6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

ABŞ-ın rüsumları Almaniya iqtisadiyyatına mənfi təsir göstərəcək - Mers

“Bu 15 faizlik rüsumlar və Avropa İttifaqından ABŞ-a ixrac olunan mallar üçün 0 faizlik rüsum – bu fərq açıq şəkildə Almaniya iqtisadiyyatı üçün ağır nəticələr doğuracaq. Bu nəticə bizi qane etməsə də, mövcud şərtlərdə əldə edilə biləcək ən yaxşı razılaşma idi”

28 İyul 2025 21:13
ABŞ-ın rüsumları Almaniya iqtisadiyyatına mənfi təsir göstərəcək - Mers

BAKI, AzerVoice

ABŞ-ın tətbiq etdiyi 15 faizlik gömrük rüsumları Almaniya iqtisadiyyatına ciddi təsir göstərəcək.

AzerVoice xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Mers Berlində keçirdiyi mətbuat konfransında bildirib.

O, bu rüsumların Almaniyanın ixracyönlü iqtisadiyyatı üçün ciddi yük olduğunu etiraf etsə də, ABŞ ilə danışıqlarda bundan daha yaxşı nəticə əldə etməyin mümkün olmadığını vurğulayıb.

“Bu 15 faizlik rüsumlar və Avropa İttifaqından ABŞ-a ixrac olunan mallar üçün 0 faizlik rüsum – bu fərq açıq şəkildə Almaniya iqtisadiyyatı üçün ağır nəticələr doğuracaq. Bu nəticə bizi qane etməsə də, mövcud şərtlərdə əldə edilə biləcək ən yaxşı razılaşma idi” - deyə, kansler bildirib.

Mers həmçinin qeyd edib ki, bu ticarət siyasətinin nəticələrini yalnız Almaniya deyil, ABŞ da hiss edəcək.

“Şəxsən mən bu nəticədən artıq bir şey gözləmirdim. Amma yenə də deyirəm: bu nəticə bizim üçün qənaətbəxş deyil” – deyə, Mers vurğulayıb.

Xatırladaq ki, iyulun 27-də ABŞ prezidenti Donald Tramp Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenlə görüşdən sonra verdiyi açıqlamada bildirmişdi ki, ABŞ və Aİ 15 faizlik gömrük rüsumu barədə razılığa gəlib. Bu razılaşmaya əsasən, ABŞ Avropa mallarına 15 faizlik rüsum tətbiq edəcək, Aİ isə ABŞ məhsullarına rüsum qoymayacaq. Tramp bu razılaşmanı “tarixdəki ən böyük ticarət razılaşması” adlandırmışdı. Əvvəllər onun administrasiyası Aİ-dən idxal olunan bütün məhsullara 30 faizlik rüsum tətbiq etməyi planlaşdırırdı.

Məqalədə: #Almaniya #ABŞ #Avropa İttifaqı #Avropa İttifaqı (Aİ) #Donald Tramp #Avropa Komissiyası #Ursula fon der Lyayen #Trampın tarifləri #Gömrük rüsumu #Gömrük tariflərinin artırılması #ABŞ-ın tarif siyasəti və ticarət gərginliyi #Ticarət tarifləri #Avropa Komissiyası (AK) #rüsumlar #rüsum #tariflər #Gömrük rüsumları #Fridrix Mers #ABŞ tarifləri 2025

Mövzu üzrə digər xəbərlər

Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Texnologiya

Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb

5 Sentyabr 22:14
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
Digər Dövlətlər

İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset

5 Sentyabr 20:47

Son Xəbərlər

Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
20:56
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
20:41
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
19:34
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
19:02
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.