6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Fevralın 11-i vergi xidməti işçilərinin peşə bayramıdır

Son illər aparılan islahatların əsas məzmununu sahibkarlığın dəstəklənməsi, “kölgə iqtisadiyyatı” ilə mübarizə və iqtisadiyyatda şəffaflığın artırılması təşkil edir. Bu hədəflərə çatmaq üçün rəqəmsallaşma, innovasiyaların tətbiqi və dövlət-biznes münasibətlərində etimadın yüksəldilməsi kimi alətlərdən fəal istifadə edilir.

11 Fevral 2026 14:07
Bakı
Fevralın 11-i vergi xidməti işçilərinin peşə bayramıdır

Bakı, AzerVoice,Aygün İbrahimova.

Azərbaycanın səmərəli iqtisadi inkişaf modelindən qaynaqlanan yüksək maliyyə imkanları ölkəmizin iqtisadi suverenliyinin möhkəmləndirilməsi üçün güclü potensial yaradıb.

AzerVoice xəbər verir ki, inklüziv və özəl təşəbbüslərə arxalanan iqtisadi artımın sürətlənməsində vergi sistemində həyata keçirilən islahatların müstəsna əhəmiyyəti var.

Vergi inzibatçılığında şəffaflıq və rəqəmsallaşma

Son illər aparılan islahatların əsas məzmununu sahibkarlığın dəstəklənməsi, “kölgə iqtisadiyyatı” ilə mübarizə və iqtisadiyyatda şəffaflığın artırılması təşkil edir. Bu hədəflərə çatmaq üçün rəqəmsallaşma, innovasiyaların tətbiqi və dövlət-biznes münasibətlərində etimadın yüksəldilməsi kimi alətlərdən fəal istifadə edilir.

Rekord fiskal göstəricilər və aktiv ödəyicilər

Aparılan islahatların səmərəli nəticələri rəsmi rəqəmlərdə də öz əksini tapıb:

  • Büdcə daxilolmaları: 2025-ci il ərzində dövlət büdcəsinə 16 milyard manatdan artıq vergi daxil olub.

  • Qeyri-neft sektoru: Bu sahədən daxilolmalar 12 milyard manatdan çox olub ki, bu da proqnozdan 300 milyon manat artıqdır.

  • Ödəyici sayı: Aktiv vergi ödəyicilərinin sayı 860 mini, aktiv ƏDV ödəyicilərinin sayı isə 58 mini ötüb.

  • Kommersiya qurumları: 2026-cı il yanvarın 1-nə olan məlumata görə, qeydiyyatda olan qurumların sayı 204.065-ə çatıb (illik 7,2% artım).

Əmək bazarında şəffaflaşma

Stimullaşdırıcı tədbirlər nəticəsində əmək müqavilələrinin sayında ciddi artım müşahidə olunur. 2026-cı il yanvarın 1-nə bağlanmış əmək müqavilələrinin sayı 1.895.378-ə yüksəlib. Xüsusilə qeyri-neft sektorunun özəl bölməsində bu rəqəm 1.031.666 təşkil edir.

Sosial sığorta yığımları da bu artımdan müsbət təsirlənib; 2025-ci ildə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 6 milyard 448,3 milyon manat olmaqla, əvvəlki illə müqayisədə 11,9% artıb.

Yeni strateji hədəflər: 2025-2028 strategiyası

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2025-2028-ci illər üzrə yeni strategiyası hazırlanıb. Bu sənəd vergi orqanlarının insan mərkəzli və innovativ xidmətlərlə könüllü əməletməni asanlaşdıran etibarlı tərəfdaş olmağı hədəfləyir.

Strategiyanın əsas prioritetlərinə güclü insan kapitalı, vergidən yayınma ilə mübarizə və iqtisadi təhlükəsizliyin təminatı daxildir. Həmçinin, bu ildən etibarən Naxçıvan Muxtar Respublikasında işğaldan azad edilmiş ərazilərlə eyni vergi və sosial sığorta rejimi tətbiq olunmağa başlanıb.

Məqalədə: #vergi

Mövzu üzrə digər xəbərlər

Nigeriya kriptovalyuta əməliyyatlarına yeni vergilər tətbiq edib
Digər Dövlətlər

Nigeriya kriptovalyuta əməliyyatlarına yeni vergilər tətbiq edib

6 Avqust 20:06
Üfüqi monitorinqə qəbul edilən vergi ödəyiciləri barədə qaydalar təsdiqlənib
Siyasət

Üfüqi monitorinqə qəbul edilən vergi ödəyiciləri barədə qaydalar təsdiqlənib

25 İyun 18:59
KOB klasterinə qoşulan sahibkarlar 7 il vergi güzəştlərindən yararlanacaq
Cəmiyyət

KOB klasterinə qoşulan sahibkarlar 7 il vergi güzəştlərindən yararlanacaq

29 Oktyabr 2025 12:06
Media subyektləri üçün vergi güzəştinin müddəti artırılır
İqtisadiyyat

Media subyektləri üçün vergi güzəştinin müddəti artırılır

23 Oktyabr 2025 15:52

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.