Tramp Çinə tətbiq olunan tarifləri 90 gün daha təxirə salıb
Bu sərəncam may ayında ABŞ və Çin arasında qarşılıqlı tarif artımlarını azaltmaq üçün razılaşdırılan 90 günlük müddətin sona çatmasından əvvəl verilmişdir. Trampın açıqlamasında bildirilib ki, tariflərin dayandırılması ticarət balanssızlığının aradan qaldırılması, ədalətsiz ticarət təcrübələrinə son qoyulması və Amerika ixracatının genişlənməsi üçün vacibdir. Tariflərin dayandırılması noyabrın 10-dək uzadılıb və ABŞ ilə Çin arasında may ayında İsveçrədə başlayıb, iyun və iyulda Londonda və Stokholmda davam edən danışıqlar çərçivəsində həyata keçirilir.
Putinlə görüşmə ehtimalımız çox yüksəkdir - Tramp
ABŞ prezidenti Donald Tramp Moskvada keçirilən ABŞ-Rusiya danışıqlarının ardınca Vladimir Putinlə mümkün görüş ehtimalının yüksək olduğunu bildirib. O, Ağ Evdə Apple şirkətinin yeni sərmayələrinin təqdimatı zamanı çıxış edərək, Rusiya-Ukrayna müharibəsinin tezliklə başa çatmasını istədiyini və bu istiqamətdə diplomatik səylərin davam edəcəyini vurğulayıb.
Hindistan Trampın tariflərini ədalətsiz adlandırıb
Hindistan hökuməti ABŞ prezidenti Donald Trampın Rusiya neftinin alınmasına görə yüksək tariflərlə hədələməsinə sərt cavab verib. Bu barədə Hindistan Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Hindistana qarşı tətbiq edilən rüsumlar artırılacaq – Tramp
ABŞ Prezidenti Donald Tramp Hindistandan idxal olunan və yenidən satılan Rusiya nefti ilə bağlı rüsumların əhəmiyyətli dərəcədə artırılacağını bəyan edib.
Gömrük rüsumundan gələn gəlirləri ictimaiyyətə paylaya bilərik- Tramp
ABŞ prezidenti Tramp idxal vergilərindən əldə edilən rekord gəliri ictimaiyyətə paylamağı planlaşdırır. O, aşağı və orta gəlirli vətəndaşlara nağd “dividendlər” verilə biləcəyini açıqlayıb.
ABŞ Aİ və 68 ölkəyə qarşı rüsumlar tətbiq edib
Yeni rüsumlar avqustun 7-dən qüvvəyə minəcək. Bu müddət, gömrük və sərhəd xidmətinə yeni rüsumların tətbiqi ilə bağlı zəruri dəyişiklikləri həyata keçirmək üçün verilib.
ABŞ-ın rüsumları Almaniya iqtisadiyyatına mənfi təsir göstərəcək - Mers
“Bu 15 faizlik rüsumlar və Avropa İttifaqından ABŞ-a ixrac olunan mallar üçün 0 faizlik rüsum – bu fərq açıq şəkildə Almaniya iqtisadiyyatı üçün ağır nəticələr doğuracaq. Bu nəticə bizi qane etməsə də, mövcud şərtlərdə əldə edilə biləcək ən yaxşı razılaşma idi”
Trampın tarifləri Yapon ixracatını zəiflədir
Yaponiyanın ixracı azalır, Trampın tarif siyasəti ölkə iqtisadiyyatına təzyiqi artırır.
Tramp Kanadaya 35% tarif tətbiq edəcək
ABŞ prezidenti Donald Tramp avqustun 1-dən etibarən Kanadadan idxal edilən mallara sektor tariflərindən əlavə olaraq 35% dəyərində xüsusi rüsum tətbiq ediləcəyini elan edib.
Trampın tariflərinə qarşılıq verəcəyik - Braziliya
Braziliya prezidenti Luiz İnasio Lula da Silva ABŞ-ın Braziliya məhsullarına 50 faiz gömrük rüsumu tətbiq etmək qərarına sərt reaksiya verib.