Avropada bu il istilərin təsiri ilə ölənlərin sayı 16 min nəfəri keçib
Avropada aparılan tədqiqatda müəyyən edilib ki, iqlim dəyişiklikləri bu yay şəhərlərdə isti hava şəraitini gücləndirib və istiliklə əlaqədar ölüm sayı 16 min 500 nəfərə çatıb. İngiltərənin Imperial College London və London School of Hygiene & Tropical Medicine mütəxəssislərinin iqlim modelləşdirmə üsulu ilə apardıqları tədqiqatda iyun-avqust ayları arasında Avropanın 854 şəhərində ölüm hallarına baxılıb. Tədqiqatda vurğulanıb ki, insan fəaliyyəti nəticəsində yaranan iqlim dəyişiklikləri səbəbindən isti dalğaları daha şiddətli və tez-tez baş verir. İstilik Avropanın araşdırılan şəhərlərində orta hesabla 2,2 dərəcə artıb, bəzi yerlərdə isə bu artım 3,6 dərəcəyə çatıb.
Yaponiyada yüksək temperatur səbəbindən 20-yə yaxın insan həyatını itirib
Yaponiyada isti hava şəraiti 16 nəfərin ölümünə, 10 804 nəfərin xəstəxanaya yerləşdirilməsinə səbəb olub. Gifu bölgəsində temperatur 39,8 dərəcəyə çatıb.