6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Arab+ ArabSport
ArabSport

Ançelotti azadlıqdan məhrum edilib

İspaniyanın "Real Madrid" futbol klubunun sabiq baş məşqçisi, italiyalı Karlo Ançelotti vergi ödəməkdən yayındığına görə bir il müddətinə azadlıqdan məhrum edilib.

9 İyul 2025 19:08
Ançelotti azadlıqdan məhrum edilib

BAKI, AzerVoice

İspaniyanın "Real Madrid" futbol klubunun sabiq baş məşqçisi, italiyalı Karlo Ançelotti vergi ödəməkdən yayındığına görə bir il müddətinə azadlıqdan məhrum edilib.

AzerVoice xəbər verir ki, bu barədə qərarı Madrid Ali Məhkəməsi çıxarıb.

İspaniya qanunvericiliyinə görə, iki ilə qədər azadlıqdan məhrumetmə cəzaları çox vaxt şərti hesab olunur.

“Məhkəmə Karlo Ançelottini 2014-cü il üzrə vergi dövründə yol verdiyi cinayətə görə bir il müddətinə azadlıqdan məhrum edir və onu 2015-ci il üzrə vergi dövrü ilə bağlı ittihamlardan bəraət etdirir” – deyə, sənəddə qeyd olunub.

Qeyd edək ki, Ançelottiyə qarşı məhkəmə prosesi 2 aprel tarixində başlayıb. Prokurorluq iddia edib ki, Ançelotti 2014 və 2015-ci illərdə yalnız “Real Madrid” klubundakı əmək haqqısı üzrə vergi ödəyib, lakin əlavə gəlirləri üzrə bu öhdəliyi yerinə yetirməyib. Ümumi borcun məbləği 1 milyon 62 min avro təşkil edib.

Məlumat üçün bildirək ki ki, Ançelotti "Real Madrid" klubuna 2013–2015-ci illərdə rəhbərlik edib və 2021-ci ildə yenidən kluba qayıdıb. O, klubla birlikdə iki dəfə İspaniya çempionluğu, kuboku və Superkuboku, klublararası dünya çempionluğu, üç dəfə UEFA Çempionlar Liqası və UEFA Superkuboku qazanıb. Karlo Ançelotti Avropanın beş ən güclü milli çempionatında qalib gəlmiş ilk baş məşqçidir. O, həmçinin UEFA Çempionlar Liqasında baş məşqçi kimi ən çox titul qazanan şəxsdir.

2025-ci ilin may ayında Ançelotti “Real” klubundan ayrılıb və Braziliya milli komandasının baş məşqçisi təyin olunub. 66 yaşlı mütəxəssislə imzalanan müqavilə 2026-cı ildə keçiriləcək dünya çempionatının sonuna qədər qüvvədədir.

Məqalədə: #Real Madrid #məhkəmə #vergi #Karlo Ançelotti

Mövzu üzrə digər xəbərlər

Medianın İnkişafı Agentliyi “Ajmedia.news” saytının fəaliyyətinin qanunsuz hesab edildiyini açıqlayıb
Cəmiyyət

Medianın İnkişafı Agentliyi “Ajmedia.news” saytının fəaliyyətinin qanunsuz hesab edildiyini açıqlayıb

29 Avqust 20:54
Şotlandiyada Fələstinə dəstək verən yeddi fəalın işi məhkəməyə çıxarılır
Fələstin

Şotlandiyada Fələstinə dəstək verən yeddi fəalın işi məhkəməyə çıxarılır

28 Avqust 18:05
Qalatasaray dünyanın ən böyük 25 klubu arasında yer alıb
Türkiyə

Qalatasaray dünyanın ən böyük 25 klubu arasında yer alıb

21 Avqust 09:24
İngiltərə və Uelsdə məhkəmələrə “Meta” eynəkləri ilə giriş qadağan edildi
Texnologiya

İngiltərə və Uelsdə məhkəmələrə “Meta” eynəkləri ilə giriş qadağan edildi

12 Avqust 16:33

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.