “yaşıl dəhlizlər” prinsipinin və digər müasir mexanizmlərin tətbiqini dəstəkləyirik. Yüklərin göndərildiyi məntəqədən son alıcıya qədər maneəsiz müşayiət olunmasını təmin etmək üçün ŞƏT-in Vahid Rəqəmsal Tranzit Platformasının yaradılması səmərəli həll yolu ola bilər. 2035-ci ilədək Şanxay Əməkdaşlıq Təşkilatının nəqliyyat qarşılıqlı əlaqəliliyinə dair Strategiyasının hazırlanmasını və qəbul edilməsini təklif edirik”, - deyə Qazaxıstan Prezidenti vurğulayıb.

Bundan əlavə, Tokayev süni intellektin və rəqəmsal texnologiyaların sürətli inkişafının ŞƏT ölkələrindən baş verən dəyişikliklərə yalnız uyğunlaşmağı deyil, həm də qabaqlayıcı qərarlar qəbul etməyi tələb etdiyini qeyd edib.

“Əhəmiyyətli elmi və innovasiya potensialına malik ŞƏT dövlətləri təcrübə mübadiləsindən texnologiyaların birgə yaradılmasına və səriştələrin artırılmasına keçidi sürətləndirə, ardıcıl olaraq süni intellekt sahəsində öz ekosistemlərini formalaşdıra bilərlər. Qazaxıstan bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsinin tərəfdarıdır. Bu il ölkəmiz Çinin təşəbbüsü ilə yaradılmış Süni İntellekt Sahəsində Əməkdaşlıq üzrə Ümumdünya Təşkilatının təsisçiləri sırasına daxil olub. Buna görə də ŞƏT-in himayəsi altında üzv dövlətlərin aparıcı universitetlərinin, elmi müəssisələrinin və texnologiya şirkətlərinin iştirakı ilə Süni İntellekt Mərkəzləri Şəbəkəsinin yaradılmasını məqsədəuyğun hesab edirik”, - deyə Qazaxıstan dövlət başçısı sözlərinə davam edib.

Məqalədə: #Qazaxıstan #Kasım-Jomart Tokayev #Bişkek #Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu #Şanxay Əməkdaşlıq Təşkilatı #Nəqliyyat #qarşılıqlı əlaqəliliyinə #başçıları Şurasının iclasında #Şimal-Cənub dəhlizi #Mərkəzi və Cənubi Asiya

Mövzu üzrə digər xəbərlər

Rusiya hərbi bazasının Ermənistanda mövcudluğunu həyati əhəmiyyətli hesab etmirik - Paşinyan
Siyasət

Rusiya hərbi bazasının Ermənistanda mövcudluğunu həyati əhəmiyyətli hesab etmirik - Paşinyan

3 Sentyabr 13:34
Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb
Türkiyə

Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb

2 Sentyabr 15:56
Si Cinpinin Misir səfəri: Çin ABŞ-ın Yaxın Şərqdəki təsirinə meydan oxuyur
Digər Dövlətlər

Si Cinpinin Misir səfəri: Çin ABŞ-ın Yaxın Şərqdəki təsirinə meydan oxuyur

2 Sentyabr 10:25
ABŞ iyun razılaşmasına qayıtsa, İran dərhal qarşılıq verəcək-Pezeşkian
İran

ABŞ iyun razılaşmasına qayıtsa, İran dərhal qarşılıq verəcək-Pezeşkian

2 Sentyabr 09:15

Son Xəbərlər

Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
17:00
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
16:38
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
16:30
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
16:17
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
15:57
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.