9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

“Sülh Körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə Hikmət Hacıyevlə görüş baş tutub

Görüş zamanı Hikmət Hacıyev iştirakçılarla fikir mübadiləsi aparıb, həmçinin erməni nümayəndə heyətinin suallarını cavablandırıb.

11 Aprel 2026 14:55
Baku
“Sülh Körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə Hikmət Hacıyevlə görüş baş tutub

QƏBƏLƏ,VOA

Qəbələ şəhərində "Sülh Körpüsü" təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə keçirilən ikitərəfli dəyirmi masa çərçivəsində Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüş baş tutub.

Bu barədə VOA-nın xüsusi müxbiri xəbər verir.

Görüş zamanı Hikmət Hacıyev iştirakçılarla fikir mübadiləsi aparıb, həmçinin erməni nümayəndə heyətinin suallarını cavablandırıb.

Görüşdə Azərbaycan hökumətinin sülh gündəliyinə sadiqliyi vurğulanıb.

Görüşdə ölkəmizin Vaşinqtonda Ermənistanla Azərbaycan arasında razılaşdırılmış sülh gündəliyinə və Vaşinqton Sammitinin ruhuna sadiqliyi bir daha diqqətə çatdırılıb.

Həmçinin iki ölkə arasında ticərət münasibətlərinin yaranması və Azərbaycan ərazisindən Ermənistana məhsulların tranzit keçidinin təmin olunduğu qeyd edilib, TRIPP layihəsinin həyata keçirilməsi və bunun bölgədə ab-havanın, bütün bir regionun nəqliyyat mənzərəsinin dəyişəcəyinə xidmət göstərəcəyi bildirilib.
H.Hacıyev qeyd edib ki, Azərbaycan və Ermənistan arasında sülh gündəliyi üzrə danışıqların ikitərəfli xarakter daşıdığı kimi, vətəndaş cəmiyyətləri arasındakı bu mübadilələrin və etimad quruculuğu tədbirlərinin də ikitərəfli xarakter daşıması vacibdir.

Prezidentin köməkçisi vurğulayıb ki, dünyada baş verən yeni təlatümlərin və müharibələrin fonunda Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi oluqca vacibdir.

Qeyd edək ki, aprelin 10–dan 12-dək keçirilən dəyirmi masada iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında dialoq və birbaşa əlaqələrin təşviqi məsələri müzakirə olunur.

Görüş 12 aprelədək davam edəcək.

"Sülh Körpüsü" təşəbbüsü Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri arasında dialoqun və birbaşa qarşılıqlı əlaqələrin təşviqinə davam edir. Bu dəfə erməni nümayəndə heyəti Azərbaycana quru sərhədi vasitəsilə gəlib, delimitasiya və demarkasiya olunmuş sahəni keçərək sərhəd və pasport nəzarətinin bütün müvafiq prosedurlarından keçib.

Xatırladaq ki, vətəndaş cəmiyyəti nümayəndələri arasında dialoq 2025-ci il avqustun 8-də Vaşinqton şəhərində Azərbaycan, Ermənistan və ABŞ liderlərinin iştirakı ilə keçirilmiş üçtərəfli sammitdə təsdiqlənmiş ikitərəfli sülh gündəliyi çərçivəsində aparılır.

Görüşün gündəliyinə sülh prosesinin cari vəziyyətinin, "Sülh Körpüsü" təşəbbüsü iştirakçılarının öz ölkələrindəki fəaliyyətinin və əldə olunmuş nəticələrin, eləcə də regiondakı vəziyyətin müzakirəsi daxildir.

Ayrı-ayrı sessiyalar cəmiyyət səviyyəsində sülhün təşviqi və sülh prosesinin növbəti mərhələlərində etimadın möhkəmləndirilməsinə həsr olunacaq.

Qeyd edək ki, Azərbaycandan olan nümayəndə heyətinin tərkibində Trend Beynəlxalq İnformasiya Agentliyinin baş redaktoru Emin Əliyev iştirak edir.

