7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

ŞƏT “Şanxay beşliyi”ndən iri beynəlxalq təşkilata qədər böyük yol keçib - Tokayev

Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) “Şanxay beşliyi”ndən Avrasiyanın böyük hissəsini əhatə edən və dünya əhalisinin demək olar ki, yarısını birləşdirən iri beynəlxalq təşkilata qədər böyük yol keçib.

1 Sentyabr 2026 11:53
ŞƏT “Şanxay beşliyi”ndən iri beynəlxalq təşkilata qədər böyük yol keçib - Tokayev

BAKI,VOA

Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) “Şanxay beşliyi”ndən Avrasiyanın böyük hissəsini əhatə edən və dünya əhalisinin demək olar ki, yarısını birləşdirən iri beynəlxalq təşkilata qədər böyük yol keçib.

Trend-in xüsusi müxbirinin verdiyi məlumata görə, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Bişkekdə ŞƏT-ə üzv dövlətlərin başçıları Şurasının iclasında çıxışı zamanı deyib.

“ŞƏT mahiyyət etibarilə fərqli, lakin ruhən vahid olan ölkələrin unikal palitrasını təşkil edir və müdaxilə etməmək, suverenliyə hörmət, qarşılıqlı etimad, açıqlıq və əməkdaşlıq prinsiplərini praktikada təcəssüm etdirir. Bu gün bu, həqiqətən uğurlu, nüfuzlu və tələbat duyulan beynəlxalq strukturdur. Bununla belə, təşkilatımızın yaradıldığı dünya əhəmiyyətli dərəcədə dəyişib. Biz beynəlxalq münasibətlərin yeni arxitekturasının formalaşmasının şahidi olmuşuq”, - deyə Tokayev bildirib.

Dövlət başçısı qeyd edib ki, konsolidasiya öz yerini parçalanmaya, əməkdaşlıq meyilləri geosiyasi rəqabətə, maraqlar balansının axtarışı isə parçalanma çatlarının dərinləşməsinə verir.

“Qarşılıqlı etimad səviyyəsi azalır və bu etimad olmadan hətta ən mükəmməl beynəlxalq institutlar da tədricən meydana çıxan çağırışlara səmərəli reaksiya vermək qabiliyyətini itirir. Belə bir şəraitdə təşkilatımızın özünün mahiyyəti xüsusi əhəmiyyət kəsb edir. ŞƏT hərbi-siyasi blokların məntiqindən kənarda fəaliyyət göstərir və heç bir dövlətə qarşı yönəlməyib. Təşkilat tamamilə fərqli siyasi fəlsəfəyə - əsasında tərəqqi naminə birgə fəaliyyət ideyalarının dayandığı “Şanxay ruhuna” söykənir. Əsas məqsədimiz güclü və firavan ŞƏT birliyinin qurulmasıdır”, - deyə Tokayev bildirib.

Məqalədə: #Qazaxıstan #Kasım-Jomart Tokayev #əməkdaşlıq #Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) #Şanxay beşliyi #Avrasiya #suverenliyə hörmət #qarşılıqlı etimad #konsolidasiya

Mövzu üzrə digər xəbərlər

Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər

Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb

22:07
QFZ rəhbəri və Qazaxıstan səfiri investisiyaların cəlb edilməsi üzrə əməkdaşlığı müzakirə ediblər
Qazaxıstan

QFZ rəhbəri və Qazaxıstan səfiri investisiyaların cəlb edilməsi üzrə əməkdaşlığı müzakirə ediblər

13:52
Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi –  Daşkənd Bəyannaməsi qəbul edildi
Özbəkistan

Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi – Daşkənd Bəyannaməsi qəbul edildi

4 Sentyabr 19:56
Qətər və Pakistan əməkdaşlığı əmək və insan resursları sahəsində genişləndirəcək
Qətər

Qətər və Pakistan əməkdaşlığı əmək və insan resursları sahəsində genişləndirəcək

3 Sentyabr 15:43

Son Xəbərlər

OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
22:04
Müsəlman Dünya Liqası elmi möcüzələr üzrə hansı layihəni təqdim edib?
Müsəlman Dünya Liqası elmi möcüzələr üzrə hansı layihəni təqdim edib?
21:56
Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb
Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb
21:48
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.