Azərbaycan sərhəd mühafizəsinin yaradılmasından 107 il ötür
Bu gün Azərbaycanda sərhəd mühafizə orqanları əməkdaşlarının peşə bayramı qeyd olunur. Azərbaycanda sərhəd mühafizəsinin institusional əsasının qoyulması Azərbaycan Xalq Cümhuriyyəti dövrünə təsadüf edir. 1919-cu il avqustun 18-də Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti "Azərbaycan Respublikasının gömrük baxımından sərhəd mühafizəsinin təsis edilməsi haqqında" qanun qəbul edib.
Hərbi attaşelər Dövlət Sərhəd Xidmətində olublar
18 ölkənin hərbi attaşelik aparatlarının 26 nümayəndəsi iştirak edib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işəgötürənlərlə növbəti görüş olub
İşğaldan azad olunmuş ərazilərimizə köçürülən sakinlərin dayanıqlı məşğulluğunun təmin olunması istiqamətində proqramlar daim genişləndirilir və bu proqramların icrasında işəgötürənlərlə sıx əməkdaşlığın həyata keçirilməsi diqqətdə saxlanılır.
Qarabağ atlarının performansı, milli musiqimiz və rəqslərimiz tamaşaçıları heyran etdi
BƏƏ-nin rəsmi dəvəti ilə bu mərasimdə iştirak edən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsi, milli rəqs qrupu və orkestrin birgə çıxışı Azərbaycan mədəni irsinin zənginliyini və xalqımızın qədim ənənələrini bütün dünyaya nümayiş etdirdi. Qarabağ atlarının nəcib duruşu, rəqs qrupunun ahəngdar kompozisiyaları və orkestrin canlı ifası tədbirin atmosferinə unudulmaz rəng qatdı.
DSX-nin hərbi qulluqçuları təltif edildi - Sərəncam
Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsinin təmin edilməsində, ərazi bütövlüyünün qorunub saxlanılmasında və sərhəd mühafizə orqanları qarşısında qoyulmuş tapşırıqların yerinə yetirilməsində fərqləndiklərinə görə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçuları təltif ediliblər
Prezident İlham Əliyev DSX-nin hərbi qulluqçularına ali hərbi rütbələr verdi - Sərəncam
Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib.