Nigeriya kriptovalyuta əməliyyatlarına yeni vergilər tətbiq edib
Nigeriya kriptovalyuta əməliyyatlarına yeni vergilər tətbiq edib. Yeni qaydalar kriptovalyutalar, stabilkoinlər, NFT-lər və digər rəqəmsal aktivləri əhatə edir. Sənaye nümayəndələri hesab edirlər ki, bu dəyişikliklər istifadəçilərin tənzimlənən platformalardan uzaqlaşmasına və bazarın inkişafına mənfi təsir göstərə bilər. Hökumət isə qərarın məqsədinin dövlət gəlirlərini artırmaq və rəqəmsal iqtisadiyyatı vergi sisteminə inteqrasiya etmək olduğunu bildirir.
Üfüqi monitorinqə qəbul edilən vergi ödəyiciləri barədə qaydalar təsdiqlənib
Nazirlər Kabineti yeni qaydaları təsdiqləyib.
Fevralın 11-i vergi xidməti işçilərinin peşə bayramıdır
Son illər aparılan islahatların əsas məzmununu sahibkarlığın dəstəklənməsi, “kölgə iqtisadiyyatı” ilə mübarizə və iqtisadiyyatda şəffaflığın artırılması təşkil edir. Bu hədəflərə çatmaq üçün rəqəmsallaşma, innovasiyaların tətbiqi və dövlət-biznes münasibətlərində etimadın yüksəldilməsi kimi alətlərdən fəal istifadə edilir.
KOB klasterinə qoşulan sahibkarlar 7 il vergi güzəştlərindən yararlanacaq
2024-cü və 2025-ci illərdə yaradılmış iki KOB klaster şirkətində ümumilikdə 20-dən çox KOB subyekti birləşəcək. Bu KOB subyektləri təbii meyvə konsentratı və nəqliyyat vasitələrinin mühərrikləri üçün sürtkü yağı istehsal edəcək KOB klaster şirkətlərini müxtəlif mal və xidmətlərlə təmin edəcək.
Media subyektləri üçün vergi güzəştinin müddəti artırılır
Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti artırılır.Bu məsələ "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Layihədə bildirilib ki, media subyektləri üçün 2029-cu il yanvarın 1-dək vergi güzəşti tətbiq ediləcək.
Gömrük rüsumundan gələn gəlirləri ictimaiyyətə paylaya bilərik- Tramp
ABŞ prezidenti Tramp idxal vergilərindən əldə edilən rekord gəliri ictimaiyyətə paylamağı planlaşdırır. O, aşağı və orta gəlirli vətəndaşlara nağd “dividendlər” verilə biləcəyini açıqlayıb.
Ançelotti azadlıqdan məhrum edilib
İspaniyanın "Real Madrid" futbol klubunun sabiq baş məşqçisi, italiyalı Karlo Ançelotti vergi ödəməkdən yayındığına görə bir il müddətinə azadlıqdan məhrum edilib.
Ağ Ev reqəmsal vergidən imtina etməsinə dair Aİ-yə xəbərdarlıq edib
ABŞ, Avropa İttifaqına (Aİ) qarşı rəqəmsal vergidən imtina etmədiyi təqdirdə, ticarət sahəsində əlavə tədbirlər görəcək.