6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Ukraynaya 1212 əsgərin cəsədi təhvil verilib

İstanbul razılaşmasına əsasən Ukraynaya 1212 əsgərin cəsədi təhvil verilib.

11 İyun 2025 15:25
Ukraynaya 1212 əsgərin cəsədi təhvil verilib

BAKI, AzerVoice

İstanbul razılaşmasına əsasən Ukraynaya 1212 əsgərin cəsədi təhvil verilib.

AzerVoice xəbər verir ki, iyunun 2-də İstanbulda keçirilən danışıqlarda əldə olunan razılaşma çərçivəsində Rusiya tərəfi müharibədə həlak olan 1212 ukraynalı əsgərin cəsədini Ukraynaya təhvil verib.

Ukraynalı Əsirlərin Müalicə Koordinasiya Mərkəzinin Telegram hesabında yayılan açıqlamaya görə, cəsədlər Xarkov, Luqansk, Donetsk, Zaporojya, Xerson və Kursk vilayətlərində baş verən döyüşlərdə həlak olan əsgərlərə aiddir. Cəsədlərin geri qaytarılmasında Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) və Ukraynanın aidiyyəti qurumlarının mühüm rolu olub. Bildirilib ki, əsgərlərin şəxsiyyətlərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar dərhal başlayacaq.

Qeyd edək ki, Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski Ukraynanı razılaşmalara əməl etməyə çağırıb. O bildirib ki, iyunun 2-də İstanbulda aparılan birbaşa danışıqlarda 6 min Ukrayna əsgərinin cəsədinin qaytarılması, eləcə də ağır yaralı və xəstə əsgərlərin, 25 yaşdan aşağı əsirlərin dəyişdirilməsi ilə bağlı razılıq əldə olunub.

“Rusiya razılaşmaların icrasına start verib. Artıq 1212 cəsəd soyuducu nəqliyyat vasitələri ilə mübadilə sahəsinə çatdırılıb, qalanları yoldadır. Həmçinin mübadilə üçün 640 nəfərlik ilk siyahı – ağır xəstə və 25 yaşdan kiçik əsirlər – Ukrayna tərəfinə təqdim olunub.” - deyə Medinski əlavə edib.

Bu razılaşma çərçivəsində iyunun 9 və 10-da iki mərhələli əsir mübadiləsi həyata keçirilib.

Məqalədə: #Türkiyə #Rusiya #Ukrayna #Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) #Rusiya-Ukrayna münaqişəsi #Ukrayna müharibəsinin bitməsi üçün beynəlxalq danışıqlar #Rusiya Ukrayna sülh təşəbbüsü #İstanbul üçlü görüş

Mövzu üzrə digər xəbərlər

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

5 Sentyabr 13:03
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib
Suriya

Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib

4 Sentyabr 11:56

Son Xəbərlər

Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
15:00
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
14:53
Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
14:23
Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb
Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb
13:56
BƏƏ-də viza qaydaları - Ölkəni tərk etmədən vizanın növünü necə dəyişmək olar?
BƏƏ-də viza qaydaları - Ölkəni tərk etmədən vizanın növünü necə dəyişmək olar?
13:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.