Tarifələrin ləğvi bütün dünyanı böhrana sürükləyə bilər - Tramp
ABŞ-ın prezidenti Donald Tramp gömrük rüsumlarının ləğvinin ölkəsi üçün dağıdıcı nəticələrə səbəb olacağını, bu rüsumlar olmasa bütün dünyanın iqtisadi böhrana düşəcəyini iddia edib. Tramp bu fikirləri Fox News telekanalına verdiyi müsahibədə səsləndirib və ABŞ Ali Məhkəməsində baxılan tarifə işi barədə danışıb. O bildirib ki, Ali Məhkəmədə aparılan prosesin “yaxşı keçdiyini” eşidib və bu işi “ABŞ tarixindəki ən mühüm məhkəmə işlərindən biri” kimi qiymətləndirib.
ABŞ Ali məhkəməsi Trampın tətbiq etdiyi rüsumların qanuniliyini araşdıracaq
ABŞ Ali Məhkəməsi prezident Donald Tramp tərəfindən digər ölkələrə qarşı tətbiq edilən bir sıra gömrük rüsumlarının qanuniliyini sürətləndirilmiş prosedurla araşdırmağa razılıq verib. Məhkəmənin yaydığı bildirişə əsasən, tərəflərin dinləmələri bu ilin noyabr ayında başlayacaq. Sənəddə qeyd olunub ki, dinləmələr 2025-ci ilin noyabr ayının ilk həftəsinə təyin edilib. Tərəflər öz arqumentlərini yazılı şəkildə sentyabrın 19-dək məhkəməyə təqdim etməlidirlər. Rüsumlar məhkəmə araşdırması başa çatana qədər qüvvədə qalacaq.
Tramp Qazaxıstana səfərini istisna etməyib
ABŞ prezidenti Donald Tramp Qazaxıstana səfər edəcəyini istisna etməyib. O Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə “çox yaxşı söhbət” apardığını bildirib. “Gedə bilərəm”, – deyə Tramp Qazaxıstana səfər edib-etməyəcəyi barədə suala cavab verib. “Onunla çox yaxşı söhbətim oldu. Ona salam çatdırın. O, yaxşı insandır” - deyə, o Tokayev haqqında danışarkən qeyd edib.
İki həftə ərzində Ukrayna münaqişəsi ilə bağlı yeni sanksiyalar və rüsumlar tətbiq edə bilərəm - Tramp
ABŞ prezidenti Donald Tramp bildirib ki, iki həftə ərzində Ukrayna münaqişəsi ilə bağlı ya yeni sanksiyalar və rüsumlar tətbiq edə, ya da ümumiyyətlə heç bir addım atmaya bilər. Trampdan ABŞ-ın iki həftə sonra Rusiyaya və Ukraynadakı münaqişəyə yanaşmasını dəyişməyə hazır olub-olmaması barədə sual veriləndə, o cavabında gələcək addımlar barədə qərar qəbul edəcəyini bildirib. “Bu, çox mühüm qərar olacaq: ya ciddi sanksiyalar tətbiq ediləcək, ya rüsumlar, ya hər ikisi, yaxud da ümumiyyətlə heç nə etməyəcəyik və deyəcəyik ki, ‘bu, sizin müharibənizdir’,” – deyə, ABŞ prezidenti vurğulayıb.
Kanada ABŞ-a qarşı tətbiq etdiyi cavab rüsumlarından imtina edir - Baş nazir
Kanada hakimiyyəti ABŞ-dan gətirilən bəzi mallara tətbiq olunan cavab rüsumlarından imtina edir. Bu barədə Kanadanın Baş naziri Mark Karni məlumat verib. “ABŞ, Meksika və Kanada arasında imzalanmış USMCA sazişindən irəli gələn öhdəliklərimizə uyğun olaraq bu gün bəyan edirəm ki, Kanada hökuməti ABŞ-ın daha əvvəl atdığı addımlara bənzər addım atacaq və müqavilə çərçivəsinə daxil olan bütün Amerika mallarına tətbiq olunan rüsumları ləğv edəcək” – deyə, Karni bildirib.
ABŞ Çinlə əldə etdiyi ticarət razılaşmalarını 90 gün uzada bilər
ABŞ Prezidenti Donald Tramp və onun administrasiyası böyük ehtimalla Çinlə razılığa gələrək gömrük rüsumları ilə bağlı mövcud razılaşmaların müddətini 90 gün uzadacaq. Bu barədə ABŞ-ın ticarət naziri Hovard Latnik “Fox Business” telekanalına müsahibəsində bildirib.
ABŞ cümə günü Rusiyaya ikinci dərəcəli sanksiyalar tətbiq edə bilər - Ağ Ev
ABŞ administrasiyasının cümə günü Rusiyaya qarşı ikinci dərəcəli sanksiyalar tətbiq edə biləcəyi gözlənilir. Bu barədə Ağ Evin nümayəndəsi məlumat verib.
ABŞ Hindistana tətbiq olunan rüsumu 50 faizə qaldırıb
ABŞ Prezidenti Donald Tramp Hindistana qarşı əlavə 25 faizlik rüsum tətbiq edilməsi ilə bağlı sərəncam imzalayıb və bununla da Hindistana qarşı ümumi rüsum dərəcəsi 50 faizə çatıb. Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Aİ ABŞ-a qarşı cavab rüsumlarını yarım il müddətinə dondurub
Avropa İttifaqı (Aİ) ABŞ Prezidenti Donald Trampla əldə olunan ticarət razılaşmasından sonra ABŞ-a qarşı nəzərdə tutulmuş 93 milyard avro həcmində cavab rüsumlarını tam ləğv etməyib, yalnız yarım il müddətinə dondurub. Bu barədə Avropa Komissiyasının mətbuat xidməti məlumat yayıb.
Hindistana qarşı tətbiq edilən rüsumlar artırılacaq – Tramp
ABŞ Prezidenti Donald Tramp Hindistandan idxal olunan və yenidən satılan Rusiya nefti ilə bağlı rüsumların əhəmiyyətli dərəcədə artırılacağını bəyan edib.
ABŞ Aİ və 68 ölkəyə qarşı rüsumlar tətbiq edib
Yeni rüsumlar avqustun 7-dən qüvvəyə minəcək. Bu müddət, gömrük və sərhəd xidmətinə yeni rüsumların tətbiqi ilə bağlı zəruri dəyişiklikləri həyata keçirmək üçün verilib.
ABŞ və Çin gömrük rüsumlarına dair razılaşmanı daha üç ay uzatdı
ABŞ və Çin arasında Stokholmda keçirilən danışıqlardan sonra gömrük rüsumları ilə bağlı mövcud güzəşt rejiminin daha üç ay müddətinə uzadılması barədə razılıq əldə olunub.