7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Körfəz Əməkdaşlıq Şurası BƏƏ
BƏƏ

BƏƏ və Almaniya strateji tərəfdaşlığı yeni sahələrə genişləndirir

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Almaniya arasında 54 illik əməkdaşlıq siyasi, iqtisadi, enerji, texnologiya, investisiya, təhsil və digər sahələrdə genişlənməkdə davam edir.

7 Sentyabr 2026 14:22
BƏƏ və Almaniya strateji tərəfdaşlığı yeni sahələrə genişləndirir

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Almaniya arasında 54 illik əməkdaşlıq siyasi, iqtisadi, enerji, texnologiya, investisiya, təhsil və digər sahələrdə genişlənməkdə davam edir.

ArabAZ xəbər verir ki,iki ölkə arasında diplomatik münasibətlər 1972-ci ildə qurulub, strateji tərəfdaşlıq isə 2004-cü ildə elan edilib. Tərəflər regional və beynəlxalq məsələlərdə dialoq, qarşılıqlı hörmət və ortaq maraqlara əsaslanan əməkdaşlığı inkişaf etdirirlər. Regional təhlükəsizlik və sabitliyin qorunması, beynəlxalq gəmiçiliyin təhlükəsizliyi, ekstremizm və terrorizmlə mübarizə, eləcə də böhranların siyasi və diplomatik yollarla həlli iki ölkənin ortaq mövqeləri sırasındadır.

BƏƏ və Kolumbiya iqtisadi və parlament əməkdaşlığını genişləndirir Bunu da oxuyun BƏƏ və Kolumbiya iqtisadi və parlament əməkdaşlığını genişləndirir

İqtisadi və ticarət əlaqələri tərəfdaşlığın əsas istiqamətlərindən biridir. 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 13,56 milyard avronu ötüb. Həmin il Almaniyanın BƏƏ-dən idxalı 50 faizdən çox artıb. Hazırda BƏƏ-də Yaxın Şərq, Afrika və Asiya bazarlarına çıxış üçün ölkədən regional mərkəz kimi istifadə edən təxminən 2 000 Almaniya şirkəti fəaliyyət göstərir.

2025-ci ilin iyulunda Berlində Almaniya-BƏƏ Biznes Şurası yaradılıb. Tədbirdə iki ölkədən 150-dən çox biznes lideri və şirkət nümayəndəsi iştirak edib. Bundan əlavə, 2009-cu ildə yaradılmış Almaniya-Əmirlik Sənaye və Ticarət üzrə Birgə Şurasında 500-dən çox Almaniya və BƏƏ şirkəti təmsil olunur.

BƏƏ-nin Almaniyadakı investisiyaları da artır. 2025-ci ilin dekabrında “Emirates Global Aluminium” şirkəti Almaniyadakı “EGA Leichtmetall” müəssisəsinin genişləndirilməsinə 170 milyon dollar investisiya elan edib. Eyni ay “XRG” şirkəti Almaniyanın “Covestro” şirkəti ilə 14,7 milyard avro dəyərində strateji tərəfdaşlığı tamamlayıb. 2026-cı ilin mayında isə “AD Ports Group” Almaniyanın “MBS Logistics” şirkətini 300 milyon dirhəm qarşılığında almaq barədə razılaşma imzalayıb.

Enerji əməkdaşlığı da tərəfdaşlığın əsas sütunlarından biridir. BƏƏ və Almaniya 2017-ci ildə Əmirlik-Almaniya Enerji Tərəfdaşlığını yaradıb, 2022-ci ildə isə əməkdaşlığı iqlim fəaliyyəti istiqamətini də əhatə edəcək şəkildə genişləndirib. Hidrogen, dayanıqlı aviasiya yanacağı, bərpa olunan enerji, elektrik şəbəkələrinin əlaqələndirilməsi, sənayenin karbonsuzlaşdırılması və enerji saxlama sistemləri üzrə birgə layihələr inkişaf etdirilir.

