7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Azərbaycan sərhəd mühafizəsinin yaradılmasından 107 il ötür

Bu gün Azərbaycanda sərhəd mühafizə orqanları əməkdaşlarının peşə bayramı qeyd olunur. Azərbaycanda sərhəd mühafizəsinin institusional əsasının qoyulması Azərbaycan Xalq Cümhuriyyəti dövrünə təsadüf edir. 1919-cu il avqustun 18-də Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti "Azərbaycan Respublikasının gömrük baxımından sərhəd mühafizəsinin təsis edilməsi haqqında" qanun qəbul edib.

18 Avqust 2026 10:32
Azərbaycan sərhəd mühafizəsinin yaradılmasından 107 il ötür

BAKI,VOA

Bu gün Azərbaycanda sərhəd mühafizə orqanları əməkdaşlarının peşə bayramı qeyd olunur.

Avqustun 18-i ölkədə sərhəd mühafizəsinin yaradılmasının 107-ci ildönümünə təsadüf edir.

Azərbaycanda sərhəd mühafizəsinin institusional əsasının qoyulması Azərbaycan Xalq Cümhuriyyəti dövrünə təsadüf edir. 1919-cu il avqustun 18-də Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti "Azərbaycan Respublikasının gömrük baxımından sərhəd mühafizəsinin təsis edilməsi haqqında" qanun qəbul edib.

Müstəqillik dövründə sərhəd mühafizə sisteminin inkişafı

Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra milli sərhəd mühafizə sisteminin formalaşdırılması dövlət təhlükəsizliyinin əsas istiqamətlərindən birinə çevrildi.

Bu sahədə mühüm institusional dəyişiklik 2002-ci ildə həyata keçirildi. Prezident Heydər Əliyevin 31 iyul 2002-ci il tarixli 740 nömrəli Fərmanı ilə Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları İdarəsinin əsasında Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti yaradıldı. DSX-yə mərkəzi icra hakimiyyəti orqanı statusunun verilməsi sərhəd mühafizə sisteminin inkişafında yeni mərhələnin başlanğıcı oldu.

Dövlət Sərhəd Xidmətinin əsas təyinatı Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsini və toxunulmazlığını təmin etməkdir. Xidmət dövlət sərhədində real və potensial təhdidlərin qarşısının alınması, sərhəd rejiminə əməl olunmasının təmin edilməsi və qanunvericiliklə müəyyənləşdirilmiş digər vəzifələri həyata keçirir.

DSX-nin vahid sisteminə sərhəd qoşunları, Sahil Mühafizəsi, çevik qüvvələr, sərhəd nəzarəti, hərbi aviasiya və hərbi dəniz hissələri, eləcə də digər təyinatlı hərbi hissə və qurumlar daxildir.

Sərhəd təhlükəsizliyinin təmin edilməsində dəniz və hava imkanlarının inkişaf etdirilməsi də mühüm yer tutur. 2002-ci ilin oktyabrında sərhəd aviasiyası yaradılıb. 2005-ci il fevralın 18-də isə sərhəd gözətçi gəmilər dəstəsinin bazasında Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi yaradılıb. Bununla Xəzər dənizində dövlət sərhədinin və Azərbaycanın milli maraqlarının qorunması imkanları genişləndirilib.

Azad edilmiş ərazilərdə dövlət sərhədinin mühafizəsi

2020-ci il Vətən müharibəsindən sonra Azərbaycanın ərazi bütövlüyünün bərpası sərhəd mühafizə sistemi qarşısında da yeni vəzifələr müəyyənləşdirdi. İşğaldan azad edilmiş ərazilərdə, o cümlədən Azərbaycan-Ermənistan dövlət sərhədinin müvafiq istiqamətlərində yeni sərhəd müdafiə və mühafizə infrastrukturu yaradılıb, hərbi hissələr və sərhəd döyüş məntəqələri fəaliyyətə başlayıb.

Hazırda Dövlət Sərhəd Xidməti Azərbaycanın quru və dəniz sərhədlərinin mühafizəsini, sərhəd nəzarətinin həyata keçirilməsini, sərhəd rejiminin təmin edilməsini və dövlət sərhədinin toxunulmazlığının qorunmasını həyata keçirən əsas dövlət qurumlarından biridir.

Dövlət Sərhəd Xidmətinə general-polkovnik Elçin Quliyev rəhbərlik edir. O, 2002-ci ildə Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı təyin edilib.

Qeyd edək ki, Prezident Heydər Əliyevin 16 avqust 2000-ci il tarixli Sərəncamı ilə hər il avqustun 18-i Azərbaycan Respublikasının sərhəd mühafizəsi orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur.

Məqalədə: #Azərbaycan #DSX #Heydər Əliyev #Dövlət Sərhəd Xidməti #Milli Təhlükəsizlik Nazirliyi

Mövzu üzrə digər xəbərlər

"44" bədii filminin premyerasının vaxtı məlum olub
Cəmiyyət

"44" bədii filminin premyerasının vaxtı məlum olub

15:47
Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

4 Sentyabr 11:45
Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib
Əlcəzair

Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib

4 Sentyabr 11:03
Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib
Cəmiyyət

Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib

3 Sentyabr 20:03

Son Xəbərlər

Livan prezidenti BƏƏ-yə dəstəyinə görə təşəkkür edib
Livan prezidenti BƏƏ-yə dəstəyinə görə təşəkkür edib
17:00
Səudiyyə Ərəbistanında daşınmaz əmlak bazarında yeni investisiya imkanları yaranır
Səudiyyə Ərəbistanında daşınmaz əmlak bazarında yeni investisiya imkanları yaranır
16:38
BƏƏ komandası İtaliyada ilk beynəlxalq avtonom avtomobil yarışını qazanıb
BƏƏ komandası İtaliyada ilk beynəlxalq avtonom avtomobil yarışını qazanıb
16:09
Ford İraqda yeni rəsmi distribyutor təyin edib
Ford İraqda yeni rəsmi distribyutor təyin edib
16:04
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
15:58
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.