12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Ukraynadakı münaqişə yalnız Tramp və Putinin görüşdüyü halda həll olunacaq - Orban

Ukraynadakı münaqişə yalnız Rusiya və ABŞ prezidentlərinin görüşünün baş tutduğu halda həll oluna bilər.

17 İyul 2025 21:56
Ukraynadakı münaqişə yalnız Tramp və Putinin görüşdüyü halda həll olunacaq - Orban

BAKI, AzerVoice

Ukraynadakı münaqişə yalnız Rusiya və ABŞ prezidentlərinin görüşünün baş tutduğu halda həll oluna bilər.

AzerVoice xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orban “Ultrahang” adlı YouTube kanalına verdiyi müsahibədə bildirib.

Orban qeyd edib ki, onun fikrincə, bu münaqişə Rusiya və ABŞ prezidentləri danışıqlar masasına əyləşib, razılaşmaya gəlməyincə başa çatmayacaq. Orbanın fikrincə, bu razılaşmalar yalnız Ukraynaya deyil, enerji daşıyıcılarının qiymətləri, Rusiya bazarlarına çıxış, iqtisadi sanksiyalar, silahlara nəzarət kimi məsələləri də əhatə edən genişmiqyaslı paket formasında olmalıdır.

Baş nazir bildirib ki, Rusiya və ABŞ arasında razılaşmanın ABŞ Prezidenti Donald Trampın verdiyi 50 günlük vaxt bitməmiş əldə ediləcəyinə və Trampın Rusiya və onun ticarət tərəfdaşlarına qarşı 100 faizlik idxal rüsumu tətbiq etmək hədəsinin qüvvəyə minməyəcəyinə ümid edir.

“Əgər bu baş versə, Macarıstan üçün problemlər yaranacaq” – deyə, Orban etiraf edib.

Ukrayna üzrə nizamlanma perspektivləri barədə danışarkən o qeyd edib ki, vəziyyət həm çətin, həm də qəribə görünür.

“Elə olmur ki, hamı sülh istəsin, amma sülh olmasın. Elə adamlar var ki, sülh istədiklərini deyirlər, amma əslində müharibə istəyirlər” – deyə, baş nazir vurğulayıb.

“Biz indi elə vəziyyətdəyik ki, Avropalılar və ukraynalılar, nə dediklərindən asılı olmayaraq, müharibənin davam etməsini istəyirlər. Mən hesab edirəm ki, ABŞ Prezidenti həqiqətən də sülh istəyir. Ruslara gəldikdə isə, onların nə istədiyini ən az biz bilirik. Amma əminik ki, onlar müəyyən etdikləri ərazi sərhədlərinə çatmağa çalışırlar” - deyə, o əlavə edib.

Orban onu da vurğulayıb ki, əsas məqsədi Macarıstanı Ukraynadakı münaqişəyə cəlb olunmaqdan qorumaq və sülh yolu ilə nizamlanmaya töhfə verməkdir. O xatırladıb ki, Rusiya və ABŞ prezidentləri ilə görüşlərində həmişə sülh naminə arqumentlər irəli sürməyə çalışıb.

Xatırladaq ki, bundan əvvəl Orban Ukraynanın Zakarpatya bölgəsindən olan 45 yaşlı etnik macar Jozef Sebestyenin zorla səfərbərlik zamanı döyülərək öldürüldüyünü iddia edərək, məsul ukraynalı hərbi liderlərin Avropa İttifaqının sanksiya siyahısına salınmasını tələb etmişdi.

Məqalədə: #Rusiya #Viktor Orban #Macarıstan #Vladimir Putin #Donald Tramp #Ukrayna #Rusiya-Ukrayna münaqişəsi #Ukrayna-Rusiya müharibəsi #Rusiya-Ukrayna müharibəsi #Ukrayna müharibəsi sülh danışıqları #Ukrayna müharibəsinin bitməsi üçün beynəlxalq danışıqlar #Rusiyanın Ukrayna ilə müharibəsi 2025 #Ukrayna müharibəsi haqqında son xəbərlər #Ukrayna müharibəsində ABŞ-ın rolu #Ukrayna müharibəsi xəbərləri #Ukrayna müharibəsinin sonu #Ukrayna müharibəsi #Ukrayna Rusiya müharibəsində vasitəçi #Ukrayna münaqişəsi və sülh danışıqları #ABŞ Ukrayna müharibəsində vasitəçi rolunda #Tramp və Ukrayna müharibəsi #Rusiya-Ukrayna müharibəsində kompromislər

Mövzu üzrə digər xəbərlər

Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb
Digər Dövlətlər

Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb

11 Sentyabr 21:39
ABŞ-nin müharibə siyasəti Tehranın mövqeyini gücləndirib - İran
İran

ABŞ-nin müharibə siyasəti Tehranın mövqeyini gücləndirib - İran

11 Sentyabr 21:31
Modi Pezeşkianla görüşdə dəniz yollarının təhlükəsizliyini gündəmə gətirib
İran

Modi Pezeşkianla görüşdə dəniz yollarının təhlükəsizliyini gündəmə gətirib

11 Sentyabr 20:45
ABŞ İranla mübarizəni sona çatdıracaq - Pit Heqset
Digər Dövlətlər

ABŞ İranla mübarizəni sona çatdıracaq - Pit Heqset

11 Sentyabr 20:41

Son Xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
00:10
Tarixdə bu gün - 12 sentyabr
Tarixdə bu gün - 12 sentyabr
00:01
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
11 Sentyabr 23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
11 Sentyabr 23:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.