Ukrayna ABŞ-a yeni sülh planı təqdim edir - Zelenski ərazi güzəştlərini rədd etdi
Ukrayna ABŞ-a yeni sülh planının yenilənmiş versiyasını təqdim etməyə hazırlaşır. Volodimir Zelenski isə bir daha vurğulayıb ki, Kiyev Rusiya ilə danışıqlarda ərazi güzəştlərinə getməyəcək və ölkənin mövcud sərhədlərinin dəyişdirilməsi “nə hüquqi, nə də mənəvi baxımdan mümkün deyil. Zelenski Avropa və NATO liderləri ilə görüşləri zamanı ABŞ-dan gələn təkliflərə dair mövqeyini sərtləşdirib və Vaşinqtona yeni alternativ plan göndəriləcəyini açıqlayıb. Bu, ABŞ və Ukrayna nümayəndə heyətlərinin son günlərdə apardığı intensiv danışıqların nəticəsiz qalmasının ardından gündəmə gəlib.
Ukraynanın sülh danışıqlarında güclü olması vacibdir - Rutte
NATO Baş katibi Mark Rutte, ABŞ-ın rəhbərlik etdiyi sülh prosesinin davam etməsinin vacib olduğunu və Ukraynanın barış görüşlərində mümkün olan ən güclü mövqedə olmalı olduğunu bildirib. Rutte, Brüsseldə keçirilən NATO Xarici İşlər Nazirləri toplantısının önündə mətbuata açıqlama verərək, Rusiyanın Ukraynaya hərbi yardımın sürətini davam etdirməsini təmin etməli və sanksiyalarla Rusiyanın iqtisadiyyatını zəiflətməyə davam etməli olduqlarını vurğulayıb.
Ukraynada müharibəni sona çatdırmaq üçün hələ görüləcək işlər var - Rubio
ABŞ Dövlət Katibi Marko Rubio Ukraynada münaqişənin sona çatdırılması üçün hazırlanan sülh planı ilə bağlı mühüm irəliləyiş əldə edildiyini, lakin hələ görüləcək işlərin çox olduğunu bildirib. Rubio, Florida ştatında Ukrayna heyəti ilə görüşərək Rusiyanın Ukraynaya qarşı apardığı müharibəni bitirmək məqsədilə hazırlanan sülh planı üzrə danışıqlar aparıb. Görüşdən sonra Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerovla mətbuat konfransında danışan Rubio, verimli bir müzakirə keçirdiklərini qeyd edib.
Ukraynanın yeni nümayəndə heyəti ABŞ-a sülh danışıqları üçün yola düşüb
Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin yeni tərkibdə formalaşdırılmış nümayəndə heyətinin ABŞ-a sülh danışıqları aparmaq üçün artıq yola düşdüyünü açıqlayıb. Heyətə Ukraynanın Təhlükəsizlik və Müdafiə Şurasının (SNBO) katibi Rustem Umerov rəhbərlik edir.
Ukrayna və ABŞ nümayəndə heyətləri sabah Nyu-Yorkda görüşəcək
Bəyanatda Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak və Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov həftə ərzində Qətər, Səudiyyə Ərəbistanı və İsveçrədə görüşlər keçirdiyini qeyd edib.
Tramp və Müharibədən Qazanc Arzusu
Rusiya ilə Ukrayna arasında baş verən müharibə dünyanın ən ağır faciələrindən biridir. İnsanlar həyatını itirir, şəhərlər yerlə-yeksan olur, milyonlarla insan evsiz qalır. Amma bütün bu faciənin fonunda bəzi siyasi fiqurlar üçün başqa bir reallıq mövcuddur: müharibə həm də böyük bir qazanc mənbəyinə çevrilə bilər. Donald Tramp bu fiqurların ən parlaq nümunəsidir.
Ukrayna müharibəsini maliyyələşdirməkdən yorulmuşuq - ABŞ vitse-prezidenti
Fox News-a müsahibəsində Vance, “Ukrayna müharibəsini maliyyələşdirməkdən yorulmuşuq. Biz bunun sülh yolu ilə həllini tapmaq istəyirik” -deyə bildirib. O, Amerika xalqının da vergi dollarlarının müharibəyə xərclənməsindən bezdiyini, Avropa ölkələrinin isə məsuliyyəti daha çox üzərinə götürməli olduğunu bildirib. Vance, İngiltərə səfərində Avropa tərəfdaşlarına “Bu müharibə sizin qapınıza gəlib. Əgər münaqişəyə bu qədər əhəmiyyət verirsinizsə, maliyyələşdirmədə daha birbaşa rol almalısınız” mesajı verdiklərini qeyd edib.
Ukraynadakı münaqişə yalnız Tramp və Putinin görüşdüyü halda həll olunacaq - Orban
Ukraynadakı münaqişə yalnız Rusiya və ABŞ prezidentlərinin görüşünün baş tutduğu halda həll oluna bilər.