İranla əldə olunacaq razılaşma uzunmüddətli olmalıdır - Fridrix Mers
Almaniyanın Kansleri Fridrix Mers İranla mümkün razılaşmanın uzunmüddətli olmasının vacibliyini bəyan edib. O bildirib ki, bu məsələni ABŞ Prezidenti Donald Trampla da müzakirə edib. Mersin sözlərinə görə, Tehranla əldə ediləcək razılaşma davamlı və etibarlı olmalıdır. Almaniya Kansleri son atəşkəsin pozulmasına görə İranı məsul hesab etdiyini də açıqlayıb. O bildirib ki, bölgədə sabitliyin qorunması üçün tərəflər uzunmüddətli həll yolu tapmalıdır. Mers hesab edir ki, yalnız davamlı razılaşma yeni qarşıdurmaların qarşısını ala bilər. Onun açıqlaması ABŞ ilə İran arasında gərginliyin davam etdiyi bir dövrdə səsləndirilib.
Tramp Fridrix Mertsi Ukrayna siyasətində səmərəsizlikdə ittiham etdi
ABŞ Prezidenti Donald Tramp Almaniya Kansleri Fridrix Mertsi Ukrayna münaqişəsində “tamamilə təsirsiz” qalmaqda ittiham edərək, ona xarici siyasətə müdaxilə etmək əvəzinə ölkəsinin daxili problemləri ilə məşğul olmağı tövsiyə edib. Özünə məxsus "Truth Social" platformasında paylaşım edən Tramp, Almaniya hökumətinin daxili siyasətini sərt tənqid atəşinə tutub. O bildirib ki, kanser Merts vaxtını İranın nüvə təhdidini ortadan qaldırmağa çalışanlara mane olmaq əvəzinə, Almaniyadakı "bozuk" enerji və miqrasiya sistemini düzəltməyə sərf etməlidir. Tramp Almaniyanın hazırkı vəziyyətini "dağılmış ölkə" kimi xarakterizə edib.
Mers və Tramp İranla atəşkəs sonrası nələri müzakirə ediblər - detallar
Almaniya hökumətindəki mənbələrin "Reuters" agentliyinə verdiyi məlumata görə, çərşənbə günü günorta saatlarında Almaniya Kansleri Fridrix Mers və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub. Danışıq ABŞ-ın İranla əldə etdiyi atəşkəs razılaşmasından qısa müddət sonraya təsadüf edib.
Ərdoğan Almaniya kanslerinin İsraili müdafiə etməsinə etiraz edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Ankarada rəsmi səfərdə olan Almaniya kansleri Fridrix Merslə keçirilən birgə mətbuat konfransında Qəzza məsələsini müzakirə edib. Kanslerin “İsrail özünü müdafiə etdi” ifadəsinə açıq şəkildə etiraz edən Ərdoğan: “60 mindən çox uşaq, qadın və yaşlı həyatını itirib. HƏMAS-ın bombası, nüvə silahı yoxdur. Amma bütün bu silahlar İsrailin əlində var və istifadə edir. Qəzzə gecə-gündüz bombardman olunur. Bunları Almaniya görmürmü?”-deyib.
Almaniya Kansleri Fridrix Mers gələn həftə Türkiyəyə səfər edəcək
Almaniyanın kansleri Fridrix Mersin 29 oktyabr axşamı Türkiyəyə səfər edəcəyi və 30 oktyabrda Prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcəyi bildirilib. Almaniya hökumətinin mətbuat katibinin müavini Sebastyan Hille Berlində keçirilən mətbuat konfransında açıqlayıb ki, Baş nazir Fridrix Mers 29 oktyabrda Türkiyəyə səfər edəcək və ertəsi gün Prezident Ərdoğanla görüşəcək.
Almaniyada Ukraynaya qoşun göndərilməsi müzakirələri ölkəni iki yerə bölüb
Ölkədə nasist keçmişi səbəbindən hərbi müdaxiləyə qarşı həssaslıq qalır və bu, Bundestaqda belə bir qətnamənin qəbul edilməsini çətinləşdirir. Radikal sağçı Alternativ für Deutschland (AfD) partiyasının lideri Alice Weidel planı “təhlükəli və məsuliyyətsiz” adlandırıb, CDU-nun xarici işlər naziri Johann Wadephul isə qoşun yeridilməsinin Almaniyaya gərginlik yaradacağını vurğulayıb. Almaniyada keçirilən sorğular göstərir ki, əhalinin 49 faizi qoşun göndərilməsini dəstəkləyir, 45 faizi isə əleyhinədir. Merzin koalisiya tərəfdaşı Sosial Demokratlar (SPD) isə Ukraynaya qoşun yeritməyə qarşıdır.
Tramp və Zelenskinin görüşü başa çatıb
Ağ Evdə ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş keçirilir. Zelenski ilə yanaşı, görüşə Fransa prezidenti Emmanuel Makron, Böyük Britaniyanın baş naziri Kir Starmer, Almaniya kansleri Fridrix Mers, İtaliya baş naziri Corcia Meloni və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen də qatılıb.
Mers Tramp və Zelnskinin görüşündə iştirak etmək üçün ABŞ-a səfər edəcək
Almaniya kansleri Fridrix Mers ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşdə iştirak etmək üçün avqustun 18-də Vaşinqtona səfər edəcək. Bu barədə Almaniya hökumətinin rəsmi nümayəndəsi Ştefan Kornelius məlumat verib.
Tramp Alyaska sammitində Ukraynada atəşkəsin əldə olunması üçün çalışacaq - Makron
ABŞ prezidenti Donald Tramp avqustun 15-də Alyaskada keçiriləcək sammitdə Ukraynada atəşkəs əldə olunması üçün səylər göstərəcək. Bu barədə Fransa prezidenti Emmanuel Makron, Avropa liderləri və Trampın iştirakı ilə keçirilən onlayn görüşdən sonra açıqlama verib.
Avropa Ukrayna böhranının həllində fəal iştirak etməlidir - Makron
Avropanın Ukrayna münaqişəsinin həlli prosesində fəal iştirak etməsi vacibdir. Bu fikri Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Kir Starmer, Almaniya kansleri Fridrix Merts və Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığından sonra səsləndirib.
ABŞ-ın rüsumları Almaniya iqtisadiyyatına mənfi təsir göstərəcək - Mers
“Bu 15 faizlik rüsumlar və Avropa İttifaqından ABŞ-a ixrac olunan mallar üçün 0 faizlik rüsum – bu fərq açıq şəkildə Almaniya iqtisadiyyatı üçün ağır nəticələr doğuracaq. Bu nəticə bizi qane etməsə də, mövcud şərtlərdə əldə edilə biləcək ən yaxşı razılaşma idi”
Britaniya Qəzzaya humanitar yardım göndərməyi nəzərdən keçirir
Böyük Britaniya Qəzza zolağına humanitar yardımın çatdırılması və tibbi yardıma ehtiyacı olan uşaqların təxliyəsi məqsədilə beynəlxalq proqramlarda iştirak etməyi planlaşdırır.