10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Dərnəgül deposunun tam istismara veriləcəyi tarix açıqlanıb

"Layihənin əsas mahiyyəti metropoliten xətlərinin bir-birindən ayrılaraq müstəqil fəaliyyət göstərməsindən ibarətdir. İlkin olaraq qeyd etmək istərdim ki, xətlərin ayrılması üçün hər bir xəttin müstəqil şəkildə fəaliyyət göstərən deposu olmalıdır. Layihənin icrasına mərhələli şəkildə başlanılıb".

13 Avqust 2026 11:19
Dərnəgül deposunun tam istismara veriləcəyi tarix açıqlanıb

BAKI,VOA

Dərnəgül deposunun tam istismara verilməsinin 2027-ci ilin sonu, 2028-ci ilin əvvəlinə, qatarların isə tam fəaliyyətə başlamasının həmin dövrə qədər təmin olunması nəzərdə tutulur.

VOA xəbər verir ki, bunu Bakı Metropoliteninin baş mühəndisi Namiq Yusubov Dərnəgül elektrik deposunda II mərhələ üzrə işlərin tamamlanması və ilk xətti qatarın qəbulu prosesi ilə bağlı təşkil edilən mediaturda jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Bakı Metropolitenində xüsusi əhəmiyyət kəsb edən layihənin icrasına başlanılıb.

"Layihənin əsas mahiyyəti metropoliten xətlərinin bir-birindən ayrılaraq müstəqil fəaliyyət göstərməsindən ibarətdir. İlkin olaraq qeyd etmək istərdim ki, xətlərin ayrılması üçün hər bir xəttin müstəqil şəkildə fəaliyyət göstərən deposu olmalıdır. Layihənin icrasına mərhələli şəkildə başlanılıb".

Baş mühəndis qeyd edib ki, ilkin mərhələdə "Dərnəgül" deposunda 25 qalovdan 13-ü istifadəyə verilib.

"Burada texniki baxışın və gündəlik istismarın təşkili təmin olunub. Eyni zamanda mühəndis-texniki qurğuların inkişafına başlanılıb. "Dərnəgül" deposu artıq ikinci mərhələdə istismara başladığından işçi heyətinin ayrılması da həyata keçirilib.
Qırmızı xətt üzrə "Həzi Aslanov" stansiyasından "İçərişəhər"ə qədər, yaşıl xətt üzrə isə "Dərnəgül"dən "Nizami" stansiyasına qədər müstəqil fəaliyyətin təşkili nəzərdə tutulur.
Xətlərin ayrılması layihəsinin 11 ay ərzində yekunlaşdırılması planlaşdırılır. Birləşdirmə tunelinin inşasından sonra yaşıl və qırmızı xətlər müstəqil fəaliyyət göstərəcək.
Bu müddət ərzində sərnişinlərdən anlayışlı olmaları xahiş olunur. İşlərin icrası zamanı müəyyən çətinliklərin yaranması mümkündür.
Xüsusi əhəmiyyət daşıyan məsələlərdən biri də birləşdirmə tunelinin inşasıdır. Dərnəgül deposunun tam istismara verilməsinin 2027-ci ilin sonu, 2028-ci ilin əvvəlinə, qatarların isə tam fəaliyyətə başlamasının həmin dövrə qədər təmin olunması nəzərdə tutulur".

Məqalədə: #Azərbaycan #Bakı #Bakı Metropoliteni #Namiq Yusubov #Dərnəgül

Mövzu üzrə digər xəbərlər

OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
Texnologiya

OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib

21:41
Positron AI-nin dəyəri yeddi ayda 5 milyard dollara çatıb
Texnologiya

Positron AI-nin dəyəri yeddi ayda 5 milyard dollara çatıb

20:45
Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisəyə başçəkmə həyata keçirilib
Cəmiyyət

Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisəyə başçəkmə həyata keçirilib

17:01
Abbasilər və Əməvilər dövründə poeziya - Tarixin yaddaşında qalan ərəb qadın şairləri
İslam və həyat: Şəriət, tarix, əxlaq

Abbasilər və Əməvilər dövründə poeziya - Tarixin yaddaşında qalan ərəb qadın şairləri

09:00

Son Xəbərlər

2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
23:00
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
22:00
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
21:41
İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH
İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH
21:28
Livanda İsrail hücumlarında ölənlərin sayı 4 min 383-ə çatıb
Livanda İsrail hücumlarında ölənlərin sayı 4 min 383-ə çatıb
21:25
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.