7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

ABŞ-nin maliyyə naziri Çin ilə ticarət razılaşması üzrə danışıqlar aparır

30 Aprel 2025 00:18
ABŞ-nin maliyyə naziri Çin ilə ticarət razılaşması üzrə danışıqlar aparır

BAKI, AzerVoice

ABŞ-nin maliyyə naziri Skott Bessent Çinlə ticarət gərginliyinin həlli üzrə danışıqlar aparır.

AzerVoice xəbər verir ki, bu barədə ABŞ-nin ticarət naziri Hovard Latnik bildirib.

“Əgər Skott Bessent Çinlə razılığa gələ bilsə – ümid edirəm ki, gələcək iqtisadiyyatın ən böyük lokomotivinə çevriləcək. Mən bu məsələdə Bessentə güvənirəm, necə ki, biz hamımız Çinlə razılaşma məsələsində ona güvənirik, o da dünya ölkələri ilə bağlanacaq digər razılaşmalar üçün bizə güvənir” - deyə, Latnik bildirib.

O əlavə edib ki, Tramp ikinci prezidentlik müddətində əsas diqqətini bazarlara yox, qlobal ticarətin yenidən tənzimlənməsinə yönəldib.

“Bu, çətin işdir, güc tələb edir, amma o, Amerika iqtisadiyyatını qoruyacaq” – deyə, ticarət naziri bildirib.

Xatırladaq ki, aprelin 2-də ABŞ prezidenti Donald Tramp 185 ölkə və əraziyə qarşı yeni gömrük rüsumlarının tətbiq olunduğunu elan edib. Ümumi 10 faizlik tariflər aprelin 5-də qüvvəyə minib, fərdi tariflər isə aprelin 9-da tətbiq edilib. Eyni zamanda Tramp aprelin 9-da bəzi ölkə və ərazilərə qarşı qarşılıqlı prinsip əsasında tətbiq olunmuş əlavə gömrük rüsumlarının 90 gün müddətinə təxirə salındığını bildirib. Ağ Ev bu qərarın ticarət danışıqları aparıldığı üçün verildiyini və bu müddətdə 10 faizlik ümumi tarifin qüvvədə qalacağını bildirib.

Əlavə edək ki, hazırda ABŞ-nin Çin mallarına tətbiq etdiyi ümumi gömrük rüsumları 145 faizə çatıb. Çin isə cavab olaraq aprelin 12-dən etibarən ABŞ məhsullarına tətbiq olunan tarifləri 125 faizə yüksəldib.

Məqalədə: #ABŞ #Donald Tramp #Çin #Ağ Ev #ticarət #ABŞ Maliyyə Nazirliyi #Skott Bessent #Trampın tarifləri #Gömrük tariflərinin artırılması #Çin və ABŞ ticarət münasibətləri #danışıqlar #tarif #tariflər #Çin-ABŞ ticarət əlaqələri #Ticarət gərginliyi #Çin ABŞ ticarət müharibəsi

Mövzu üzrə digər xəbərlər

Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib
Digər Dövlətlər

Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib

21:41
Küveyt və Pakistan XİN rəhbərləri Yaxın Şərqdə sülh səylərini müzakirə edib
Küveyt

Küveyt və Pakistan XİN rəhbərləri Yaxın Şərqdə sülh səylərini müzakirə edib

21:38
Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ
Digər Dövlətlər

Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ

21:32
Səudiyyə Ərəbistanı və Serbiya strateji tərəfdaşlığı genişləndirir
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanı və Serbiya strateji tərəfdaşlığı genişləndirir

20:30

Son Xəbərlər

Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
22:04
Müsəlman Dünya Liqası elmi möcüzələr üzrə hansı layihəni təqdim edib?
Müsəlman Dünya Liqası elmi möcüzələr üzrə hansı layihəni təqdim edib?
21:56
Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb
Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb
21:48
Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib
Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib
21:41
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.