QFZ rəhbəri və Qazaxıstan səfiri investisiyaların cəlb edilməsi üzrə əməkdaşlığı müzakirə ediblər
Danışıqlar zamanı iki dövlət arasında investisiya axınını artırmaq və iqtisadi tərəfdaşlığı möhkəmləndirmək mexanizmləri müzakirə mövzusu olub.
Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi – Daşkənd Bəyannaməsi qəbul edildi
Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirilib və Daşkənd Bəyannaməsi qəbul olunub. Sənəd türk dünyasında ədəbi, mədəni və humanitar əməkdaşlığın inkişafı üçün yeni istiqamətlər müəyyən edir.
Abbas Əraqçi Bişkekdə bir sıra ölkələrin xarici işlər nazirləri ilə görüşüb
İranın xarici işlər naziri Abbas Əraqçi Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının toplantısı çərçivəsində bir sıra həmkarları ilə görüşüb. O, Rusiya, Pakistan, Tacikistan, Özbəkistan və Qazaxıstanın xarici işlər nazirləri ilə danışıqlar aparıb. İran Prezidenti Məsud Pezeşkian da sammitin ikinci günü tədbirə qatılıb. İranın dövlət xəbər agentliyi prezidentin sammit məkanına gəldiyini bildirib. Əraqçi daha əvvəl Çin Xarici İşlər naziri Van İ ilə də görüşüb. Bu təmaslar İranın sammit çərçivəsində fəal diplomatik fəaliyyət göstərdiyini nümayiş etdirir.
Tokayev ŞƏT-in əsas prinsiplərinin BMT Baş Assambleyasının qətnaməsində təsbit olunmasını təklif edib
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Şanxay Əməkdaşlıq Təşkilatının əsas prinsiplərinin BMT Baş Assambleyasının xüsusi qətnaməsində təsbit olunmasını təklif edib.
Tokayev strateji sabitlik üzrə ŞƏT Nazirlər Konfransının keçirilməsini təklif edib
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Avrasiya qitəsində strateji sabitlik və etimad tədbirləri məsələləri üzrə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Nazirlər Konfransının keçirilməsini təklif edib.
Qazaxıstan ŞƏT İnkişaf Bankının yaradılması təşəbbüsünü dəstəkləyir - Tokayev
Qazaxıstan Çinin ŞƏT İnkişaf Bankının yaradılması təşəbbüsünü dəstəkləyir.
Tokayev ŞƏT-in nəqliyyat qarşılıqlı əlaqəliliyinə dair Strategiyasının hazırlanmasını təklif edib
Qazaxıstan 2035-ci ilədək Şanxay Əməkdaşlıq Təşkilatının nəqliyyat qarşılıqlı əlaqəliliyinə dair Strategiyasının hazırlanmasını və qəbul edilməsini təklif edib.
ŞƏT “Şanxay beşliyi”ndən iri beynəlxalq təşkilata qədər böyük yol keçib - Tokayev
Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) “Şanxay beşliyi”ndən Avrasiyanın böyük hissəsini əhatə edən və dünya əhalisinin demək olar ki, yarısını birləşdirən iri beynəlxalq təşkilata qədər böyük yol keçib.
Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir
Bu gün Qırğızıstanın Bişkek şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) növbəti sammiti təşkil olunub.
Dövlətlər artıq bir-birinə etibar etmir - Tokayev
Dövlətlər, xüsusilə də böyük dövlətlər bir-birinə etimadını itirib və bu da BMT-nin, onun institutlarının fəaliyyətinə mənfi təsir göstərir. Qazaxıstan KİV-ə görə, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Kurultayın (təkpalatalı parlamentin - red) açılış sessiyasında etdiyi çıxışda bildirib.
Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Qazaxıstanın Özbəkistandakı yeni təyin olunmuş səfiri ilə görüşüb
Özbəkistan Respublikasına işgüzar səfəri çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti, professor Aktotı Raimkulova Qazaxıstan Respublikasının Özbəkistan Respublikasında yeni təyin olunmuş Fövqəladə və Səlahiyyətli səfiri cənab Yerali Tuğjanov ilə görüşüb.
Qazaxıstanda Kurultaya seçkilərdə səsvermə başa çatıb
Qazaxıstanda Kurultay deputatlarının seçkilərində səsvermə başa çatıb. Ölkə üzrə seçici fəallığı 74,19 faiz təşkil edib. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, “ölkə üzrə saat 20:00-a 9 352 151 seçici bülleten alıb ki, bu da seçici siyahılarına daxil edilmiş seçicilərin ümumi sayının 74,19 faizini təşkil edir”.