Bayraktar TB3 NATO təlimində Eurofighter-larla 8 Saat havada uçdu
Türkiyənin gəmidə yerləşən silahlı insansız hava aparatı (PUA) Bayraktar TB3, NATO-nun Steadfast Dart 2026 təlimi çərçivəsində Eurofighter Typhoon döyüş təyyarələri ilə birgə uçuş icra edib. Təlim zamanı TCG ANADOLU gəmisindən havalanan Bayraktar TB3, NATO hava qüvvələrinin intensiv fəaliyyət göstərdiyi Baltik bölgəsində koordinasiyalı uçuş qabiliyyətini nümayiş etdirdi.
Yaponiyanın müdafiə naziri Baykarı ziyarət edib
Yaponiyanın müdafiə naziri Nakatani Gen və onu müşayiət edən nümayəndə heyəti Baykar şirkətində olub. Baykarın sosial media hesabında yayılan açıqlamada “Yaponiyanın müdafiə naziri cənab Nakatani Gen və onu müşayiət edən nümayəndə heyəti Özdemir Bayraktar Milli Texnologiya Mərkəzimizi ziyarət etdi. Onları qonaq etməkdən məmnun olduq” - deyə bildirilib. Səfər zamanı Baykar İdarə Heyətinin sədri Selçuk Bayraktar və şirkətin baş direktoru Haluk Bayraktar qonaqlara şirkətin fəaliyyəti barədə məlumat təqdim ediblər. Görüşdə Prezident Müdafiə Sənayesi Müdiri Haluk Görgün də iştirak edib.
Baykar və Cənubi Koreyanın Korean Air şirkəti əməkdaşlığa başlayıb
Baykar, Cənubi Koreyanın bayraq daşıyıcı aviaşirkəti Korean Air ilə əməkdaşlıq üçün memorandum imzalayıb.
Baykar İtaliyanın Piaggio Aerospace şirkətini rəsmi olaraq satın alıb
Türkiyənin pilotsuz uçuş aparatları sahəsində lider şirkəti Baykar, İtaliyanın tarixi aviasiya brendi Piaggio Aerospace-in satınalma prosesini rəsmi olaraq tamamlayıb.
Bayraktar AKINCI ÇAKIR raketi ilə hədəfi məhv edib
Bayraktar AKINCI ÇAKIR raketi ilə hədəfi avtonom şəkildə tam dəqiqliklə vurub.
BAYKAR Xorvatiya şirkəti ilə müqavilə imzalayıb
“Bu gün Xorvatiya Müdafiə Nazirliyinin dəyərli nümayəndələri və Xorvatiya səfirimizlə birlikdə Xorvatiyanın ORQA şirkəti ilə onlar tərəfindən hazırlanmış FPV Dronlarının Bayraktar TB2 platformamıza inteqrasiyası üçün müqavilə imzaladıq. Ümid edirəm ki, bu saziş iki ölkə üçün də faydalı olacaq”,- deyə Görgün bildirib.
Baykar 300 milyon dollarlıq mühərrik investisiyası edib
Baykar, Akıncı pilotsuz uçuş aparatı (PUA) üçün xüsusi olaraq turboprop mühərriki hazırlamaq üçün 300 milyon dollar sərmayə qoyacaq. Baykar, Akıncı PUA üçün turboprop mühərriki inkişaf etdirmək üçün 300 milyon dollar sərmayə qoyacaq.
SAHA Expo-da 6,2 milyard dollarlıq müqavilə bağlanıb
Dörd gün davam edən müdafiə sənayesi sərgisi SAHA Expo-da 6,2 milyard dollar dəyərində müqavilə bağlanıb. Nəhəng yarmarkanın favoriti Türkiyənin dünyaca məşhur layihələrindən biri olan Baykarın hazırladığı Kızılelma oldu.