Azərbaycandan olan iştirakçılar:

1.Fərhad Məmmədov – koordinator, Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru.
2.Rusif Hüseynov – Topçubaşov Mərkəzinin direktoru.
3.Ramil İsgəndərli – Milli QHT Forumunun İdarə Heyətinin sədri.
4.Kəmalə Məmmədova – "First News Media" (1news.az) internet portalının baş redaktoru.
5.Fuad Abdullayev – Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı mütəxəssisi.
6.Dilarə Əfəndiyeva – Azərbaycan Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin nəzdində "Qadınlar, sülh və təhlükəsizlik" Mərkəzinin rəhbəri.
7.Könül Bədəlova – İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin elmi işçisi.
8.Zaur Şiriyev – "Karnegi" Rusiya və Avrasiya Mərkəzinin eksperti.
9.Rauf Ağamirzəyev – nəqliyyat üzrə ekspert, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvü.
10.Gülbəniz Qənbərova – "Kənd Qadınları Assosiasiyası" İctimai Birliyinin sədri.
11.Nəzrin Əliyeva – "İnsan Hüquqlarına Dəstək Mərkəzi" İctimai Birliyinin nümayəndəsi.
12.Sənan Rzayev – CBC telekanalının redaktoru və aparıcı siyasi şərhçisi.
13.Emin Əliyev – TREND beynəlxalq informasiya agentliyinin baş redaktoru.
14.Murad Muradov – Topçubaşov Mərkəzinin direktor müavini.
15.Aytən Qəhrəman – Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin müşaviri.
16.İlyas Hüseynov – siyasi analitik.
17.Gülşən Axundova – "Qadın, İnkişaf, Gələcək" İctimai Birliyinin sədri.
18.Orxan Babayev – Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin əməkdaşı.
19.Orxan Amaşov – "AnewZ" baş redaktor müavini və aparıcısı.
20.Yeganə Hacıyeva – Mətbuat Şurası İdarə Heyətinin üzvü.

Ermənistandan olan iştirakçılar:

1.Areq Koçinyan – koordinator, Ermənistan Şurasının prezidenti.
2.Boris Navasardyan – "Yerevan Mətbuat Klubu"nun fəxri prezidenti.
3.Naira Sultanayan – Demokratiyanın İnkişafı Fondunun direktoru.
4.Narek Minasyan – Ermənistan Şurasının assosiativ eksperti.
5.Samvel Meliksetyan – Ermənistan Şurasının eksperti.
6.Stepan Qriqoryan – Qloballaşma və Regional Əməkdaşlıq üzrə Analitik Mərkəzin İdarə Heyətinin sədri.
7.Edqar Vardanyan – Ermənistan Şurasının assosiativ eksperti.
8.Robert Gevondyan – Ermənistan Şurasının eksperti.
9.Lusine Haratyan – yazıçı və mədəni antropoloq.
10.Nelli Minasyan – tarix elmləri doktoru, dosent, türkologiya üzrə mütəxəssis.
11.Davit Stepanyan – "1in.am" saytının siyasi şərhçisi, Ermənistan Beynəlxalq Təhlükəsizlik və Münasibətlər İnstitutunun eksperti.
12.Ruben Babayan – Yerevan Kukla Teatrının bədii rəhbəri.
13.Eleonora Sarqsyan – sülh və gender məsələləri üzrə ekspert, gənclərlə iş üzrə mütəxəssis.
14.Naira Martikyan – "JAMnews" (Ermənistan) redaktoru, direktoru.
15.Vazgen Karapetyan – "Avrasiya Tərəfdaşlığı" Fondunun direktor müavini.
16.Tatev Danielyan – Ermənistan İctimai Televiziyasının siyasi proqramlar üzrə baş redaktoru, aparıcısı.
17.Armen Petrosyan – regional siyasət üzrə ekspert, "Orbeli" Mərkəzi.
18.Alen Amirxanyan – Akopyan Ekoloji Mərkəzinin (AUA) direktoru.
19. Nelli Rafayelyan – jurnalist, Media Təşəbbüsləri Mərkəzi.
20.Ermənistan İctimai Televiziyasının operatoru.

“Sülh Körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə Hikmət Hacıyevlə görüş baş tutub “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə Hikmət Hacıyevlə görüş baş tutub “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə Hikmət Hacıyevlə görüş baş tutub “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə Hikmət Hacıyevlə görüş baş tutub “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə Hikmət Hacıyevlə görüş baş tutub “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə Hikmət Hacıyevlə görüş baş tutub “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə Hikmət Hacıyevlə görüş baş tutub “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə Hikmət Hacıyevlə görüş baş tutub
Məqalədə: #Azərbaycan #Ermənistan #Hikmət Hacıyev #Sülh Körpüsü

Mövzu üzrə digər xəbərlər

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

8 Sentyabr 17:00
250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib
Səudiyyə Ərəbistanı

250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib

8 Sentyabr 16:48
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
İqtisadiyyat

AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir

8 Sentyabr 16:20
İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
Siyasət

İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib

8 Sentyabr 12:00

Son Xəbərlər

Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
00:22
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
00:01
Tarixdə bu gün – 9 Sentyabr
Tarixdə bu gün – 9 Sentyabr
00:01
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
8 Sentyabr 21:54
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
8 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.