12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

ABŞ Çinlə əldə etdiyi ticarət razılaşmalarını 90 gün uzada bilər

ABŞ Prezidenti Donald Tramp və onun administrasiyası böyük ehtimalla Çinlə razılığa gələrək gömrük rüsumları ilə bağlı mövcud razılaşmaların müddətini 90 gün uzadacaq. Bu barədə ABŞ-ın ticarət naziri Hovard Latnik “Fox Business” telekanalına müsahibəsində bildirib.

7 Avqust 2025 18:00
ABŞ Çinlə əldə etdiyi ticarət razılaşmalarını 90 gün uzada bilər

BAKI, AzerVoice, Səməd Əyyubov – ABŞ Prezidenti Donald Tramp və onun administrasiyası böyük ehtimalla Çinlə razılığa gələrək gömrük rüsumları ilə bağlı mövcud razılaşmaların müddətini 90 gün uzadacaq.

AzerVoice xəbər verir ki, bu barədə ABŞ-ın ticarət naziri Hovard Latnik “Fox Business” telekanalına müsahibəsində bildirib.

“Görünür ki, Tramp və ABŞ-ın danışıqlar heyəti razılığa gələcək və həmin razılaşmaların müddətini 90 gün uzadacaqlar” – deyə, o bildirib. Eyni zamanda, o qeyd edib ki, bu məsələ ilə bağlı yekun qərarı ABŞ prezidenti verəcək.

ABŞ və Çin arasında ikitərəfli ticarətlə bağlı növbəti danışıqlar raundu 28–29 iyul tarixlərində Stokholmda baş tutub. Lakin tərəflər əlavə idxal rüsumlarının dayandırılmasının müddətinin uzadılması məsələsində hələ də fərqli mövqelər nümayiş etdirirlər. Çin tərəfi bu müddətin uzadılması ilə bağlı razılıq əldə olunduğunu bildirsə də, ABŞ-ın maliyyə naziri Skott Bessent bütün şərtlərin əvvəlcə Tramp tərəfindən təsdiqlənməli olduğunu vurğulayıb.

Qeyd edək ki, ABŞ və Çin nümayəndələri arasında 10–11 may tarixlərində Cenevrədə keçirilən danışıqların nəticəsi olaraq, mayın 12-dən etibarən qarşılıqlı şəkildə 90 gün müddətinə idxal rüsumlarının 115 faiz azaldılması (Çindən ABŞ-a gətirilən mallar üçün rüsumun 30 faizə, ABŞ-dan Çinə gətirilən mallar üçün isə 10 faizə endirilməsi) barədə razılıq əldə edilmişdi. Bu razılaşmanın müddəti avqustun 12-də başa çatır.

Məqalədə: #ABŞ #Donald Tramp #Çin #ticarət #xarici ticarət #Ticarət mübahisələri #Gömrük rüsumu #Çin və ABŞ ticarət münasibətləri #rüsumlar #rüsum #Gömrük rüsumları #ABŞ-Çin ticarət müharibəsi #ABŞ rüsumları

Mövzu üzrə digər xəbərlər

Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb
Digər Dövlətlər

Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb

11 Sentyabr 21:39
ABŞ-nin müharibə siyasəti Tehranın mövqeyini gücləndirib - İran
İran

ABŞ-nin müharibə siyasəti Tehranın mövqeyini gücləndirib - İran

11 Sentyabr 21:31
Modi Pezeşkianla görüşdə dəniz yollarının təhlükəsizliyini gündəmə gətirib
İran

Modi Pezeşkianla görüşdə dəniz yollarının təhlükəsizliyini gündəmə gətirib

11 Sentyabr 20:45
ABŞ İranla mübarizəni sona çatdıracaq - Pit Heqset
Digər Dövlətlər

ABŞ İranla mübarizəni sona çatdıracaq - Pit Heqset

11 Sentyabr 20:41

Son Xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
00:10
Tarixdə bu gün - 12 sentyabr
Tarixdə bu gün - 12 sentyabr
00:01
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
11 Sentyabr 23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
11 Sentyabr 23:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.