5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Baykar İtaliyanın Piaggio Aerospace şirkətini rəsmi olaraq satın alıb

Türkiyənin pilotsuz uçuş aparatları sahəsində lider şirkəti Baykar, İtaliyanın tarixi aviasiya brendi Piaggio Aerospace-in satınalma prosesini rəsmi olaraq tamamlayıb.

1 İyul 2025 10:17
Baykar İtaliyanın Piaggio Aerospace şirkətini rəsmi olaraq satın alıb

BAKI, AzerVoice

Baykar İtaliyanın 140 illik aviasiya nəhəngi Piaggio Aerospace-i rəsmi olaraq satın alıb.

AzerVoice xəbər verir ki, Türkiyənin pilotsuz uçuş aparatları sahəsində lider şirkəti Baykar, İtaliyanın tarixi aviasiya brendi Piaggio Aerospace-in satınalma prosesini rəsmi olaraq tamamlayıb.

Bu tarixi transfer nəticəsində Piaggio obyektləri P.180 Avanti EVO reaktivləri və Baykar-ın İHA-ları üçün Avropada strateji istehsal bazasına çevriləcək.

Baykar və İtaliya hökuməti arasında bağlanan müqavilə İtaliyanın “Made in Italy” proqramı və “Golden Power” tənzimləmələri çərçivəsində həyata keçirilib. Satınalma mərasimi İtaliyada təşkil olunub və tədbirdə İtaliya Müəssisələr naziri Adolfo Urso, Baykar baş direktoru Haluk Bayraktar, Texnologiya rəhbəri Selçuk Bayraktar və Piaggio-nun fövqəladə komissarları iştirak ediblər.

Haluk Bayraktar bu alışın məqsədinin Piaggio Aerospace-in dərin köklərinə söykənərək onu innovativ və güclü gələcəyə daşımaq olduğunu bildirib. Selçuk Bayraktar isə bu addımın Türkiyə-İtaliya sənaye əməkdaşlığının yeni mərhələsi olacağını qeyd edib.
"Biz Piaggio-nu mühəndislik mükəmməlliyi və təhlükəsizlik prinsipləri ilə qlobal bazarın tələblərinə uyğun şəkildə canlandıracağıq." - deyə o bildirib.

Strateji planlara əsasən:

Piaggio-nun P.180 Avanti EVO təyyarələri modernləşdirilərək yenidən qlobal bazara təqdim ediləcək,

Baykar-ın Bayraktar TB2 və AKINCI İHA-larının Avropa üçün istehsalı və texniki xidməti burada təşkil ediləcək,

İtaliyada mülki aviasiya və müdafiə sahəsində texniki xidmət mərkəzi qurulacaq.

Qeyd edək ki, Baykar 2003-cü ildən bu yana bütün layihələrini öz imkanları ilə həyata keçirir və gəlirlərinin 90%-dən çoxunu ixracdan əldə edir. Şirkət 2023 və 2024-cü illərdə 1,8 milyard dollarlıq ixrac həcmilə Türkiyənin ən çox ixrac edən ilk 10 şirkətindən biri olub.

Baykar, dünyanın ən böyük İHA ixracatçısı olaraq bu günə qədər 36 ölkə ilə müqavilə imzalayıb və Türkiyənin müdafiə və aviasiya sektorunda ixracat lideri olaraq fəaliyyətini genişləndirməkdə davam edir.

Baykar İtaliyanın Piaggio Aerospace şirkətini rəsmi olaraq satın alıb Baykar İtaliyanın Piaggio Aerospace şirkətini rəsmi olaraq satın alıb Baykar İtaliyanın Piaggio Aerospace şirkətini rəsmi olaraq satın alıb Baykar İtaliyanın Piaggio Aerospace şirkətini rəsmi olaraq satın alıb
Məqalədə: #Türkiyə #Türkiyə müdafiə sənayesi #İtaliya #Haluk Bayraktar #Bayraktar AKINCI #ixracat #Baykar Technology #Bayraktar TB2 #Müdafiə sənayesində ixrac uğurları #Baykar Piaggio satın alınması #Baykar Avropa bazarına çıxış

Mövzu üzrə digər xəbərlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib
Suriya

Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib

4 Sentyabr 11:56
Qırmızı dənizin təhlükəsizliyi sahilyanı dövlətlərin müstəsna məsuliyyətidir
Misir

Qırmızı dənizin təhlükəsizliyi sahilyanı dövlətlərin müstəsna məsuliyyətidir

3 Sentyabr 16:48

Son Xəbərlər

Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
4 Sentyabr 21:32
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.