“İstəklilər koalisasiyası”nın 26 üzvü Ukraynaya təhlükəsizlik qüvvələri yerləşdirməyi öhdəsinə götürüb – Makron
Fransa Prezidenti Emmanuel Makron bildirib ki, “İstəklilər koalisasiyası”nın 26 üzv dövləti atəşkəs çərçivəsində Ukraynaya təhlükəsizlik qüvvələri yerləşdirməyi öhdəsinə götürüb. Makron ABŞ-ın, Ukraynanın, Avropa ölkələrinin və Koalisiya üzvlərinin Rusiya-Ukrayna müharibəsində sülhün tərəfdarı olduqlarını vurğulayıb. “Rusiya 2022-ci ildə müharibəni seçən yeganə ölkə idi. Necə ki, 2008-ci ildə Gürcüstanda, 2014-cü ildə isə Krım və Donbasda eyni addımı atmışdı. Rusiya bu gün də müharibəni davam etdirməyi, bəzən isə tərəfdaşların üstüörtülü razılığı ilə onu daha da şiddətləndirməyi seçən ölkədir” – deyə, o qeyd edib.
ABŞ Ukrayna ilə bağlı danışıqlarda vicdanla iştirak edir - Cey Di Vens
Rusiya Ukrayna münaqişəsinin həlli üzrə aparılan danışıqlarda çeviklik nümayiş etdirir, ABŞ isə prosesi vicdanla aparır. Bu sözləri ABŞ-ın vitse-prezidenti Cey Di Vens "NBC News" telekanalına müsahibəsində səsləndirib.
Zelenski deyir ki, Donbas Rusiyaya verilə bilməz
Tramp, Alyaskada Rusiya Prezidenti Vladimir Putinlə keçirdiyi sammitin nəticələri barədə Zelenskiyə məlumat verərək Moskvanın cəbhə xəttinin dondurulması müqabilində Ukrayna ordusunun Donbasdan çıxarılmasını təklif etdiyini söyləyib. Məlumata görə, Zelenski bu şərti qəbul etməyib və bildirib ki “bu, mümkün deyil.”
Ukrayna müharibəsi Baydenin müharibəsidir - Tramp
ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişəni sabiq Prezident Co Baydenin müharibəsi adlandırıb.
Ukrayna Rusiyaya danışıqların növbəti mərhələsinin keçirilməsini təklif edib - Zelenski
Ukrayna nümayəndə heyəti Rusiyaya gələn həftə yeni danışıqlar raundunun keçirilməsini təklif edib.
Ukraynadakı münaqişə yalnız Tramp və Putinin görüşdüyü halda həll olunacaq - Orban
Ukraynadakı münaqişə yalnız Rusiya və ABŞ prezidentlərinin görüşünün baş tutduğu halda həll oluna bilər.
Ukraynaya 1212 əsgərin cəsədi təhvil verilib
İstanbul razılaşmasına əsasən Ukraynaya 1212 əsgərin cəsədi təhvil verilib.