4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

ABŞ Hindistana tətbiq olunan rüsumu 50 faizə qaldırıb

ABŞ Prezidenti Donald Tramp Hindistana qarşı əlavə 25 faizlik rüsum tətbiq edilməsi ilə bağlı sərəncam imzalayıb və bununla da Hindistana qarşı ümumi rüsum dərəcəsi 50 faizə çatıb. Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

6 Avqust 2025 18:30
ABŞ Hindistana tətbiq olunan rüsumu 50 faizə qaldırıb

BAKI, AzerVoice, Səməd Əyyubov – ABŞ Prezidenti Donald Tramp Hindistana qarşı əlavə 25 faizlik rüsum tətbiq edilməsi ilə bağlı sərəncam imzalayıb və bununla da Hindistana qarşı ümumi rüsum dərəcəsi 50 faizə çatıb.

AzerVoice xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

“Hindistan hökuməti hazırda Rusiya Federasiyasından birbaşa və ya dolayı yolla neft idxal edir” - deyə, Tramp bildirib.

“Mövcud qanunvericiliyə uyğun olaraq, Hindistandan ABŞ-ın gömrük ərazisinə idxal edilən mallara əlavə 25 faiz dəyər vergisi tətbiq ediləcək” - deyə, sərəncam sənədində qeyd olunub.

Bundan əvvəl, Tramp Hindistanın Rusiyadan hərbi texnika və enerji aldığına görə 25 faizlik rüsumla yanaşı cərimə də ödəyəcəyini bildirmişdi. O vaxt bunun necə həyata keçiriləcəyi dəqiq məlum deyildi.

Lakin Tramp çərşənbə axşamı bəyan edib ki, Hindistan "Rusiya nefti aldığı və müharibə maşınını qidalandırdığı üçün” qarşıdakı 24 saat ərzində rüsumları “çox ciddi şəkildə artıracaq.”

“Əgər onlar bunu edəcəksə, mən heç də məmnun olmayacağam" – deyə, Tramp CNBC telekanalına verdiyi müsahibədə bildirib.

Məqalədə: #neft #Rusiya #ABŞ #Hindistan #Neft ixracı və idxalı #Gömrük rüsumu #Gömrük tariflərinin artırılması #Rus nefti #rüsumlar #rüsum #tarif #tariflər #Gömrük rüsumları

Mövzu üzrə digər xəbərlər

Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
Digər Dövlətlər

Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb

17:41
İran və İordaniya arasında diplomatik gərginlik artır
İordaniya

İran və İordaniya arasında diplomatik gərginlik artır

17:14
Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

11:45
ABŞ İranda toy mərasiminin vurulması ilə bağlı araşdırma aparır - Cey Di Vens
Digər Dövlətlər

ABŞ İranda toy mərasiminin vurulması ilə bağlı araşdırma aparır - Cey Di Vens

3 Sentyabr 22:36

Son Xəbərlər

İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
17:46
Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
17:41
İran hava hücumundan müdafiə qüvvələri - “İstənilən qarşıdurmaya hazırıq”
İran hava hücumundan müdafiə qüvvələri - “İstənilən qarşıdurmaya hazırıq”
17:33
İran və İordaniya arasında diplomatik gərginlik artır
İran və İordaniya arasında diplomatik gərginlik artır
17:14
Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
17:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.