10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

ABŞ Ukrayna ilə bağlı danışıqlarda vicdanla iştirak edir - Cey Di Vens

Rusiya Ukrayna münaqişəsinin həlli üzrə aparılan danışıqlarda çeviklik nümayiş etdirir, ABŞ isə prosesi vicdanla aparır. Bu sözləri ABŞ-ın vitse-prezidenti Cey Di Vens "NBC News" telekanalına müsahibəsində səsləndirib.

24 Avqust 2025 19:14
ABŞ Ukrayna ilə bağlı danışıqlarda vicdanla iştirak edir - Cey Di Vens

BAKI, AzerVoice, Səməd Əyyubov

Rusiya Ukrayna münaqişəsinin həlli üzrə aparılan danışıqlarda çeviklik nümayiş etdirir, ABŞ isə prosesi vicdanla aparır.

AzerVoice xəbər verir ki, bu sözləri ABŞ-ın vitse-prezidenti Cey Di Vens "NBC News" telekanalına müsahibəsində səsləndirib.

Ondan “Rusiya ABŞ-ı aldatmırmı?” sualı soruşulduqda Vens belə cavab verib: “Xeyr, qətiyyən belə deyil. Mən hesab edirəm ki, Rusiya prezident Donald Trampa əhəmiyyətli güzəştlərə gedib. Əslində, üç yarım ildən sonra ilk dəfə olaraq onlar əsas tələblərində çeviklik göstəriblər”.

Vens əlavə edib ki, ABŞ danışıqlarda vicdanla iştirak edir. “Biz həm ruslarla, həm də ukraynalılarla mümkün qədər çox danışıqlar aparmağa çalışırıq ki, münaqişəyə son qoyulsun” - deyə, o vurğulayıb.

Vitse-prezident onu da qeyd edib ki, ABŞ gələcəkdə Rusiyaya qarşı sanksiyaların tətbiqini istisna etmir, lakin bu qərarlar fərdi şəkildə qəbul olunacaq.

“Sanksiyalar gündəlikdən çıxarılmayıb, lakin biz hər qərarı ayrıca verəcəyik” - deyə, Vens bildirib.

Onun sözlərinə görə, ABŞ administrasiyası bundan əvvəl Rusiyanın əsas tərəfdaşlarından biri olan Hindistana qarşı gömrük rüsumlarını artırıb.

“Bizim düşündüyümüz budur ki, Rusiyaya düzgün şəkildə təzyiq göstərək və onu danışıqlar masasına oturmağa məcbur edək. Siz dediniz ki, sanksiyalar atəşkəsə gətirib çıxarmayacaq. Məncə, bu, açıq-aydın doğrudur” – deyə, Vens əlavə edib.

Xatırladaq ki, avqustun 18-də Ağ Evdə ABŞ prezidenti Donald Tramp, Ukrayna prezidenti Volodimir Zelenski və bir sıra Avropa liderlərinin iştirakı ilə danışıqlar aparılıb.

Bundan əlavə, Alyaskanın Ankoric şəhərində yerləşən “Elmendorf-Riçardson” hərbi bazasında Tramp və Putin arasında məhdud formatda görüş keçirilib. Görüşdə Rusiya tərəfini Prezidentin köməkçisi Yuri Uşakov və xarici işlər naziri Sergey Lavrov, ABŞ tərəfini isə dövlət katibi Marko Rubio və Prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff təmsil edib. Liderlər əvvəlcə qısa söhbət aparıb, daha sonra “üçə-üç” formatında əsas müzakirələrə keçiblər. Görüşdən sonra dövlət başçıları birgə mətbuat konfransı keçiriblər.

Aavqustun 19-da isə, Ukrayna ilə bağlı iki mühüm görüş keçirilib – “istəklilər koalisiyası”nın liderlərinin videokonfransı və Avropa İttifaqının onlayn sammiti.

Hər iki tədbirdə Alyaskada baş tutan ABŞ–Rusiya sammitinin nəticələri, ABŞ prezidenti Donald Trampın Ukrayna prezidenti Volodimir Zelenski və bir sıra Avropa liderləri ilə apardığı danışıqlar, həmçinin döyüş əməliyyatları başa çatdıqdan sonra Ukraynaya veriləcək təhlükəsizlik təminatları müzakirə olunub.

Məqalədə: #Rusiya #ABŞ #Vladimir Putin #Donald Tramp #Ukrayna #Hindistan #Volodimir Zelenski #Rusiya-Ukrayna münaqişəsi #Ukrayna-Rusiya müharibəsi #Rusiya-Ukrayna müharibəsi #Ukrayna müharibəsi sülh danışıqları #Rusiya-Ukrayna müharibəsinin sonu #Ukrayna müharibəsinin bitməsi üçün beynəlxalq danışıqlar #Ukraynadakı son hadisələr #Ukraynanın müstəqilliyi və suverenliyi #danışıqlar #Rusiya Ukrayna danışıqları #Rusiya Ukrayna sülh təşəbbüsü

Mövzu üzrə digər xəbərlər

Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət
ArabAZ analitika: Geosiyasi təhlillər

Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət

09:00
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
İran

BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi

9 Sentyabr 22:13
BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib
Digər Xəbərlər

BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib

9 Sentyabr 21:24
İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirir
İran

İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirir

9 Sentyabr 21:09

Son Xəbərlər

İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
14:02
"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır
"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır
13:49
Yaxın Şərqdə gərginliyə baxmayaraq, Səudiyyə sənaye iqtisadiyyatı dayanıqlılıq nümayiş etdirir
Yaxın Şərqdə gərginliyə baxmayaraq, Səudiyyə sənaye iqtisadiyyatı dayanıqlılıq nümayiş etdirir
13:38
Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib
Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib
13:37
Taifdəki dəvə bir qaçışa milyonçu oldu
Taifdəki dəvə bir qaçışa milyonçu oldu
11:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.