8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri
Türk Dövlətləri

Almaniya Kansleri Fridrix Mers gələn həftə Türkiyəyə səfər edəcək

Almaniyanın kansleri Fridrix Mersin 29 oktyabr axşamı Türkiyəyə səfər edəcəyi və 30 oktyabrda Prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcəyi bildirilib. Almaniya hökumətinin mətbuat katibinin müavini Sebastyan Hille Berlində keçirilən mətbuat konfransında açıqlayıb ki, Baş nazir Fridrix Mers 29 oktyabrda Türkiyəyə səfər edəcək və ertəsi gün Prezident Ərdoğanla görüşəcək.

24 Oktyabr 2025 14:33
Almaniya Kansleri Fridrix Mers gələn həftə Türkiyəyə səfər edəcək

BAKI, AzerVoice, Nailə Babazadə

Almaniyanın kansleri Fridrix Mersin 29 oktyabr axşamı Türkiyəyə səfər edəcəyi və 30 oktyabrda Prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcəyi bildirilib.

AzerVoice xəbər verir ki, Almaniya hökumətinin mətbuat katibinin müavini Sebastyan Hille Berlində keçirilən mətbuat konfransında açıqlayıb ki, Baş nazir Fridrix Mers 29 oktyabrda Türkiyəyə səfər edəcək və ertəsi gün Prezident Ərdoğanla görüşəcək.

Hille qeyd edib ki, görüşlərdə ikitərəfli münasibətlər və xarici siyasətlə yanaşı, iqtisadiyyat, miqrasiya və təhlükəsizlik sahələrində daha sıx əməkdaşlıq məsələləri müzakirə olunacaq.

O, Türkiyənin NATO-nun mühüm üzvü olduğunu vurğulayıb və iki ölkə arasında enerji, ticarət və miqrasiya kimi bir çox ortaq mövzuların mövcud olduğunu bildirib.

Hille əlavə edib ki, Almaniyada yaşayan çoxsaylı türklər və türk mənşəli almanlar sayəsində iki ölkə bir-birinə sıx şəkildə bağlıdır.

“Bu baxımdan Türkiyə təbii olaraq xüsusi əhəmiyyətə malikdir və Avropa İttifaqının ən önəmli qonşularından biridir. Biz həmçinin Aİ-Türkiyə münasibətlərində daha çox irəliləyiş əldə etməyə çalışırıq və hazırda ticarət, miqrasiya və təhlükəsizlik sahələrində yüksək səviyyəli dialoqlar aparırıq.” - deyə o qeyd edib.

Suriyaya deportasiya məsələsində Türkiyənin rolu barədə sualı cavablandıran Hille bildirib ki, bu, Ankara ilə münasibətlər baxımından əhəmiyyətli bir məsələdir, lakin bununla bağlı müzakirələrin nəticələrini gözləmək lazımdır.

O, həmçinin görüşlərdən sonra birgə mətbuat konfransının keçirilməsinin planlaşdırıldığını bildirib.

Məqalədə: #Rəcəb Tayyib Ərdoğan #Almaniya #NATO #iqtisadi müzakirə #İkitərəfli əlaqələr #İkitərəfli münasibətlər #İkitərəfli görüşlər #Fridrix Mers #Fridrix Mers Ankara səfəri

Mövzu üzrə digər xəbərlər

OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
Texnologiya

OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib

7 Sentyabr 22:28
Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb
Səudiyyə Ərəbistanı

Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb

7 Sentyabr 21:48
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
Qətər və Çin strateji əməkdaşlığı genişləndirir
Qətər

Qətər və Çin strateji əməkdaşlığı genişləndirir

7 Sentyabr 20:21

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.