5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Zelenski deyir ki, Donbas Rusiyaya verilə bilməz

Tramp, Alyaskada Rusiya Prezidenti Vladimir Putinlə keçirdiyi sammitin nəticələri barədə Zelenskiyə məlumat verərək Moskvanın cəbhə xəttinin dondurulması müqabilində Ukrayna ordusunun Donbasdan çıxarılmasını təklif etdiyini söyləyib. Məlumata görə, Zelenski bu şərti qəbul etməyib və bildirib ki “bu, mümkün deyil.”

16 Avqust 2025 22:01
Zelenski deyir ki, Donbas Rusiyaya verilə bilməz

BAKI, AzerVoice, Səməd Əyyubov

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampla telefon danışığı zamanı Rusiya ilə bağlı yeni təklifləri müzakirə edərək Donbasın tam şəkildə Rusiyaya verilməsinin mümkün olmadığını bildirib.

AzerVoice-un məlumatına görə, telefon danışığı təxminən bir saat yarım davam edib.

Tramp, Alyaskada Rusiya Prezidenti Vladimir Putinlə keçirdiyi sammitin nəticələri barədə Zelenskiyə məlumat verərək Moskvanın cəbhə xəttinin dondurulması müqabilində Ukrayna ordusunun Donbasdan çıxarılmasını təklif etdiyini söyləyib. Məlumata görə, Zelenski bu şərti qəbul etməyib və bildirib ki “bu, mümkün deyil.”

"Reuters" agentliyi isə Zelenskinin bu tələbi birbaşa rədd etdiyini yazır.

Qeyd edək ki "The Washington Post" nəşrinin yazdığına görə, Trampın Zelenski və Avropa liderləri ilə apardığı danışıqlar, sammitdən əvvəlki məsləhətləşmələrlə müqayisədə daha gərgin keçib.

"The New York Times" nəşri isə qeyd edir ki, Tramp Putinlə görüşdən sonra Avropa liderlərinə Rusiya-Ukrayna münaqişəsinin həlli üçün plan təqdim edib. Plan Donbasın tam şəkildə Rusiyaya verilməsini, o cümlədən hələ də Rusiya ordusunun nəzarətində olmayan ərazilərin də təslim edilməsini nəzərdə tutur. Mənbələrin bildirdiyinə görə, Tramp bu yolla sürətli sülh sazişinə nail olmağın mümkün olduğunu düşünür. Təklifə əsasən, Ukrayna Donbası Rusiyaya verdiyi təqdirdə atəşkəs mövcud cəbhə xəttində qüvvəyə minəcək və həm Kiyev, həm də Avropa üçün təhlükəsizlik zəmanətləri təmin olunacaq.

Xatırladaq ki, Alyaskanın Ankoric şəhərində yerləşən “Elmendorf-Riçardson” hərbi bazasında iki liderin məhdud formatda görüşü baş tutub. Görüşdə Rusiya tərəfini Prezidentin köməkçisi Yuri Uşakov və xarici işlər naziri Sergey Lavrov, ABŞ tərəfini isə dövlət katibi Marko Rubio və Prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff təmsil edib. Liderlər əvvəlcə qısa söhbət aparıb, daha sonra “üçə-üç” formatında əsas müzakirələrə keçiblər. Görüşdən sonra dövlət başçıları birgə mətbuat konfransında çıxış ediblər. Hər iki lider danışıqları müsbət qiymətləndirmişdi.

Məqalədə: #Rusiya #ABŞ #Vladimir Putin #Donald Tramp #Ukrayna #Volodimir Zelenski #Rusiya-Ukrayna münaqişəsi #Ukrayna-Rusiya müharibəsi #Telefon danışığı #ABŞ-Ukrayna münasibətləri #Rusiya-Ukrayna müharibəsi #Ukrayna müharibəsi sülh danışıqları #Rusiya-Ukrayna müharibəsinin sonu #Ukrayna müharibəsinin bitməsi üçün beynəlxalq danışıqlar #Ukraynadakı son hadisələr #Rusiya qoşunlarının Ukraynadan dərhal çıxarılması #Ukrayna Rusiya müharibəsində vasitəçi #Rusiya Ukrayna danışıqları #Rusiya Ukrayna sülh təşəbbüsü #Alyaska sammiti

Mövzu üzrə digər xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

4 Sentyabr 22:24
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Digər Dövlətlər

Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib

4 Sentyabr 21:23
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
Livan

Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib

4 Sentyabr 21:20

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.