BƏƏ və Almaniya arasında mayeləşdirilmiş təbii qaz (LNG) sahəsində də əməkdaşlıq genişlənir. “ADNOC Gas” 2025-ci ilin iyulunda Almaniyanın “SEFE” şirkəti ilə üçillik müqavilə imzalayaraq 0,7 milyon ton LNG tədarükü barədə razılığa gəlib. 2026-cı ilin fevralında isə “ADNOC” və “RWE Supply & Trading” Almaniya və Avropa bazarlarına ildə 1 milyon tona qədər LNG tədarükü imkanlarını araşdırmaq üçün strateji əməkdaşlıq sazişi imzalayıb.

Əməkdaşlığın digər istiqamətlərinə elm, qabaqcıl texnologiyalar və kibertəhlükəsizlik də daxildir. 2026-cı ilin mayında BƏƏ-nin Kibertəhlükəsizlik Şurası və “Siemens” kritik infrastruktur və sənaye sektorlarında kibertəhlükəsizliyin gücləndirilməsi barədə anlaşma memorandumu imzalayıb.

Təhsil, peşə hazırlığı, mədəniyyət, turizm və aviasiya sahələrində də əlaqələr inkişaf edir. 2026-cı ilin mayında Şarcada Almaniya-Əmirlik Peşə Təhsili İnstitutu yaradılıb. “Air Arabia” isə dekabrın 16-dan Şarca-Düsseldorf marşrutu üzrə gündəlik birbaşa uçuşlara başlayacağını açıqlayıb.

Məqalədə: #BƏƏ #Almaniya #Kibertəhlükəsizlik əməkdaşlığı #enerji əməkdaşlığı #BƏƏ Almaniya münasibətləri #BƏƏ Almaniya strateji tərəfdaşlığı #BƏƏ Almaniya ticarəti #BƏƏ investisiyaları #Almaniya iqtisadiyyatı #LNG tədarükü

Mövzu üzrə digər xəbərlər

Livan prezidenti BƏƏ-yə dəstəyinə görə təşəkkür edib
Livan

Livan prezidenti BƏƏ-yə dəstəyinə görə təşəkkür edib

17:00
BƏƏ komandası İtaliyada ilk beynəlxalq avtonom avtomobil yarışını qazanıb
ArabCars

BƏƏ komandası İtaliyada ilk beynəlxalq avtonom avtomobil yarışını qazanıb

16:09
Əbu-Dabidə peşə bacarıqlarını blokçeynlə təsdiqləyən ilk rəqəmsal kart təqdim edilib
BƏƏ

Əbu-Dabidə peşə bacarıqlarını blokçeynlə təsdiqləyən ilk rəqəmsal kart təqdim edilib

14:46
BƏƏ və Kolumbiya iqtisadi və parlament əməkdaşlığını genişləndirir
BƏƏ

BƏƏ və Kolumbiya iqtisadi və parlament əməkdaşlığını genişləndirir

10:51

Son Xəbərlər

Yəməndə döyüşlər şiddətlənib - 21 min insan köçkün düşüb
Yəməndə döyüşlər şiddətlənib - 21 min insan köçkün düşüb
18:09
Qəzzada ölənlərin sayı 73 658-ə çatıb
Qəzzada ölənlərin sayı 73 658-ə çatıb
18:05
Livan prezidenti BƏƏ-yə dəstəyinə görə təşəkkür edib
Livan prezidenti BƏƏ-yə dəstəyinə görə təşəkkür edib
17:00
Səudiyyə Ərəbistanında daşınmaz əmlak bazarında yeni investisiya imkanları yaranır
Səudiyyə Ərəbistanında daşınmaz əmlak bazarında yeni investisiya imkanları yaranır
16:38
BƏƏ komandası İtaliyada ilk beynəlxalq avtonom avtomobil yarışını qazanıb
BƏƏ komandası İtaliyada ilk beynəlxalq avtonom avtomobil yarışını qazanıb
16:09
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.