Azərbaycan regional məsuliyyət prinsipini dəstəkləyir - Hikmət Hacıyev
Regional problemlər region ölkələri tərəfindən müstəqil şəkildə həll olunmalıdır.
“Sülh Körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə Hikmət Hacıyevlə görüş baş tutub
Görüş zamanı Hikmət Hacıyev iştirakçılarla fikir mübadiləsi aparıb, həmçinin erməni nümayəndə heyətinin suallarını cavablandırıb.
Vətən müharibəsindən sonra 421 nəfər minaya düşüb - Hikmət Hacıyev
2020-ci il noyabrın 10-dan 2026-cı il aprelin 1-dək 421 nəfər minaya düşüb, onlardan 72-si həyatını itirib
Hikmət Hacıyev TDT ölkələri liderlərinin köməkçilərinin iclasında iştirak edib
Macarıstanın dəvəti əsasında Türk Dövlətləri Təşkilatı çərçivəsində dövlət və hökumət başçılarının köməkçiləri səviyyəsində Budapeştdə səmərəli görüş təşkil olunub.
Hikmət Hacıyev Budapeştdə Türkiyə Prezidentinin baş müşaviri ilə görüşüb
Hikmət Hacıyev və Türkiyə Prezidentinin baş müşaviri Akif Çağatay Kılıç arasında görüş keçirilib
Hikmət Hacıyev Parisdə Azərbaycan və Fransa arasında ikitərəfli münasibətləri müzakirə edib
Hikmət Hacıyev Parisdə Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətləri müzakirə edib.
7 milyard ABŞ dolları məbləğində Qəzzaya dair maliyyə layihəsində Azərbaycanın iştirakı nəzərdə tutulmur - Hikmət Hacıyev
Azərbaycan təsisçi üzv dövlət kimi Sülh Şurasının məqsəd və məramlarını dəstəkləyir. Gələcəkdə Azərbaycan tərəfindən Sülh Şurası vasitəsilə Qəzzada sərmayə layihələrində iştirak nəzərdən keçirilə bilər. Bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "X" sosial media hesabında yazıb.
“SÜLH” sözünün fonunda Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri əl sıxırlar - Hikmət Hacıyev
Böyük hərflərlə yazılmış “SÜLH” sözünün fonunda Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri əl sıxırlar.
Müharibə cinayətlərində ittiham olunan şəxslərin azadlığa buraxılması tələbi etik deyil - Hikmət Hacıyev
"İkinci Dünya müharibəsindən sonra Nürnberq məhkəmələrində ölüm hökmünə məhkum edilmiş bütün o nasist liderlərini təsəvvürünüzə gətirin ki, iki aydan sonra kimsə gəlib deyəcək, xahiş edirəm, onları azad edin.... Onların törətdiyi cinayət İkinci Dünya müharibəsi zamanı nasistlərin etdiklərindən daha pis idi.""
Hikmət Hacıyevin adından saxta məzmunlu video yayılıb - MEDİA
Sosial şəbəkə platformalarında fəaliyyət göstərən bir sıra hesablar vasitəsilə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin adından “deepfake” texnologiyası tətbiq olunmaqla hazırlanmış, reallığı əks etdirməyən və saxta məzmunlu video yayılıb.
Tramp administrasiyası Azərbaycanın sülh gündəliyinə tam dəstək göstərib - Hikmət Hacıyev
Donald Tramp administrasiyası Azərbaycanın sülh gündəliyinə böyük sədaqət nümayiş etdirib.
Hikmət Hacıyev Körfəz Əməkdaşlıq Şurasının rəhbəri ilə görüşüb
Hikmət Hacıyev Körfəz Əməkdaşlıq Şurasının Baş katibi Casim Məhəmməd əl-Budeyvi ilə görüşüb.