7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Bakı Metropoliteni tarixində ilk “Dayanıqlılıq Hesabatı”nı təqdim edib

İnnovativ yanaşmalarla davamlı inkişaf xəttini gücləndirən Bakı Metropoliteni 2024-cü ili əhatə edən ilk “Dayanıqlılıq Hesabatı”nı hazırlayıb. Hesabat beynəlxalq Qlobal Hesabat Təşəbbüsü standartlarına uyğun tərtib olunub və müəssisənin şəffaflıq, hesabatlılıq və uzunmüddətli inkişaf prinsiplərinə sadiqliyini əks etdirir. Sənəddə korporativ idarəetmə, əməkdaşların sosial rifahı, təhlükəsizlik, sərnişinlərə göstərilən xidmətin keyfiyyəti, eləcə də ətraf mühit, sosial və idarəetmə sahələrində görülən işlər yer alıb.

21 Yanvar 2026 20:48
Bakı Metropoliteni tarixində ilk “Dayanıqlılıq Hesabatı”nı təqdim edib
Bizi buradan izləyin və Bizə yazın

BAKI,AzerVoice

İnnovativ yanaşmalarla davamlı inkişaf xəttini gücləndirən Bakı Metropoliteni 2024-cü ili əhatə edən ilk “Dayanıqlılıq Hesabatı”nı hazırlayıb.

AzerVoice xəbər verir ki, hesabat beynəlxalq Qlobal Hesabat Təşəbbüsü standartlarına uyğun tərtib olunub və müəssisənin şəffaflıq, hesabatlılıq və uzunmüddətli inkişaf prinsiplərinə sadiqliyini əks etdirir. Sənəddə korporativ idarəetmə, əməkdaşların sosial rifahı, təhlükəsizlik, sərnişinlərə göstərilən xidmətin keyfiyyəti, eləcə də ətraf mühit, sosial və idarəetmə sahələrində görülən işlər yer alıb.

Məlumata görə, şəhər nəqliyyatında dayanıqlılığın artırılması Bakı Metropoliteninin əsas prioritetlərindəndir. Bu çərçivədə 2024-cü ildə metro şəbəkəsi ilə 230 milyona yaxın sərnişinə xidmət göstərilib, təhlükəsiz və fasiləsiz hərəkətin təmin olunmasına xüsusi diqqət yetirilib.

Qəbul edilmiş Dövlət Proqramına uyğun olaraq, 2030-cu ilədək metropoliten şəbəkəsinin genişləndirilməsi, xətlərin uzadılması və 10 yeni stansiyanın inşası nəzərdə tutulur. Bu addımlar paytaxtın ictimai nəqliyyat sisteminin səmərəliliyinin artırılmasına və dayanıqlı inkişafına xidmət edəcək.

Rəqəmsal yeniliklər çərçivəsində metropolitenin bütün stansiyalarında kvadrat kod əsaslı ödəniş sisteminin tətbiqi sərnişinlər üçün səfərlərin daha sürətli və rahat təşkilinə imkan yaradıb. Bu yanaşma xidmətlərin əlçatanlığını və istifadəçi yönümlülüyünü artırıb.

Ətraf mühitin qorunması və enerji səmərəliliyinin yüksəldilməsi istiqamətində də mühüm nəticələr əldə olunub. Stansiyalarda müasir və qənaətli işıqlandırma sistemlərinin tətbiqi enerji istehlakının optimallaşdırılmasına və ekoloji məsuliyyətin gücləndirilməsinə töhfə verib.

Bakı Metropolitenində sistemli hesabat mexanizminin formalaşdırılması məlumatların toplanması və idarə olunmasının təhlilinə şərait yaradaraq, inkişaf potensialı olan sahələrin müəyyənləşdirilməsinə imkan verib. Qurumdan bildirilib ki, təqdim olunan “Dayanıqlılıq Hesabatı” gələcək illərdə bu istiqamətdə fəaliyyətin daha da təkmilləşdirilməsi üçün etibarlı əsas olacaq.

Bakı Metropoliteni tarixində ilk “Dayanıqlılıq Hesabatı”nı təqdim edib
Məqalədə: #Bakı Metropoliteni #Dövlət Proqramı #İnnovativ yanaşma #Bakı Metropoliteni tarixində ilk Dayanıqlılıq Hesabatı #Qlobal Hesabat Təşəbbüsü standartları

Mövzu üzrə digər xəbərlər

Dərnəgül deposunun tam istismara veriləcəyi tarix açıqlanıb
Cəmiyyət

Dərnəgül deposunun tam istismara veriləcəyi tarix açıqlanıb

13 Avqust 11:19
Bakıda 6 yeni ekspres avtobus xətti yaradılır
Cəmiyyət

Bakıda 6 yeni ekspres avtobus xətti yaradılır

4 Avqust 15:29
Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın iclası keçirilib
Siyasət

Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın iclası keçirilib

10 İyul 17:49
Bakı metropoliteni aprelin 22-nə olan hərəkət qrafiki ilə bağlı açıqlama yayıb
Cəmiyyət

Bakı metropoliteni aprelin 22-nə olan hərəkət qrafiki ilə bağlı açıqlama yayıb

21 Aprel 23:54

Son Xəbərlər

Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
6 Sentyabr 20:41
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.