Estoniya Ukraynaya hərbi kontingent göndərməyə hazırdır - Baş nazir
Estoniyanın baş naziri Kristen Mixal Ukraynaya “istəklilər koalisiyası” çərçivəsində hərbi kontingent göndərməyə hazır olduqlarını bəyan edib. Mixal bu barədə "Postimees" qəzetinə açıqlama verib. “Estoniya Ukraynaya bir rota hərbçi göndərməyə və bu ölkəyə dəstək göstərməyə hazırdır”, – deyə baş nazir vurğulayıb.
Mers Tramp və Zelnskinin görüşündə iştirak etmək üçün ABŞ-a səfər edəcək
Almaniya kansleri Fridrix Mers ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşdə iştirak etmək üçün avqustun 18-də Vaşinqtona səfər edəcək. Bu barədə Almaniya hökumətinin rəsmi nümayəndəsi Ştefan Kornelius məlumat verib.
Putin və Trampın Alyaskadakı görüşü məhsuldar keçib - Rubio
Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Trampın Alyaskada baş tutan sammiti məhsuldar keçib. Bunu ABŞ dövlət katibi Marko Rubio deyib.
Zelenski deyir ki, Donbas Rusiyaya verilə bilməz
Tramp, Alyaskada Rusiya Prezidenti Vladimir Putinlə keçirdiyi sammitin nəticələri barədə Zelenskiyə məlumat verərək Moskvanın cəbhə xəttinin dondurulması müqabilində Ukrayna ordusunun Donbasdan çıxarılmasını təklif etdiyini söyləyib. Məlumata görə, Zelenski bu şərti qəbul etməyib və bildirib ki “bu, mümkün deyil.”
Avropa liderləri Tramp və Zelenski ilə birlikdə Ukrayna müharibəsinin həllini müzakirə edə bilərlər
Avropa liderləri, ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski ilə birlikdə Ukrayna münaqişəsinin həlli planını müzakirə edə bilərlər. Bu barədə “The New York Times” nəşri mənbələrə istinadən məlumat yayıb.
Ərdoğan Tramp-Putin görüşünü alqışlayıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Alyaskada ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən görüşü müsbət qiymətləndirib. Bu barədə Ərdoğanın verdiyi açıqlamada deyilir.
Tramp və Putin danışıqları yekunlaşdırıblar - Kreml
Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp danışıqları yekunlaşdırıblar. Mətbuat konfransından sonra iki lider qısa, ayaqüstü söhbətə davam ediblər. Ardınca Putin “Fort-Riçardson” hərbi qəbiristanlığını ziyarət edərək sovet pilotlarının məzarına gül dəstəsi qoyub.
Rusiya Ukraynanın təhlükəsizliyini təmin etməyə hazırdır - Putin
Moskva Ukraynanın təhlükəsizliyini təmin etmək üçün Vaşinqtonla işləməyə hazırdır. Bu barədə Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Tramp ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında bildirib. “Prezident Trampın bu gün dediyi kimi, Ukraynanın təhlükəsizliyi təmin edilməlidir. Əlbəttə, biz bunun üzərində işləməyə hazırıq” – deyə, Putin qeyd edib.
Trampla Putin arasında birgə mətbuat konfransı başlayıb
Tezliklə Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Trampın birgə mətbuat konfransı başlayacaq. Bu barədə Kremlin mətbuat xidməti məlumat verib.
Alyaskada Trampla Putinin görüşü başa çatıb
Alyaskada Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp danışıqlara başlayıblar. Görüş “Elmendorf-Riçardson” hərbi bazasında yerləşən xüsusi otaqda keçirilir. Məkan ənənəyə uyğun olaraq hər iki ölkənin – Rusiya və ABŞ-ın bayraqları ilə bəzədilib.
Tramp Lukaşenko ilə Alyaskadakı görüşü müzakirə edib
ABŞ Prezidenti Donald Tramp, Belarus Prezidenti Aleksandr Lukaşenko ilə Rusiya Prezidenti Vladimir Putinlə keçirəcəyi qarşıdakı sammit barədə müzakirələr apardığını bildirib. Tramp bu barədə “Truth social" platformasında yazıb.
Rusiya müharibənin bitməsi üçün zəruri addımlar atmalıdır - Ukrayna Prezidenti
Müharibəni bitirməyin vaxtı çatıb. Rusiya bu istiqamətdə zəruri addımlar atmalıdır. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski, ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında bu gün Alyaskada keçiriləcək görüşə münasibət bildirərkən deyib.