13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Trampın tariflərinə qarşılıq verəcəyik - Braziliya

Braziliya prezidenti Luiz İnasio Lula da Silva ABŞ-ın Braziliya məhsullarına 50 faiz gömrük rüsumu tətbiq etmək qərarına sərt reaksiya verib.

10 İyul 2025 14:40
Trampın tariflərinə qarşılıq verəcəyik  - Braziliya

BAKI, AzerVoice

Braziliya Trampın 50 faizlik tariflərinə cavab verəcəyini açıqlayıb.

AzerVoice xəbər verir ki, Braziliya prezidenti Luiz İnasio Lula da Silva ABŞ-ın Braziliya məhsullarına 50 faiz gömrük rüsumu tətbiq etmək qərarına sərt reaksiya verib.

Lula bəyan edib ki, bu addıma Braziliya İqtisadi Qarşılıqlılıq Qanunu çərçivəsində cavab veriləcək.

Prezident Lula X sosial media platformasında yaydığı açıqlamada bildirib ki, Braziliya heç bir ölkənin aləti olmayacaq və suverenliyini qoruyacaq. O qeyd edib ki, ABŞ son 15 ildə Braziliya ilə ticarətdə təxminən 410 milyard dollarlıq gəlir əldə edib. Bu səbəbdən, birtərəfli tarif artımı ilə bağlı cavab addımları ölkənin maraqları əsasında atılacaq.

Lula həmçinin vurğulayıb ki, Braziliyada fəaliyyət göstərən bütün yerli və xarici şirkətlər qanunlara riayət etməlidir:

“Suverenlik, qarşılıqlı hörmət və Braziliya xalqının maraqlarının qorunması bizim beynəlxalq münasibətlərdə əsas prinsiplərimizdir.”

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bir müddət əvvəl Braziliya məhsullarına 50 faizlik gömrük rüsumu tətbiq olunacağını açıqlayıb. Yeni tarif 1 avqustdan qüvvəyə minəcək. Tramp, bu tarifdən yayınmaq üçün dolayı yollarla ABŞ-a gətirilən məhsulların daha da yüksək tariflə qarşılaşacağını bildirib.

Məqalədə: #ABŞ #Donald Tramp #Braziliya #Trampın tarifləri #ABŞ-ın tarif siyasəti və ticarət gərginliyi #Ticarət tarifləri #İkitərəfli tariflər #Luiz İnacio Lula da Silva

Mövzu üzrə digər xəbərlər

İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib
İran

İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib

19:40
İran yük gəmisi Hörmüz boğazında hücuma məruz qalıb - 1 ölüb
İran

İran yük gəmisi Hörmüz boğazında hücuma məruz qalıb - 1 ölüb

18:27
İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb
İraq

İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb

18:03
Ombudsman Aparatının nümayəndələri Lahor şəhərində təcrübə mübadiləsi proqramında iştirak ediblər
Pakistan

Ombudsman Aparatının nümayəndələri Lahor şəhərində təcrübə mübadiləsi proqramında iştirak ediblər

15:22

Son Xəbərlər

Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü
Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü
20:06
Süni intellektin banisi Ceffri Hintondan bəşəriyyətə ciddi xəbərdarlıq
Süni intellektin banisi Ceffri Hintondan bəşəriyyətə ciddi xəbərdarlıq
19:51
İordaniya və Misir misirli işçilərin vəziyyətini müzakirə edib
İordaniya və Misir misirli işçilərin vəziyyətini müzakirə edib
19:43
İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib
İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib
19:40
İordaniya Kralı II Abdullah BƏƏ-yə səfər edib
İordaniya Kralı II Abdullah BƏƏ-yə səfər edib
18:43
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.