7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Mers Tramp və Zelnskinin görüşündə iştirak etmək üçün ABŞ-a səfər edəcək

Almaniya kansleri Fridrix Mers ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşdə iştirak etmək üçün avqustun 18-də Vaşinqtona səfər edəcək. Bu barədə Almaniya hökumətinin rəsmi nümayəndəsi Ştefan Kornelius məlumat verib.

17 Avqust 2025 14:36
Mers Tramp və Zelnskinin görüşündə iştirak etmək üçün ABŞ-a səfər edəcək

BAKI, AzerVoice, Səməd Əyyubov

Almaniya kansleri Fridrix Mers ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşdə iştirak etmək üçün avqustun 18-də Vaşinqtona səfər edəcək.

AzerVoice xəbər verir ki, bu barədə Almaniya hökumətinin rəsmi nümayəndəsi Ştefan Kornelius məlumat verib.

Onun sözlərinə görə, səfərin məqsədi Trampın Alyaskada Putinlə keçirdiyi görüşdən sonra ABŞ Prezidenti ilə müzakirələr aparmaqdır. O, həmçinin qeyd edib ki, Mers digər dövlət və hökumət başçıları ilə Ukrayna münaqişəsinin həlli üzrə danışıqların gedişatını müzakirə edəcək və Almaniyanın tezliklə sülh sazişinin imzalanmasında maraqlı olduğunu vurğulayacaq.

Vaşinqton danışıqlarında, Almaniya hökumətinin nümayəndəsinin bildirdiyinə görə, təhlükəsizlik zəmanətləri, ərazi məsələləri və Ukraynaya bundan sonrakı dəstək müzakirə ediləcək. Kornelius əlavə edib ki, bu prosesdə sanksiya təzyiqinin qorunub saxlanması da gündəmdə olacaq.

Xatırladaq ki, Alyaskanın Ankoric şəhərində yerləşən “Elmendorf-Riçardson” hərbi bazasında iki liderin məhdud formatda görüşü baş tutub. Görüşdə Rusiya tərəfini Prezidentin köməkçisi Yuri Uşakov və xarici işlər naziri Sergey Lavrov, ABŞ tərəfini isə dövlət katibi Marko Rubio və Prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff təmsil edib. Liderlər əvvəlcə qısa söhbət aparıb, daha sonra “üçə-üç” formatında əsas müzakirələrə keçiblər. Görüşdən sonra dövlət başçıları birgə mətbuat konfransında çıxış ediblər.

Sammitdən sonra Vaşinqtona qayıdan Tramp ardıcıl olaraq Ukrayna prezidenti Volodimir Zelenski, eləcə də Böyük Britaniya, Almaniya, İtaliya, Polşa, Finlandiya və Fransa liderləri, NATO baş katibi və Avropa Komissiyasının rəhbəri ilə telefon danışıqları aparıb.

Zelenski bazar ertəsi Vaşinqtonda Tramp ilə münaqişənin başa çatdırılması ilə bağlı detalları müzakirə edəcəyini bildirib. "The New York Times" nəşri yazır ki, Tramp Avropa liderlərini də Zelenski ilə keçirəcəyi görüşə qoşulmağa dəvət edib.

Məqalədə: #Almaniya #Rusiya #Vladimir Putin #Donald Tramp #Ukrayna #Rusiya-Ukrayna münaqişəsi #Ukrayna-Rusiya müharibəsi #Rusiya-Ukrayna müharibəsi #Rusiya-Ukrayna müharibəsinin sonu #Fridrix Mers #Rusiya Ukrayna danışıqları #Rusiya Ukrayna sülh təşəbbüsü #Tramp və Rusiya-Ukrayna münasibətləri #Alyaska sammiti

Mövzu üzrə digər xəbərlər

BƏƏ və Almaniya strateji tərəfdaşlığı yeni sahələrə genişləndirir
BƏƏ

BƏƏ və Almaniya strateji tərəfdaşlığı yeni sahələrə genişləndirir

14:22
Səudiyyə Ərəbistanı və Almaniya strateji əməkdaşlığı genişləndirir
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanı və Almaniya strateji əməkdaşlığı genişləndirir

09:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Texnologiya

Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb

5 Sentyabr 22:14
ABŞ-də benzin qiymətləri rekord həddə yaxınlaşır
Digər Dövlətlər

ABŞ-də benzin qiymətləri rekord həddə yaxınlaşır

5 Sentyabr 18:03

Son Xəbərlər

Prezident Aun İsrailin Livana hücumlarını “əsassız cinayətlər” adlandırıb
Prezident Aun İsrailin Livana hücumlarını “əsassız cinayətlər” adlandırıb
18:21
İsrail Fələstin Administrasiyasını “tammiqyaslı müharibə” ilə hədələdi
İsrail Fələstin Administrasiyasını “tammiqyaslı müharibə” ilə hədələdi
18:17
Oman hücuma məruz qalan Səudiyyə gəmisinin 16 heyət üzvünü xilas edib
Oman hücuma məruz qalan Səudiyyə gəmisinin 16 heyət üzvünü xilas edib
18:13
Yəməndə döyüşlər şiddətlənib - 21 min insan köçkün düşüb
Yəməndə döyüşlər şiddətlənib - 21 min insan köçkün düşüb
18:09
Qəzzada ölənlərin sayı 73 658-ə çatıb
Qəzzada ölənlərin sayı 73 658-ə çatıb
18:05
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.