Dərnəgül deposunun tam istismara veriləcəyi tarix açıqlanıb
"Layihənin əsas mahiyyəti metropoliten xətlərinin bir-birindən ayrılaraq müstəqil fəaliyyət göstərməsindən ibarətdir. İlkin olaraq qeyd etmək istərdim ki, xətlərin ayrılması üçün hər bir xəttin müstəqil şəkildə fəaliyyət göstərən deposu olmalıdır. Layihənin icrasına mərhələli şəkildə başlanılıb".
Bakıda 6 yeni ekspres avtobus xətti yaradılır
"Bakı Metropoliteni" QSC tərəfindən həyata keçirilən xətlərin ayrılması layihəsi çərçivəsində "28 May" və "Nizami" stansiyaları arasında qatarların hərəkəti tikinti işləri başa çatanadək dayandırılacaq. Bu səbəbdən sərnişinlərin rahat gediş-gəlişinin təmin olunması məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən əlavə dəstəkləyici tədbirlər görüləcək.
Bakı metropoliteni aprelin 22-nə olan hərəkət qrafiki ilə bağlı açıqlama yayıb
Aprelin 22-də Bakı metropolitenində qatarların hərəkət qrafikinə dəyişikliklər ediləcək. Bu gün saat 12:10-da “Ulduz–Nərimanov” mənzilində aralıq kabelində baş vermiş qısaqapanma ilə əlaqədar operativ şəkildə həmin mənzilin bütün elektrik qida mənbələri, o cümlədən dartı yarımstansiyasında müvafiq araşdırmalar aparılıb.
Bakı metropoliteninin fəaliyyəti bərpa olunub
Bakı metropoliteninin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib. Təhlükəsizlik məqsədilə "Ulduz" və "Nərimanov" stansiyalarında sərnişinlərin təxliyəsi həyata keçirilir. Bu səbəbdən qatarların "Nərimanov–Əhmədli" istiqamətində hərəkəti məhdudlaşdırılıb.
Bakı metrosu martda 18 milyondan çox sərnişinə xidmət göstərib
Bakı Metropoliteni QSC mart ayı ərzində 18 milyondan çox sərnişinə xidmət göstərib. Bayram günlərində isə mərkəz istiqamətində sərnişin axınında kəskin artım müşahidə olunub. 21–22 mart tarixlərində Sahil metro stansiyası ən çox istifadə edilən stansiya olub və gündəlik orta göstəricidən 51 faiz daha çox sərnişin qəbul edib.
964 Əlaqə Mərkəzinə yanvar ayında mindən çox müraciət daxil olub
Yanvar ayı ərzində Bakı Metropoliteninin 964 Əlaqə mərkəzi vətəndaş müraciətlərinin operativ, effektiv və sistemli şəkildə cavablandırılmasını təmin edib. Əlaqə mərkəzinin operativlik göstəriciləri də yüksək səviyyədə olub. Statistikaya əsasən, daxil olan zənglərin 98 faizi ilk cəhddən və 30 saniyə ərzində cavablandırılıb. Xətdə orta gözləmə müddəti isə cəmi 5 saniyə təşkil edib.
Bakı Metropoliteni tarixində ilk “Dayanıqlılıq Hesabatı”nı təqdim edib
İnnovativ yanaşmalarla davamlı inkişaf xəttini gücləndirən Bakı Metropoliteni 2024-cü ili əhatə edən ilk “Dayanıqlılıq Hesabatı”nı hazırlayıb. Hesabat beynəlxalq Qlobal Hesabat Təşəbbüsü standartlarına uyğun tərtib olunub və müəssisənin şəffaflıq, hesabatlılıq və uzunmüddətli inkişaf prinsiplərinə sadiqliyini əks etdirir. Sənəddə korporativ idarəetmə, əməkdaşların sosial rifahı, təhlükəsizlik, sərnişinlərə göstərilən xidmətin keyfiyyəti, eləcə də ətraf mühit, sosial və idarəetmə sahələrində görülən işlər yer alıb.
Bakı metropoliteni yanvarın 20-də gücləndirilmiş rejimdə işləyəcək
20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Bakı Metropoliteninin iş rejimi dəyişdiriləcək. Anım tədbirlərinin keçiriləcəyi “20 Yanvar”, həmçinin Şəhidlər xiyabanına ən yaxın ərazilərdə yerləşən “İçərişəhər” və “Elmlər Akademiyası” stansiyalarında xüsusi nəzarət mexanizmləri tətbiq ediləcək.
“Memar Əcəmi” stansiyasının daha bir keçidində təmir işlərinə başlanılır
AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC tərəfindən Yaşıl xətt üzrə yerləşən “Memar Əcəmi” stansiyasının ikinci vestibülünün keçidində təmir işlərinə start verilir. 1985-ci ildə istismara verilmiş stansiyanın sözügedən keçidində istismar müddətini başa vurmuş, eləcə də korroziyanın təsirlərinə məruz qalmış kabançik tipli divar üzlükləri və döşəmə örtüyü yenilənəcək.
Retro vaqonlar yenidən İçərişəhərdə nümayiş etdiriləcək
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Bakı Metropoliteni tərəfindən silsilə bayram tədbirləri keçiriləcək. Sərnişinlərin bayram günlərində böyük maraq və rəğbətlə qarşıladığı retro vaqonlar yenidən “İçərişəhər” stansiyasında nümayiş olunacaq.
Bakı metropoliteni Zəfər Günündə gücləndirilmiş iş rejimində çalışacaq
AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC 8 noyabrda gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Zəfər Gününə həsr edilmiş hərbi parad və konsert proqramı ilə əlaqədar mərkəzi ərazilərə yaxın yerləşən “İçərişəhər”, “Sahil” və “28 May” xüsusi qaydada olmaqla, bütün stansiyalarda növbətçilik cədvəli əsasında nəzarət mexanizmləri gücləndiriləcək.
Bakı metrosu gücləndirilmiş rejimdə işləyəcək
AZCON Holding şirkətlərindən olan "Bakı Metropoliteni" QSC noyabrın 5-də "Qarabağ" Futbol Klubunun UEFA Çempionlar Liqası turniri çərçivəsində oyunu ilə əlaqədar iş rejimini dəyişdirəcək. Metropoliten "Gənclik" stansiyasının yaxınlığında yerləşən Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matça görə gücləndirilmiş qaydada fəaliyyət göstərəcək.