4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Gömrük rüsumundan gələn gəlirləri ictimaiyyətə paylaya bilərik- Tramp

ABŞ prezidenti Tramp idxal vergilərindən əldə edilən rekord gəliri ictimaiyyətə paylamağı planlaşdırır. O, aşağı və orta gəlirli vətəndaşlara nağd “dividendlər” verilə biləcəyini açıqlayıb.

4 Avqust 2025 13:08
Baku
Gömrük rüsumundan gələn gəlirləri ictimaiyyətə paylaya bilərik- Tramp

BAKI, AzerVoice, Zeynəb Raminqızı

ABŞ prezidenti Tramp idxal vergilərindən əldə edilən rekord gəliri ictimaiyyətə paylamağı planlaşdırır. O, aşağı və orta gəlirli vətəndaşlara nağd “dividendlər” verilə biləcəyini açıqlayıb.

AzerVoicexəbər verir ki, bu barədə Donald Tramp Nyu Cersidəki qolf klubundan ayrılmadan əvvəl mətbuata açıqlamasında bildirib. Trampın bəyanatları həm iqtisadi dairələrdə, həm də seçicilərdə güclü rezonans doğurub.

"Orta və aşağı gəlirli vətəndaşlara bir növ nağd pul paylaya bilərik. Bu, divident kimi ola bilər"- deyə o qeyd edib.

“New York Times” qəzetinin xəbərinə görə, Tramp administrasiyasının tətbiq etdiyi yeni tariflər Çindən Almaniyaya, Türkiyədən Hindistana qədər 69 ölkəni əhatə edir. 15%-dən 50%-ə qədər olan tariflərlə ABŞ-ın gömrük gəlirləri təkcə 2025-ci ilin ilk yeddi ayında 152 milyard dollara çatıb. Bu rəqəm keçən illə müqayisədə təxminən iki dəfə çoxdur. Mütəxəssislərin fikrincə, tariflər qüvvədə qaldıqca, ABŞ növbəti 10 il ərzində 2-3 trilyon dollar arasında gəlir əldə edə bilər.

Tramp bu artımı "ölkə tarixindəki ən böyük maliyyə sıçrayışı" olaraq xarakterizə edib və bu gəlirin birbaşa ictimaiyyətə geri qayıda biləcəyini vurğulayıb.

Yale Büdcə Laboratoriyasının araşdırmasına görə, bu tariflər Amerika ailələrinə ildə orta hesabla 3800 dollara başa gəlir. Aşağı gəlirli ev təsərrüfatları hər il alıcılıq qabiliyyətini 2000 dollardan çox itirir. Vaşinqtonun Ədalətli İnkişaf Mərkəzinin məlumatlarına görə, vergi yükü daha çox istehlakçıların üzərinə düşür.

Deutsche Bank-ın təhlili göstərir ki, idxal xərcləri 4,5 faizə qədər artımla istehsalçılara keçərək həm inflyasiyanı artırır, həm də məşğulluğu təhdid edir.

Trampın dividend planı həm gəlir bərabərliyi ilə bağlı mübahisələri, həm də yeni dövrdə təklif etdiyi iqtisadi yanaşmanı ön plana çıxarıb. Bu addım “Tramp iqtisadiyyatı” konsepsiyasının ictimai rəyi yenidən formalaşdırmağa başladığının işarəsi kimi qiymətləndirilir.

Qeyd edək ki, Trampın imzaladığı sərəncama əsasən, ölkələrin 10 faizdən 41 faizə qədər tariflər tətbiq edəcəyi gözlənilir.

Bu çərçivədə Hindistana 25 faiz, İndoneziyaya 19 faiz, İraqa 35 faiz, İsrailə 15 faiz, Malayziyaya 19 faiz, Norveçə 15 faiz, İsveçrəyə 39 faiz, Suriyaya yüzdə 41, Tayvana 20, Vyetnama isə 20 faiz tariflər nəzərdə tutulub. Türkiyənin də 15 faizlik tarifə tabe olacağı gözlənilir.

Məqalədə: #Donald Tramp #The New York Times #vergi #gömrük vergisi #Trampın tarifləri #ABŞ-ın tarif siyasəti və ticarət gərginliyi #ABŞ tarifləri 2025 #ABŞ idxal tarifləri #ABŞ gömrük vergisi #yeni tariflər #ABŞ-ın 2025-ci ildə tətbiq etdiyi gömrük tarifləri

Mövzu üzrə digər xəbərlər

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

11:45
Tramp ABŞ-nin silah ehtiyatlarının azaldığı barədə məlumatları təkzib edib
Digər Dövlətlər

Tramp ABŞ-nin silah ehtiyatlarının azaldığı barədə məlumatları təkzib edib

3 Sentyabr 20:17
Hörmüz boğazından neft daşınması müharibədən əvvəlki səviyyəyə yaxınlaşıb - Tramp
Digər Dövlətlər

Hörmüz boğazından neft daşınması müharibədən əvvəlki səviyyəyə yaxınlaşıb - Tramp

3 Sentyabr 20:06
Oman sultanı ABŞ və İran arasında gərginlik fonunda Böyük Britaniyaya səfər edəcək
Oman

Oman sultanı ABŞ və İran arasında gərginlik fonunda Böyük Britaniyaya səfər edəcək

3 Sentyabr 18:24

Son Xəbərlər

Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
18:51
İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib
İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib
18:45
İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb
İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb
18:40
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
18:19
Dünya ərzaq qiymətləri 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb
Dünya ərzaq qiymətləri 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb
18:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.